')

Bu gün:


FutbolPress.Az | Toksik perspektiv

Toksik perspektiv


oxunma sayı: 770 Paylaş:

FutbolPressAFFA-nın yeni prezidenti aprelin 2-də rəsmən bilinəcək. Prezidentliyə namizədlər isə artıq bilinməlidir, lakin heç səs-səmir yoxdur.

Pərdəarxası oyunların getdiyini və gedəcəyini onsuz da bilirdik və bu seçkilərdən ciddi nəsə gözlənilmədiyini hələ ötən ilin sonlarında yazmışdıq.

Təəssüf ki, Azərbaycan futbolunun baş idarəsi yenə bir neçə qüvvə arasında bölüşdürülüb və gələn ayın 2-də bunu görəcəksiniz.

Heç bir sağlam qüvvə ölkə futbolunun məsuliyyətini tam boynuna götürmədi. Bizi heç də xoş olmayan gələcək gözləyir.

İndiyədək toksik idarəçilik əlindən çəkən futbolumuz bundan sonra da xaotik idarəçiliyin əlində girinc qalacaq.

Bu soxhasoxda da bir detal özünü çılpaqlığıyla büruzə verir - futbolumuzun başına keçmək istəyən qüvvələrin hamısı Qurban Qurbanov amilindən istifadə etməyə, yararlanmağa çalışır.

Belə getsə, Qurbanov heç millinin baş məşqçisi də olmayacaq. Olsa da, faydalı ola bilməyəcək.

Heç nə yaxşılığa doğru getmir...

"FutbolPress"


oxunma sayı: 770 | Paylaş:




?>