')

Bu gün:


FutbolPress.Az | AĞASƏLİM MİRCAVADOV: AZARKEŞLƏRİ QURBAN QURBANOVUN ƏLEYHİNƏ ÖYRƏTDİYİMİ...

AĞASƏLİM MİRCAVADOV: AZARKEŞLƏRİ QURBAN QURBANOVUN ƏLEYHİNƏ ÖYRƏTDİYİMİ...


oxunma sayı: 188 Paylaş:

"Mən həmişə istefanın əleyhinə olmuşam. Azarkeşləri Qurban Qurbanovun əleyhinə öyrətdiyimi, istefa şüarlarının mənim təşkil etdiyimi iddia edənlər belə vicdansız söhbətlərdən əl çəksinlər". Bu sözləri 14 aydı, işsiz olan təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib.

Mircavadov bildirib ki, "Xəzər Lənkəran"la oyun zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əleyhinə səslənən istefa şüarlarından xəbərsizdi, ümumiyyətlə, həmin şüarları səsləndirənləri tanımır. 64 yaşlı mütəxəssis bir müddətdi, stadionlara getmədiyini və Azərbaycan çempionatının oyunlarına baxmadığını da əlavə edib.

"Qarabağ"ın "Xəzər Lənkəran"a 1:0 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam klubunun azarkeşlərinin yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə istefa şüarları səsləndirilib. Qurbanovun özü həmin qrupun öyrədilmiş adamlardan ibarət olduğunu açıqlayıb. O, konkret ad çəkməsə də, "Qarabağ" yaxın qaynaqlar bunun arxasında Ağasəlim Mircavadovun durduğunu iddia edir.//lent.az


oxunma sayı: 188 | Paylaş:




?>