
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Ermənistan yığmasının nəticələri ictimaiyyəti də silkələyib. Artıq maraqlanmayan da maraqlanmağa başlayıb; görəsən necə olur ki, Ermənistan millisi qrupunda liderliyə yüksəlir, amma biz biabırçı vəziyyətdəyik?! Axı Ermənistan iqtisadiyyatı çökürdü, insan böhranı yaranmışdı, ölkə yer üzündən məhv olmaq üzrəydi...
Hmm, deməli biz aldanmışıq. Bizi informasiya şizofreniki ediblərmiş! Bizi yalanla dolurublarmış! Qırın ekranları, bizə şəkil göstərir ekran, cansız şeylər... zombiləşməyə bir addım qalıb...
AFFA futbolu bilməyən Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev... lərlə doludu! Onların hərəsi ayrı-ayrılıqda öz sahələrində uğur qazanmış insanlardı. Ancaq anlamıram, niyə AFFA-dan əl çəkmirlər? Axı düşmən ölkənin qazandıqları da dərs olmadı sizə..?
AFFA-nın siyasətini qurmaq Elxan Məmmədova tapşırıldı 2008-də. Elə ən böyük səhv onda oldu. Məmmədov futbolu bilmir.
Qlamur... Kostyum... İmic gözəl... Ancaq toyxana deyil, futboldu bura. Spesifik sahədi, təcrübə tələb edir. Bilməlisən bu sahəni. Mənasız, islahata heç bir dəxli olmayan biletsatma aksiyalarından, "Top festivalı" kimi mənasız layihələrdən başqa nə etdi Məmmədov? Fason göstərmək, dəbdəbəli görüntü yaradan, ancaq mahiyyətində məhsuldar heç nə olmayan işlər görmək Elxan Məmmədovun bildiyi ən yaxşı şeylərdi. Azərbaycan futbolunu inkişafı da "kitayskidi"...
Məmmədov, bir daha xatırladırıq, futbolda islahat uşaq futbolundan başlayır. Bunun üçünsə sağlam, futbolu bilən bir seleksiyaçı qrupu yaradılmalıdı; iki istiqamətdə - daxili və xarici. Azərbaycanda bütün əyalətləri dolaşıb futbol "qoxusu" verən uşaqları seçməyi bacarmalıdı, hiss eləməlidi o seleksiyaçı məşqçilər (Sizin bu istiqamətdə gördüyünüz işlərin mahiyyəti sıfıra bərabərdi). Eləcə də xaricdə yaşayan, futbolla məşğul olan azərbaycanlı uşaqları axtarıb tapmalıdı. Onlar toplanmalıdı AFFA-nın tikdiyi, ancaq fəaliyyəti bərbad olan Akademiyaya. Onlar təklif olunmalıdı bəzi güclü yerli klublara. Və aralarında ən istedadlıları isə göndərilməlidi Avropaya, məhz AFFA-nın himayəsiylə nüfuzlu futbol məktəblərinin birinə. Həmun uşaqlar nəzarətdə saxlanmalıdı. İlk NƏSİL bu cür yetişdirilməlidi ki, bundan sonrakılara "maya" yaransın, nəhayət.. Yoxsa Azərbaycan futbolunu mayası yoxdu, anladızmı, cənablar...
Seleksiya işindən başqa, infrastruktur layihələri üzrə əməli fəaliyyət üçün ölkədə kifayət qədər şirkət var. Məsələn, toplum və ya fərdi halda onlara stadion tikintisini hansısa alternativ layihə qarşılığında həvalə etmək olar. Çox da uğurlu alınacaq.
Bu işləri görmək üçün ən əsası münbit imkan var - Dövlət Proqramı! O imkan verir ki, hər şirkətə müraciət edib, onu futbola istiqamətləndirəsən, yatırıma cəlb edəsən. Uzun-uzadı incələmək olar bu işləri, ancaq biz "A" hərfini göstəririk...
Dövlət Proqramı üzrə işlərin heç biri həyata keçirilməyib. Məhz bu mövzuyla bağlı AFFA mətbuat konfransı keçirib mətbuat və ictimaiyyət qarşısında proqramın icrasıyla bağlı izahat verməlidi. Kifayət qədər dəlilimiz var, proqram icra olunmur. Amma proqram üzrə nəzərdə tutulan maliyyə yoxdu artıq, "yeyilir".
3 il bəs edirdi ki, futbolda köklü dəyişikliyə nail olasan. Bu müddətdə AFFA azı 100 milyon pul xərclədi. Ancaq ortada məhsul varmı... Elxan Məmmədov yalnız Foqtsun müdafiəsini qurdu və bu da nəticəsi... Azərbaycan futbolu yerində geriyə sayır.
Əgər zərrə qədər titrəyiş lazımdısa, onda bu ölkənin futbolunu hazırkı idarəçilərdən xilas etmək lazımdı... Konkret Elxan Məmmədovun düşüncəsini "yumaq" lazımdı futboldan. Bu düşüncə, bu yanaşma inkişaf və etmir.
Elçin CƏLİLOV
P.S. Sizə Ermənistan - Makedoniya matçından (4:1) videogrüntüləri təqdim edirik. Bəlkə burda hansısa ştrixlər sizə təsir etdi...
Elçin bəy, yazıya görə çox sağ olun. AFFA-ya gəldikdə isə, idmanın bütün sahələrində eyni vəziyyətdir. Müxtəlif sahələri oliqarxlara tapşırırlar ki, onlar əllərində olan geniş imkanlardan istifadə edərək həmin sahəni inkişaf etdirsinlər. Amma fərdi idman növlərindən fərqli olaraq futbolda bu taktika keçmir. Çünki kollektiv oyun olmaqla yanaşı futbol həm də kollektiv səylər tələb edir. Burada çoxşaxəli və sistemli yanaşma və mərhələli planlaşdırma olmalıdır. Buna görə də futbolda belə acınacaqlı vəziyyət yaranıb.
O ki, qaldı Ermənistana, mən də Rossiya 2 telekanalı ilə onların oyununa baxırdım. Oyunu kənara qoyub adi bir fakta diqqət çəkmək istəyirəm: onların ot örtüyü bizim T.Bəhramov stadionunun ot örtüyündən yaxşıdır. Bu 3 il ərzində bu qədər vəsaitdən istifadə edib normal təbii ot örtüyü yaratmaq olmazdımı? Biz infrastruktur layihələri ilə öyünürük, amma bu 3 il ərzində bir dənə də normal təbii örtüklü meydança tikməmişik.
Futbolda təcili islahatlar etmək lazımdır. Bu da Foqtsun dərhal yola salınmasından başlamalıdır. Millini öz məşqçimizə vermək, seleksiya işini sürətləndirmək lazımdır. Bəlkə ondan sonra nəsə alındı.
Gedin futboldan el cekin,gedin oz iwlerivizle mewgul olun, millini de dagidin,Birdefelik yox edin,bize milli lazim deyil. milliye ayrilan puluda paylayin cukelerde oynayan uwaqlara,gedib ozlerine top alsinlar
Kiminde nese sozu olsa emailime yazsin