')

Bu gün:


FutbolPress.Az | Yeni AFFA? - Rövşən Nəcəf dönəmi necə gəlir...

Yeni AFFA? - Rövşən Nəcəf dönəmi necə gəlir...


oxunma sayı: 3360 Paylaş:

FutbolPressAFFA-nın yeni prezidenti de-fakto məlum oldu. Aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransında Rövşən Nəcəf adıçəkilən posta yeganə namizəd kimi de-yure təsdiqlənəcək.

Bu mövzuda dəfələrlə təhlillər təqdim etmişdik. Yanvarın sonlarınadək proses başqa cür cərəyan edirdi. Ancaq müəyyən yanlışlıqlar cərəyanın forma və istiqamətini dəyişdi.

Rövşən Nəcəf, "AFFA-ya prezident, adətən,"Neftçi"dən gəlir" - postulatına uyğun olaraq, son anda namizəd oldu. Bu haqda da yazmışdıq...

Rövşən bəy variantı olmalı olanların ola bilməməyi (Öz yanlışları) nəticəsində aktuallaşdı, yoxsa "Neftçi"nin performansı buna zəmin yaratmırdı və s.

Haşiyə çıxıb bildirək ki, zahirən sakit görünən Azərbaycan futbol isteblişmenti ən qarışıq, gərgin dönəmlərindən birini yaşayır.

İndi hər bir qüvvə özünə imtiyazlar üçün cəhd edir, kimisi çıxdaş olunmaqdan qurtulmaq istəyir - sızdırılan informasiyalar və s. belə çarə olmur. İnformasiya ilə ağıllı rəftar edə bilməməyin fəsadları ilkin əlamətlərini büruzə verir və bu davam edəcək.

Gələk post-seçki dönəmi barədə ehtimallara.

Bu gün həmçinin AFFA İcraiyyə Komitəsinin yeni tərkibi üçün namizədlərin siyahısı açıqlanıb:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Maraqlı və anlaşılmaz məqamlar var. Lakin pozitivdən başlayaq. Elxan Məmmədov artıq tamamilə futbolumuzdan uzaqlaşdırıldı, eləcə də onun komandası olanlar artıq yeni İK tərkibində olmayacaq. Hərçənd, Elşad Nəsirovun adı o klanın "xaç atası" kimi bu siyahıda yer alıb, lakin bu dəyişilə biləcək vəziyyətdir. Hazırda AFFA-da ən qədim fiqur olan Nəsirov uzaq olmayan gələcəkdə "muzey eksponatına" çevriləcək. Bir sözlə, bu, ona son və bir az da məcburi jestdir...

İTV-nin rəhbəri Balaş Kasumov və "Sabah"ın prezidenti Maqsud Adıgözəlov da maraqlı adlardır və bu haqda gələcək yazılarımızda daha geniş bəhs edəcəyik. İncə məqamlar çoxdur...

Milliyə baş məşqçi gözlədiyimiz Qurban Qurbanovun İK tərkibinə yenidən qaytarılması da mühüm məqamlardandır. Böyük ehtimalla, Qurbanov həm baş məşqçi kimi - meydanda, həm mühüm qərarların qəbulu üçün qərarverici orqanda əsas fiqur qismində olacaq.

Bu kimi müsbət məqamlara görə AFFA-nın atacağı yeni addımları maraqla gözləməyə dəyər. Lakin pozitivlərlə paralel neqativ ehtimalı yaradan detallar da az deyil. Məsələn, yeni İK tərkibində daha çox futbol adamına yer vermək olardı - Qurban Qurbanov və Səməd Qurbanovdan başqası yoxdur. Bu, arzulanmayan keçmiş İK-dan da aşağı göstəricidir...

Ümumiyyətlə, peşəkar futbol mütəxəssislərini "səhnəyə qaytarmaq" meyilləri olmasa, çətin olacaq. Olub-olmayacağı aprelin 2-də, prezident seçkisindən sonra bilinəcək. Yeni prezident seçkidən sonra öz kabinetini formalaşdırmalıdır. Bu məqamda bir çox suallara aydınlıq gələcək.

Məsələn, hazırda baş katib vəzifəsini icra edən Sərxan Hacıyev İK-ya namizədlər siyahısındadır. Komitəyə düşəndən sonra hüquqi olaraq onun baş katib səlahiyyəti bitməlidir. Hacıyevin adı bu siyahıda göstərilməklə nəyə işarə edilir - icraçı vitse-prezident postuna gətiriləcək, yoxsa...?

Elçin Cəlilov

P.S. Maqsud Adıgözəlov, yoxsa Sərxan Hacıyev olacaq əsas koordinator?

Bu və başqa suallara tam cavab hazırlanır...


oxunma sayı: 3360 | Paylaş:




?>