')

Bu gün:


FutbolPress.Az | “Kəpəz”lə sponsor olmaq istəyən şirkət arasında görüş olacaq” (MÜSAHİBƏ)

“Kəpəz”lə sponsor olmaq istəyən şirkət arasında görüş olacaq” (MÜSAHİBƏ)


oxunma sayı: 792 Paylaş:

FutbolPress“Kəpəz”in sponsor axtarışları davam edir. Bir müddət əvvəl “F-Holding” adlı şirkətin kluba yeni dəstəkçi olacağı xəbərləri çıxsa da, Gəncə təmsilçisi bunu təkzib etdi. Şirkət rəsmisinin yenidən “Kəpəz”in sponsoru olacağı tipli açıqlamaları isə məsələni qəlizləşdirib. Klub “yox”, sponsor "razılaşdıq" deyir.

Kluba sponsor axtarışında olan və “F-Holding”lə ilkin danışıqlar aparan isə Futbolun İnkişaf Fondudur. Tərəflər arasında anlaşılmazlıq azarkeşlər arasında narazılıq yaradıb. Maraqlı idi ki, gərginlik davam etsə də, tərəflərdən biri kimi FİF heç bir mövqe bildirmirdi. Ona görə də "Futbolpress.az" mövzu ilə bağlı FİF-in icraçı direktoru Tural Piriyevin fikirlərini öyrəndi.

-  Tural bəy, bir müddətdir “Kəpəz”lə “F-Holding” arasında razılıq olduğu xəbərləri yayılıb, ancaq klub bunu təkzib edir. Qarışıq vəziyyət yaranıb…
-  Açığı, nə üçün belə olduğunu bilmirəm. Klub hələ şirkətlə görüşməyib. Düzdür, qurum bizə şifahi şəkildə “Kəpəz”ə sponsorluqda maraqlı olduqlarını bildirib, ancaq hələ tərəflər arasında razılaşma yoxdur.

-  Ümumiyyətlə, şirkətin “Kəpəz”lə əlaqələri necə yaranıb? Bunu izah edərdiniz…
-  Bizim işimiz klublara sponsor tapmaqdır. Bir neçə klub üçün əməkdaşlıq müqaviləsinin imzalanmasında rolumuz olub. İndi isə “Kəpəz”lə bağlı axtarışlar gedir. “F-Holding”in nümayəndələri ilə görüşdük və Mingəçevir ilə Gəncəyə səfər planlaşdırdıq. Klubların bazaları ilə tanışlıqdan sonra “Kəpəz”i seçdilər. Bizə bu kluba sponsorluq etməkdə maraqlı olduqlarını bildirdilər. “Kəpəz” nümayəndələri ilə danışmışıq və yaxın günlərdə görüş olacaq.

-  Tərəflər arasında görüş olmayıbsa, nə üçün şirkət rəsmisi razılaşma olduğunu açıqlayıb?
-  Açığı, bilmirəm. Mən də mətbuatdan oxudum. Lakin klub və şirkətlə mütəmadi danışırıq, müzakirələr olur. Hələ rəsmi nəsə yoxdur. “Kəpəz” hələ şirkət haqda çox məlumatlı deyil.

-  Yayılan xəbərlərdən sonra azarkeşlər “Kəpəz”dən narazılıq edir, klubun bu sponsorla razılaşmaq istəmədiyi üçün gileylənirlər…
-  “Kəpəz”in günahı yoxdur. Klub istənilən sponsorla danışıqlara açıqdır. Onlarla danışmışıq və məsələni bildirmişik. Yenə qeyd edirəm, yaxın günlərdə görüş olacaq. Şirkətin tələsklənlik etməsi məsələni bu yerə gətirib. Buna qədər sponsorlq razılaşmalarında bütün məlumatlar gizli olub və son anda mətbuat xəbər tutub. Bu dəfə nə üçün belə olduğunu başa düşmədim. Tələskənlik vəziyyəti bu yerə gətirib.

-  “F-Holding”dən başqa sponsor namizədi var?
-  Daim axtarışdayıq. Hələlik daha real olan variant budur. Sonra necə olacağını görəcəyik. Yaxın günlərdə görüş olacaq və detallar müzakirə ediləcək.

Şahin Cəfərov


oxunma sayı: 792 | Paylaş:




?>