')

Bu gün:


FutbolPress.Az | FUTBOLA AİD ƏN MARAQLI SİTATLAR

FUTBOLA AİD ƏN MARAQLI SİTATLAR


oxunma sayı: 3868 Paylaş:

Məşhur futbol mütəxəssislərinin futbol haqda dediyi ən maraqlı fikirləri sizə təqdim edirik

FutbolPress: Futbol ecazkar idman növüdü. Tarix boyu futbol da dünyaya ecazkar simalar bəxş edib. Məsələn, Qari Lineker kimi ekzotik davranışlı, Maradona kimi təkəbbürlü və çılğın, Erik Kantona kimi intellektual və xarizmatik tiplər azarkeşin yaddaşında xasiyyətiylə də iz qoya biliblər. Bu dəfə sizə futbol tarixinə yazılan məşqçilərin, futbolçuların, futbol funksionerlərinin ən maraqlı sitatlarını təqdim edirik. Buyurun:

- "Əgər bir az çirkin olsaydım, nə Pelenin, nə də Maradonanın adı heç xatırlanmazdı" (Corc Best) 

- "Bəzən insanlar futbolun ölüm-qalım məsələsiylə üz-üzə qalır və buna inanırlar. Sizi əmin edirəm ki, futbol bundan da artığına layiqdir" (Brayan Kluj) 

- "Futbol bəsit oyundu, çətin olan isə futbolu bəsit oynamaqdır" (Yohan Kruyff)

- "Futbol statistikəri mini yupkaya bənzəyirlər, çox şeyi göstərirlər, amma lazım olanı göstərməzlər" (Aleks Ferqyusson)

- "Futbol 22 nəfərin oynadığı və yekunda həmişə almanların qazandığı bir oyundur" (Qari Lineker)

- "Biz futbolun saxta dünyasının içindəyik. Bu, bütünlüklə hamar bir dünyadı. Bizə çox bəsit bir oyunu oynamağımız üçün milyonlar verirlər, amma biz sadəcə, kimlərsə tərəfindən qurulan bu sistemin davam etməsi üçün özünü satan kölələrik. Mən sadəcə, futbolçu Almeyda deyiləm. Mən bir atayam, bir insanam, bir həyat yoldaşıyam... Və futbolda olduğum hər günə görə gerçək Almeydadan bir az uzaqlaşıb, mənliyimi itirirəm" (Xesus Almeyda)

- "Baş məşqçi olmaq üçün futbolçu olmalısan. Onda belə çıxır ki, cokey olmaq üçün əvvəlcə at olmaq lazımdı?.." (Joze Mourinyo)


- "Liverpul şəhərinin iki böyük komandası var. Biri "Liverpul", biri də onun əvəzedici heyəti..."(Bill Şenkli)


 


oxunma sayı: 3868 | Paylaş:




?>