')

Bu gün:


FutbolPress.Az | Azərbaycan gimnastları Qran-pridə iştirak edəcəklər

Azərbaycan gimnastları Qran-pridə iştirak edəcəklər


oxunma sayı: 70 Paylaş:

FutbolPressAzərbaycan bədii gimnastları martın 30-31-də Fransanın Tiye şəhərində keçiriləcək 35-ci beynəlxalq Qran-pri turnirində iştirak edəcəklər.

Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Gimnastika Federasiyasının idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında qrup hərəkətləri üzrə komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, eləcə də fərdi gimnast İlona Zeynalova Qran-pri yarışında iştirak edəcəklər.

Milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər. 


oxunma sayı: 70 | Paylaş:




?>