1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
MİLLİYƏ ƏSAS NAMİZƏD "FUTBOLPRESS"Ə DANIŞDI! (MÜSAHİBƏ)
MİLLİYƏ ƏSAS NAMİZƏD "FUTBOLPRESS"Ə DANIŞDI! (MÜSAHİBƏ)
12.10.2011 16:12

"Mən həmişə əvvəlcə məzmunlu oyunu, sonra nəticəni düşünmüşəm"

Milli komanda Avropa Çempionatına seçmə mərhələdə 7 xal qazanmaqla rekorda nail oldu. Ancaq bu nəticənin daha çox mənimsənilməməsinə səbəb qonşu ölkələrin - xüsusən, Ermənistan yığmasının qrup mərhələsini 18 xalla 3-cü yerdə bitirməsidi. Onlar son oyunda İrlandiyaya qalib gələ bilsəydilər, artıq AÇ-yə vəsiqəni təmin edəcəkdilər. Elə Gürcüstan, Estoniya, Çernoqoriya kimi üçüncü dərəcəli Avropa ölkələrinin belə yaxşı nəticələr qazanması millinin "rekord nəticəsini" tərif yox, bəlkə tənqid obyektinə çevirdi.

İndi ictimaiyyətin əksər nümayəndələri Berti Foqtsun göndəriləcəyini gözləyir. İlin sonunda müqaviləsi bitən alman mütəxəssisin kimin əvəz edəcəyi sualı da təxminən öz cavabını tapıb. Namizədlər arasında ən şanslısı son illər "Qarabağ"dakı işiylə böyük sıçrayışa nail olmuş Qurban Qurbanovdu.

Gənc çalışdırıcı bəs özü nə düşünür.

- Qurban bəy, yığma komanda 3 il Foqtsa etibar olundu. Nəticələr necədi?
- Mən həmişə əvvəlcə məzmunlu oyunu, sonra nəticəni düşünmüşəm. Milli komanda az da olsa artırıb. Elə nəticələri də pis saymaq olmaz.

- Bu tsikli 7 xalla başa vurmağımız rekorddu. Bəs bundan çox xal qazanmaq olardımı?
- Bundan az xal da ola bilərdi. Bunu da unutmayaq. Yəni milli fərqli yanaşma, fərqli iş tərzi tələb edir. Foqts son vaxtlar heyəti tez-tez dəyişməli oldu. Sabit heyət üçün müəyyən dəyişikliklərə ehtiyac yarandı bəlkə də, bilmirəm, ancaq görünən odu ki, millidə az da olsa, irəliləyiş var.

- Bilirəm, siz həmkarınızı suçlamazsız, etika xatirinə, ancaq 2 milyonluq məşqçinin az irəliləyiş göstərməsi, etiraf edək ki, absurddu. Mənə maraqlıdı, Qurbanov öz namizədliyini necə qarşılayır? İctimaiyyətin bütün təbəqələrində Foqtsun yerin əsas namizəd siz göstərilirsiz...
- Mən elə hesab edirəm ki, hər məşqçinin pik nöqtəsi millini çalışdırmaq olar. Ancaq indiki halda, mən bu barədə heç nə düşünmürəm. Bütün diqqətim ölkə çempionatında, "Qarabağ"dadı.

- Assosiasiyadan bu mövzuda hər hansı bir jest və ya danışıq olubmu?
- Xeyr. Bu barədə heç bir danışıq olmayıb. Mən AFFA rəhbərliyi ilə, rəsmiləriylə danışmamışam. Bundan başqa, bildiyimə görə Foqts hələ bir neçə ay burdadı. Rəhbərlik özü daha yaxşı bilər millini kim çalışdırmalıdı. Mənim hazırda öz işim var.

- Etiraf edək ki, bildikləri Foqts idi, o da əlahiddə bir dəyişiklik etməyib. 3 il bəs edirdi yaxşı nəticə qazanmaq üçün...
- Bilirsiz, yaxşı nəticə qazanmaq üçün əvvəlcə özünəməxsus oyun tərzi formalaşdırmalısan. Bütün işi bunun üzərində qurmaq lazımdı. Əgər fərqli üslub olsa, nəticə də zamanla yaxşılaşacaq. Mən millinin hazırkı durumunu pis hesab eləmirəm.

- Maraqlıdı, bəs əsas namizəd Qurbanov özü milliyə hansı seçimi uğurlu hesab edir: əcnəbi, yoxsa yerli məşqçi?
- Olduqca diqqətli olmaq lazımdı. Yenə deyirəm, Foqts qala da bilər. Ancaq deyirsizsə seçim, onda maksimum diqqət lazımdı. Azərbaycan futbolu spesifik xarakterə malikdi. Bura gələn əcnəbi məşqçi yerli futbolu, mentaliteti mütləq yaxşı bilməlidi. Əks halda işinini faydasını ya görməyəcək, ya da gec görəcək. Foqts artıq 3 ildi burdadı və müəyyən qədər Azərbaycan futboluyla tanışdı. Əvvəl də dediyim kimi, müəyyən qədər irəliləyişə nail olunub. Mənim fikrimcə, millini əcnəb-yerli çalışdırıcı seçimi fərq etməz, əsas peşəkar seçimdi. 

Elçin

416 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (1)
Gunel Rusman / 13.10.2011 16:06

"Əvvəl də dediyim kimi, müəyyən qədər irəliləyişə nail olunub" bele sozleri esasen xeste usaglar hagginda hekimler deyirler ((((( elildiler ki bizim futbolcular ................

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika