')

Bu gün:


FutbolPress.Az | 10 il sonra verilən sual - Qurbanovun təcrübə mövzusunda dedikləri...

10 il sonra verilən sual - Qurbanovun təcrübə mövzusunda dedikləri...


oxunma sayı: 5505 Paylaş:

FutbolPress"Qarabağ" hazırda elə bir yerdədir ki, bu yeri ən doğru ifadə edə bilən söz məhz TƏCRÜBƏ olardı...

Məhz təcrübə mövzusu Avropa Liqasının 1/8 finalına qədər irəliləmiş bir komandanın mahiyyətinə tam pərçimlənər. Ölkəsində, "futbolumuz nə gündədir" mövzusunda var-gəl edilərkən on ildən çoxdur Avropa meydanlarında at oynadan "atlılar"ın keçdiyi yol öyrəniləsi ən ciddi təcrübədir...

Elə məhz bu məqamda, 1/8 finalın cavab oyunundan öncə Qurbanova da məhz təcrübə mövzusunda sual verməyim əbəs deyildi. Bu məsələlərdə danışmağa layiqliyin zirvəsində dayanmağı haqq edən bu şəxsdən təcrübə haqda soruşmaq məntiqin elə özüdür.

Sonuncu dəfə 10 il əvvəl mətbuat konfransında sual vermişdim Qurbanova. Dünənə qədər isə, sadəcə, dinləmişəm, müşahidə etmişəm. Əksərən, vaxtilə daha çox tənqid etdiyim mütəxəssisin inkişaf mövzusunda özünə və ətrafına təsirlərini diqqətlə müşahidə etmişəm. Dünən isə soruşdum: "Bu mərhələyə qədər irəliləmək sizə hansı yeni, fərqli təcrübələr qazandırıb?". Yeri idi. Məhz Qurbanov danışmalıdır bu mövzuda və hamımız dinləməliydik.

Elə onun cavabındakı bu mütəvazi, səmimi, eyni zamanda reallığın praqmatik tərzdə ifadəsinə diqqət edək: "...Çox böyük təcrübə qazanmışam. Düşünürəm ki, Azərbaycan futbolu üçün də böyük təcrübədir".

Bəli, məhz bu...

"Qarabağ" və onun memarı Qurban Qurbanov, klubun idarəetmə mexanizmi - bu sintez futbol/idman klublarımızın hər biri üçün öyrənilməli böyük TƏCRÜBƏDİR.

Elçin Cəlilov
Köln, Almaniya

P.S. 
Təcrübə və müşahidə davam edir...

Material ETOPAZ-ın dəstəyi ilə hazırlanıb.


oxunma sayı: 5505 | Paylaş:




?>