')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"in futbolçusu:  "Qarabağ"la matçda məqsədimiz xal qazanmaqdır"

"Kəpəz"in futbolçusu: "Qarabağ"la matçda məqsədimiz xal qazanmaqdır"


oxunma sayı: 76 Paylaş:

FutbolPress"Kəpəz" sabah Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, "Kəpəz"in futbolçusu Mate Kvirkviya klubun mətbuat xidmətinə açıqlama verib.

O, məqsədlərinin xal qazanmaq olduğunu bildirib:

"Növbəti oyun "Qarabağ"la olacaq. Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür, buna baxmayaraq onlara qarşı səylə hazırlaşırıq. "Qarabağ"la matçda məqsədimiz xal qazanmaqdır. Bizi gərgin mübarizə gözləyir. Ona görə də çempionatda yaranan fasilədən yaxşı yararlanmağa çalışdıq. Bu mövsüm "Qarabağ"la 3 dəfə qarşılaşmışıq. İstədiyimiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Son oyundan daha yaxşı oynamalıyıq. Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram. "Kəpəz" mənim üçün böyük klubdur. "Kəpəz" mənim üçün böyük klubdur. Buna görə də istəyim böyükdür. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. İndi sonuncu dövrəyə başlayırıq. Dəstək həmişəkidən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq".

Qarşılaşma sabah 19:00-da start götürəcək.


oxunma sayı: 76 | Paylaş:




?>