1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Araşdırma
İŞSİZLƏR BAZARI (YAZI)
İŞSİZLƏR BAZARI (YAZI)
11.10.2011 00:49

"Niyə yerli məşqçilər imkanlı klublarımıızda işləməsin" sualının aktuallığı artıb. Sualdan sual doğur: hansı yerli məşqçiyə iş tapşırılsa, faydası olar. Bu, həm də işsiz mütəxəssislərimiz haqda sorğudan sonra mövzuya aid məqalədi.
"FutbolPress" mülahizələrini təqdim edir:

Nazim Süleymanov: Oyunçu karyerası zəngin olan Nazim bəy məşqçiliyə 2001-ci ildə Soçinin "Jemçujina" klubunda başlayıb. Baş məşqçi kimi isə ilk dəfə yenicə yaranmış "Xəzər-Lənkəran"da çalışıb. Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunub. Daha sonra "Bakı"nın gənclər komandasına rəhbərlik edib. 2009-cu ildən AZAL-ın baş məşqçisi olub. Ötən mövsüm ölkə çempionatında 4-cü yeri tutub Avropa Liqasına vəsiqə qazandı. İlk mərhələdə "Minsk"ə iki oyunun nəticəsinə görə məğlub olub mübarizəni dayandıran Süleymanov işsiz olan ən faydalı mütəxəssislərimizdəndi. Onun fərqli məşq üslubu və futbol tərzi var. Süleymanov ortabab heyətdən iddialı komanda yarada bilir.

Yunis Hüseynov: Ən məşhur futbolçularımızdan olan Hüseynov məşqçi karyerası ərzində iki klubda çalışıb. "Karvan"la UEFA Kubokunda mərhələ adlamaqla ilkə nail olub. Yevlax təmsilçisiylə bir dəfə gümüş və bir dəfə bürünc medal qazanıb. Sonradan bir müddət "Standard"ı çalışdıran gənc mütəxəssis yenidən "Karvan"a dönüb və hələlik son iş yeri Yevlax klubu olub. Pro kateqoriyalı azsaylı məşqçilərimizdən olan Hüseynovun 2 ilə qədərdi işsiz olması anlaşılmazdı.
Yunis bəy sübut edib ki, Azərbaycanda seleksiyanı onun qədər yaxşı bacaran məşqçi yoxdu. "Karvan"da işlədiyi vaxtlarda Zaur Ramazanov, Vüqar Nadirov kimi yerli, Bəşir Mügədi, Nazar Bayramov, Yakuba Bamba, Süleyman Kamara və s. güclü legionerlər məhz onun seçimi idi. Hüseynov dəfələrlə sübut edib ki, azərbaycanlı futbolçunun psixologiyasını digər məşçilərdən daha yaxşı bilir.

Ağasəlim Mircavadov: Şöhrət ordeni alan məşqçi necə olar? Bu suala hər kəsin bir cür cavabı ola bilər, reallıq isə budu: Mircavadov Azərbaycan çərçivəsində şöhrətli mütəxəssis sayıla bilər, ancaq onun futbolu Avropada uğur vəd eləmir. Düzdü, "Şəmkir"lə Çempionlar Liqasında "Skonto" səddini keçib ilkə imza atmışdı, ancaq milli komanda məhz onun rəhbərliyi ilə 1995-ci ildə Fransaya 10:0 hesabıyla uduzmuşdu. "Xəzər Lənkəran"la ölkə daxilində tüğyan edən Mircavadov bu komandayla avrokuboklarda heç nəyə nail ola bilmədi. O, 1991-1996-cı illər aralığında "Qarabağ" klubuna rəhbərlik edib. 1993-1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçisi olub. 2005 və 2008-ci illərdə "Neftçi" və "Xəzər-Lənkəran"a MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandıb. Kifayət qədər titulları var. Ancaq sonuncu dəfə 2 il əvvəl "Xəzər Lənkəran"la Avropa Liqasında Moldovanın kənd komandası "Olimpiya"ya uduzub bir müddət istefa verəndən sonra özü də hiss elətdirdi ki, onun məşqçilikdə faydası daha az olar, nəinki idman direktoru və ya aparıcı mütəxəssis kimi çalışsa. Hər halda Mircavadovun illərə söykənən böyük təcrübəsi var. İddialı, gələcəyi düşünən klublardan biri ondan faydalana bilər. Hərçənd özü buna razı olsa. Son açıqlamalarının birində yenə də məhz baş məşqçi işləmək istədiyini bildirmişdi.

Və...

Şahin Diniyev, Ramiz Məmmədov, Arif Əsədov - siyahıya onların da adını əlavə etmək olar. Ancaq Şahin Diniyev başda olmaqla, onlar çalışdıqları dövrdə iradəsiz, iddialı, xarizmadan uzaq olduqlarını dəfələrlə sübut ediblər. Xüsusən, Diniyevin millini çalışdırdığı dönəmi yada salmamaq daha yaxşı olardı. Heç olmasa, ortabab klublarda çalışıb özünə dolanışıq tapa bilsin...

İşsiz olan gənc məşqçilərdən biri də Mirbağır İsayevdi. O həm gənclərdən ibarət milli komandada, həm "Neftçi"nin aşağı yaş qruplarındakı uğurlarıyla, həm də "Abşeron"u məğlub olmadan Premyer Liqaya çıxarmağıyla fərqlənir.

Bizim geniş olmayan məşqçi heyətindən seçmələr... Başqa yoxumuzdu.

İş başında olanları da görürsüz. Azarkeşin gözü tərəzidi - düşüncəsiylə biz onların faydalılığını qiymətləndirməyi sizin öhdənizə buraxırıq.

Hər kəs bacardığı işin qulpundan yapışsın...

Asəf ZEYNALLI

202 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (1)
Aydin / 27.10.2011 17:49

Mirbagir Isayev kimi mesqcinin issiz qalmagi sexsen meni Azerkes kimi yandirir axi..Bu mewqciye sANS VERILMELIDI

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika