')

Bu gün:


FutbolPress.Az | "Zirә"yә qarşı fit niyә әyri çalınmağa başladı? 

"Zirә"yә qarşı fit niyә әyri çalınmağa başladı? 


oxunma sayı: 4290 Paylaş:

FutbolPressRәşad Sadıqovun hakim qərarlarından şikayәtlәnmәsi tam haqlıdır. "Zirә" - "Qarabağ" oyununun (0:1) baş hakimi Cavid Cәlilov Elvin Cәfәrquliyevә ikinci "sarı" vәrәqәni mütlәq göstәrmәliydi. Buna hakim yanlışı demәk olmur, çünki epizodu tam görürdü. Problem qәrardadır. Hakim görә-görә aşkar qayda pozuntusunu niyә cәzalandırmadı?
Eyni hal Romaonun epizoduna da şamil edilә bilәr. Cәlilovun hәr iki epizodda bilәrәkdәn vәrәqә göstәrmәmәsi şübhә oyadır. Әksini düşünmәk isә absurddur. Çünki әksi budur ki, onda baş hakim qaydaları bilmir. Yox, bu inandırıcı deyil, bariz epizodları görmәzdәn gәlmәsi artıq tam aydındır.

Bәs Cәlilov bunu "Qarabağ"ın lehinә bilәrәkdәn edirdi? Dәfәlәrlә qeyd olunub, "Qarabağ"ın buna ehtiyacı yoxdur, "Qarabağ" belә mәsәlәlәrdәn uzaq klubdur.

Mәsәlә başqa mәtlәbdә gizlidir. Bilirik ki, Hakimlәr Komitәsi struktur baxımdan AFFA-nın baş katibliyinә tabedir. Lakin baş katib Sәrxan Hacıyevin bu sektora tәsir gücü çox azdır. Ümumiyyәtlә, komitәnin sәdri Barış Şimşәk tәyin olunanda Hacıyev baş katib idi amma, Barış bәy eks-baş katib Elxan Mәmmәdovun kurasiyasında olub. Vә çox az adam bilir ki, Şimşәk tәyinatında Peşәkar Futbol Liqasının (PFL) prezidenti Elxan Sәmәdovun (Allah şәfasını versin - red.) rәyi/rolu olub. Faktiki bu sektor daha çox PFL arealındadır, nәinki struktura uyğun olaraq baş katibin tәsir dairәsindә...
Әslindә heç PFL dә deyil, hakimlik mәsәlәlәri hәlә dә Mәmmәdovun tәsir dairәsindәdir. Sadәcә, PFL qızğın situasiyaların ünvanı kimi davam etmәkdәdir...

Rәşad Sadıqovun Cavid Cәlilovun bu oyuna tәyin olunması haqda fikirlәrinә diqqәt edәk:

"Cavid Cəlilovun bizim oyuna təyin edilməsi düzgün deyil. Çünki "Sabah"la oyundan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də "Zirə"nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə  psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi".

Tam dәqiq vә mәntiqli qeyddir. Bәs bu absurd tәyinatı Barış bәy necә izah edәr?
Belә absurd tәyinatın oyunda iki ciddi absurd qәrarı... Necә izah edilmәlidir?

Sәrxan Hacıyevin "Zirә"dәn istәyi yox, qisası yox, ümumiyyәtlә, onun düşdüyü indiki vәziyyәtdә hansısa intriqaya girişmәsi inandırıcı deyil. Elәcә dә PFL-in adı belә hallarda hallanmır. Hәtta komitә sәdrinin dә ardıcıl 2-3 oyunda "Zirә"nin oyunlarına problemli qәrarlar verәn hәkimlәri bilәrәkdәn tәyin etmәsindә şәxsi maraq güddüyünü demәk mәnasızdır.

Sadәcә, HK daim tәsir altında olub, müstәqil ola bilmәyib. Təsir dairәsindә olduğu qüvvә dә bu vasitәylә manipulyasiyalar edib müәyyәn klublara tәsir etmәyә çalışıb.

Az әvvәl qeyd etdik, 2-3 oyundur ki, "Zirә"yә qarşı demotivasiya yaradan qәrarlar verilir vә baş mәşqçi bunları qabardır.

Nәticәdә "Zirә" liderlik taxtından düşdü - bunda hakimliyin tәsirindәn çox, komandanın performansı rol oynadı, lakin mövzu hakimlikdirsә vә ardıcıl yanlış qәrarlar müzakirә edilirsә, bu sistematik halın qidalandığı mәnbәni müәyyәnlәşdirmәk lazımdır.

Güman ki, "Zirә" idarәçiliyindә ariflәr yox deyil vә hәdәfә tuş gәlmәlәrinin sәbәbini belәcә müәyyәnlәşdirmiş olarlar.

Elçin Cәlilov

P.S. Son turlaradәk "Zirә" yanlış hakim qәrarlarına tuş gәlmirdi, hәtta Sadıqov bu il hakimliyin sәviyyәsinin yüksәldiyini bildirmişdi. Lakin niyәsә "Zirә" - "Araz Naxçıvan" (09.12.2023) oyunundakı "çay dәstgahı"ndan sonra hakim sәhvlәri artıb...


oxunma sayı: 4290 | Paylaş:




?>