')

Bu gün:


FutbolPress.Az | "İşçi qrupu" mәsәlәsindә AFFA-nın ifşası (TӘHLİL)

"İşçi qrupu" mәsәlәsindә AFFA-nın ifşası (TӘHLİL)


oxunma sayı: 3131 Paylaş:

FutbolPress

Mәlumdur ki, milli komandanın yeni baş mәşqçisinin adına aydınlıq gәtirilmәsi üçün AFFA nәzdindә İşçi Qrupu yaradılıb. Hәlә rәsmәn açıqlanmasa da, qrupda ilkin olaraq beş nәfәrin olduğu bildirilir. Bunlar AFFA-nın vitse-prezidentlәri Elşad Nәsirov vә Vaqif Sadıqov, qurumun baş katibi Sәrxan Hacıyev, AFFA İcraiyyә Komitәsinin üzvü Zaur Axundov vә Peşkar Futbol Liqasının prezidenti Elxan Sәmәdovdur. 

Әldә etdiyimiz mәlumata görә, daha 2-3 nәfәr әlavә edilәndәn sonra İQ rәsmәn açıqlanacaq vә mәşqçilәrdәn ibarәt siyahı hazırlayacaq. Prosedur gәrәyi, bu siyahı AFFA İcraiyyә Komitәsinә tәqdim olunacaq vә İK yekun seçim edәcәk.

Prosesin әvvәlindәn qüsurlu qurulduğunu qeyd etmәyә kifayәt qәdәr mәqam var.

Әvvәla, İşçi Qrupu yaradılmasına ehtiyac yox idi. Bu, qaydalara uyğun deyil. Qaydaya uyğun olmayan digәr mәqam isә qrupun mәtbuata sızdırılan ilkin heyәtindәki adların hamısının AFFA-da tәmsil olunmasıdır. Hәlә o başqa mәsәlә ki, bu vә başqa vacib, әhәmiyyәtli konfidensial mәlumatlar son vaxtlar AFFA-dan daha çox sızdırılır vә bunu әsasәn iki (bir-birinә uzaq/zidd) mәnbә vasitәsiylә edirlәr.

Bu da qurum daxilindә qarışıqlığın, ziddiyyәtin nә qәdәr dәrin olduğunu göstәrir. Bu mәsәlәlәri zamanla daha detallı işıqlandıracağıq...

***

Yuxarıda qeyd etdik, milliyә yeni baş mәsqçi seçimi üçün İQ-nın  yaradılması prosedur qaydalarına uyğun gәlmir. Ümumiyyәtlә, ilk dәfәdir ki, belә vәziyyәtdә hansısa qrup yaradılır.

Anlaşılmazlıqlardan biri dә qrupda PFL prezidentinin yer almasıdır. Tәsәvvür edәk, çempionatın keçirilmәsinә mәsul qurumun rәhbәri milli komanda üçün mәşqçi seçir. Namizәd yerli mütәxәssis olacaqsa, onda o, tәrәfә çevrilmiş olacaq (?!).

Bundan başqa, İK-da Azәrbaycan Futzal Federasiyasının prezidenti qismindә tәmsil olunan Zaur Axundovun milli üçün baş mәşqçi seçimindә nә işi..? İK-da İsgәndәr Cavadov, Kazbek Tuayev kimi futbola birbaşa aidiyyatı olanların deyil, Axundovun tәmsil olunması cavabsız suallar yaradır.

AFFA-nın vitse-prezidenti Elşad Nәsirovun İQ-da tәmsil olunması isә lap qәribәdir.

Bu qarışıqlıq niyә yaranıb/yaradılıb vә nәyә xidmәt edir? Suala cavab tapmağa çalışaq.

Bunun üçün İQ-nın mәtbuata sızdırılmış ilkin tәrkibinә bir dә - daha detallı nәzәr yetirәk.

- Vaqif Sadıqov - yerli mәşqçi tәrәfdarı olduğunu "FutbolPressmüsahibәsindә açıqlayıb, lakin fikrini dәyişmәyәcәyinә zәmanәt yoxdur, yaxud yerli mәşqçi deyәndә bu adın müәyyәnlәşmәmәsi qaranlıq mәtlәblәrә  aparıb çıxara bilәr...

- Elşad Nәsirov - futbolumuzun "boz kardinalı" adlandırılır. Xatırladaq ki, AFFA-da milli komandalar üzrә mәsul şәxsdir vә bu, daim belә olub. Nәsirov bu sahәnin onun kurasiyasında olmasını xoşlayır vә bunu zaman-zaman müxtәlif  әmәllәriylә sübut edib. Onun İQ-da tәmsil olunması qәribәdir. Ümumiyyәtlә, çox nadir hallarda aşkara çıxan Elşad bәy son bir ildә öz ranqına yaraşan vә yaraşmayan bir çox mәqamlarda görünmәyә başlayıb. Gorünür, ilk dәfә hansısa real tәhlükә var vә o, klanı ilә birgә sәfәrbәr olub, son akkordlara baş vurur.

Maraqlı mәqamlardan biri  dә budur ki, İQ-nın yaradılacağı haqda ilk dәfә söhbәt çıxanda qrupa baş katib Sәrxan Hacıyevin rәhbәrlik edәcәyi deyilirdi. Lakin Elşad Nəsirovun qrupa qoşulması ilә böyük ehtimalla, İQ Nәsirovun rәhbәrliyinә keçәcәk.

Bu nә demәkdir?

Vaqif Sadıqov - yerli mәşqçi tәrәfdarı

Sәrxan Hacıyev - yerli mәşqçi

Elşad Nəsirov - xarici mәşqçi

Zaur Axundov - xarici mәşqçi

Gördüyümüz kimi, hesab 2:2-dir. Vәziyyәt kritikdir. Digәr İQ üzvü Elxan Sәmәdovun "cәbhәsi" mәlum deyil.

Hәr iki tәrәf Sәmәdovu hәm hәmfikiri sayır, hәm dә yox. Belәdә neylәmәk lazımdır?

İQ-ya daha 2-3 nәfәr gәtirilmәlidir.

Mәhz bu etapda hansı tәrәf millinin baş mәşqçisi kimi strateji postu әlә keçirsә, böyük üstünlük qazanacaq.

O artıq başqa mövzudur ki, AFFA prezidentliyinә seçkilәr keçirilmәmiş milliyә baş mәşqçi tәyinatına niyә bu qәdәr tәlәssinlәr? - AFFA-nı itirmәk tәlaşı...

İQ-nın yaranması belә absurdkәn, biz burada say artımı vә qarışıq gedişlәrdәn ayırd etmәliyik ki, qarşıdakı üç ayda dramatik, hәtta tragikomik dönәmә şahidlik edә bilәrik...

İzlәyin. Futbolumuzun bәlalardan qurtulmamasının sәbәblәri yaşıl meydanlarda acizliyin kökü belә mәsәlәlәrdә gizlәnib.

Elçin Cәlilov


oxunma sayı: 3131 | Paylaş:




?>