')

Bu gün:


FutbolPress.Az | Dərviş Parisi partladır? (Yeni)

Dərviş Parisi partladır? (Yeni)


oxunma sayı: 11352 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Mirbağır İsayevin emosional xarakterdə olduğuna bələdəm, o səbəbdən Anar Salmanovla mübahisəsi gözlənilməz olmadı. Ancaq Salmanovun elə də böyüdülməyəcək məqamı dərin qazması özünə zərər oldu. Axı pedaqoqsan, Salmanov. Məşqçinin oyunun sonuna neçə dəqiqə qalmasını soruşmasıyla başlayan gərginliyin bu həddə çatması sənin səhvindir. ADBTİA-nın müəllimi.. metodist.. eks hakim.. Gərək adidən də adi olan situasiyaya hakim olmağı bacarardın, Salmanov.

***

Region Liqasında dava düşüb, oyunun hakiminə xəsarət yetirilib. Yenə 90-lara qayıtdıq...

***

Uzun illər AFFA-nın baş katibi olmuş, qurumun əsas simasına çevrilmiş Elxan Məmmədov bu həftə Parisə yola düşəcək. FIFA-da təyinat aldığı vəzifənin icrası üçün Firəngistana köç edən qədim baş katib müasir icraçı vitse-prezident haqda ictimaiyyətin fikri birmənalı deyil. Deyirlər, o, Azərbaycan futbolunu bundan sonra Parisdən idarə edəcək. Dərvişin Parisi partlatmasını arzu edənlər molla əmiyə sığınıb... “Obrozovonni” nadir nümunələr isə haray salıb ki, qədim baş katib 15 il ərzində çapıb-taladıqlarına görə məhşər ayağına çəkilməməkdən ötrü özünü də götürüb, Firəngistana qaçıb. Bunu da xeyirə əlamət kimi yozaraq düşünürlər ki, ölkə futbolunu ayrı kəsim idarəsinə götürəcək.

Bu əsnada ən gözəgəlimli fikir keçmiş “Sovetski”, hazırkı Hövsan sakini Əliməmməd qədeşə məxsusdu: “Hökumət ona qarşı qələt qılanları məğribdən məşriqə - tutub əntiqə, başa salır, boş buraxmır”...

***

Hadisələrin  bu cür cərəyanında yenə, “AFFA-da dəyişiklik olacaq” nəqarəti exo verməyə başlayıb. Kimsə, kimlərsə gəlir... Ancaq qeybdən gəlirmiş kimidir – nə ün verən, nə iz qoyan var. Təki dəyişiklik olsun təfəkkürüylə yanaşılmış istənilən işin nəticəsi pərt edib. Hər bir dəyişiklik yaxşıca bişməlidir. Biz nə qazan, nə ocaq görürük...

Yazarın bütün yazıları

oxunma sayı: 11352 | Paylaş:




?>