
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
AFFA alman məşqçilərlə bağlı nə qərar verib?
Əslində milli komandada baş məşqçi dəyişikliyi gözlənilən idi - deyəsən, bu reallaşmaq üzrədi. Berti Foqtsu uzun müddət ictimai qınaqdan, mətbuatın kəskin tənqidlərindən mühafizə edən AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın rəhbəri Rövnəq Abdullayevə yeni arqumentlər gətirsə belə, rəhbər fikrini qətiləşdirdiyinə son açıqlamalarında sözaltı işarə etdi: Foqts gedəcək... Qalır işin rəsmiləşməsi.
Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsi toplanıb Foqts haqda qərar qəbul etməlidi. Bizdə olan məlumatlara görə, İK artıq fikrini qətiləşdirib. Ancaq təkcə Foqts deyil, ümumilikdə millilərdə çalışan bütün alman məşqçilərdən imtina olunacaq.
Məlumatlı mənbənin bildirdiyinə görə, assosiasiya rəsmilərindən biri Foqtsun yerinə sürpriz namizəd təklif edib. Bu, Ərsun Yanaldı.
Hazırda "Qarabağ"ı çalışdıran Qurban Qurbanovun da namizədliyi olsa da, adını açıqlamaq istədəmədiyimiz həmin rəsminin təklifi xeyli maraq doğurur.
Elə buna görə düşünmək olar ki, Qurbanovun milliyə gətiriləcəyi fikri ictimaiyyətdə böyük ehtimal olsa da, bu baş tutmaya bilər.
Ərsun Yanal hazırda Türkiyənin bütün aşağı yaş qrupları üzrə millilərinin baş məşqçisiydi. Yaxın günlərdə vəzifəsindən istefa verib.
Məşqçi karyerasında "Trabzonspor"dakı uğurlarıyla yadda qalıb. Türkiyə çempionatında nüfuzunu itirməkdə olan qaradənizliləri 2007-2009 aralığında çalışdıran Yanal komandanı iddialılar arasına gətirib çıxarmışdı. Bir müddət Türkiyə millisini də çalışdıran gənc mütəxəssisin "Gənclərbirliyi"ndəki uğuru daha böyük olub.
UEFA kubokuna vəsiqə qazanan komanda "Bləkbörn Rovers", "Sportinq"(Lissabon) "Parma" kimi iddialı klubları məğlub etməyi bacarıb. Yalnız 1/8 finalda həmin mövsüm UEFA kubokunun qalibi olmuş "Valensiya"ya iki oyunun nəticəsində məğlub olub mübarizəni dayandırıb. Maraqlıdı ki, həmin mövsüm İspaniya klubu tək məğlubiyyətini elə "Gənclərbirliyin"dən alıbmış (1:0).
Hər halda, 1-2 ay gözləmək qalır. İstənilən halda alman məşqçilərdən imtina faydalı olacaq, ancaq bu, əvəzinə hansı məşqçilərin gətiriləcəyindən asılı olan məqamdı. Mütəxəssislər bildirir ki, millini çalışdıracaq məşqçinin mentalitet və dil problemi olmamalıdı.
Alxas mellimin fikriyle tamamile raziyam.
Salam.Mence Yigmaya Qurban Qurbanov & Yunis Huseyinov Cutluyu getirilmelidir.
Hər kəsə salamlar...Məncə Ersun Yanal gəlməlidi. Əvvəla Ersun bəy gəlsə dil problemi olmayacaq.Sonra Ersun bəy cox ciddi və şəxsiyyətli insandır.Əgər özü ilə bir Türk hücum və br orta sahə oyunçusu (türkiyədən),yanina da məşqçi köməkçisi olaraq Qurban bəyi gətirsə inanın bədnam qonşumuzun müəmmalı müvəffəqiyyətini geridə qoya bilərik.
Yığmaya kim gəlir gəlsin amma ona vaxt verilməlidir.İmkan vermək lazımdlr ki, işləsin. Zənglə, tapşırıqla futbolçu oynadılmasın... Və ən əsasida odur ki, bizim aşağı yaş qruplarıda daxil olmaqla yığmalarımıza 1 sistem təyin olunub o sistemlə oynadılmalıdır ki, esas yığmaya gələndə yadırğamasınlar... Qurban Qurbanov ve Yunis Hüseynov yaxşı namizədlərdir...
salam. men kim gelirse qoy gelsin amma Foqtsun getmeyinin terefdariyam. o adam getmelidir. ersun yanal hec bir ay deyil istefa verib yeqin nese var ona gore istefa verib. menim firkime gore o xeyirli olacaq milli komandaya Qurban ucun hele tezdir men onu beyenmirem. Ondan daha yaxsi mesqciler var bizde adlarini cekib reklam elemek istemirem abcax
cox yersiz namizeddi,Qurban getirilmelidi vessalam,sozun duzu men bele bir weyin baw vereceyine de inanmiram,eminem ki milli Qurbana tapwirilacaq ve yiqmamiz onunla birlikde en azinnan futbol oynuyacaq,indiki kimi ancaq mudafie olunmayacaq,hec yoldawliq oyyunlarini gozlemek lazim doyul,Foqtsu ele bu deqiqe qovmaq lazimdi,o qeder pul aldi yedi hec bir faydasi da olmadi
Bu Ərsun Yanal hardan çıxdı? Nə olub, Azərbaycanda yaxşı məşqçi yoxdu ki, gedib türkdən yapışıblar? Onun tayı Bülənt Qorxmaz bizdə işlədi gördük də. Türk məşqçilər elə güclü olsaydı elə Türkiyə millisində işləyərdilər. O zamankı AFFA Ərsun Yanalın Türkiyə yığmasına təyinatınından ilhamlanıb Şahin Diniyevi milli gətirdi. Amma hər ikisi millini batırdı. AFFA İK-dəkilərin deyəsən beyinlərini piy tutub, yaxçı düşünə bilmirlər :)
ersun bey indi hecbir yerde iwlemir.10gun olar.coh coh ala olar.azeri futbolunu duwunun sehf etmek olmazzzzzzz.azerbaycan futboldada sevindirsin.birde 10legionerin evezine 1layigli alin.ozbekler.cecenler.dagistanlilar ala bilir biz en zeiflerini aliriq.yaziglar olsun
salam bu hagda teklifimi men gaf.in saytinda coh geniw yazmiwam.bunu 3-4 ildi deyirem. ozde Yanali azi 8illik mugavile futbola aid olan her weyi vermek lazim Yanala.vaht itirmek olmaz 2014 grupda an yahwilardan biri olmag olar.digalardan artik oynayarig.
Heee ERsun Yanal yadima dusdu!! maraqlidir amma niye yazmirsiz kimdir bunu teklif eden resmi belke ele-bele sohbetdir ele bu??? Amma menim xosuma geldi bu.....