1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
ƏSGƏR ABDULLAYEV: NİYƏ BU ADDIMI ATDIQLARINI ANLAMADIM // "Onların hamısını geri qaytaracağam"
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
"NEFTÇİ"DƏ FACİƏ! (YENİLƏNİB)
"NEFTÇİ"DƏ FACİƏ! (YENİLƏNİB)
14.02.2010 02:37

Klubun rəsmi şəxslərinin olduğu avtomobil qəzaya uğrayıb: iki ölü, iki yaralı

"Karvan"la səfər oyunundan qayıdanda "Neftçi" futbol klubunda bədbəxt hadisə baş verib. Komandanın rəsmilərinin olduğu avtomobil Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, "Ağsu perevalı" adlanan yerdə qəzaya uğrayıb. Bu barədə daha geniş məlumat almaq üçün klubun vitse-prezidenti Tahir Süleymnovla əlaqə saxladıq.

Süleymanov faktı təsdiqlədi, ancaq geniş məlumat verməyə imkan yox idi.

Əldə etdiyimiz ilkin məlumata görə hadisə nəticəsində klubun iki işçisi dünyasını dəyişib. Bunlar İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Alim Məmmədov və Kadrlar şöbəsinin müdiri Vahid Həmidovdu.

İki nəfər isə ağır yaralıdı. Yaralılar "Hyundai Sonata" avtomobilinin sürücüsü Mübariz Xudiyev və kubun operatoru Dadaş Zeynalovdu.

Onlar artıq Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar və reanimasiya şöbəsinə yerləşdiriliblər. Qəzada huşunu itirən yaralıların vəziyyəti müayinədən sonra kafi qiymətləndirilir. Artıq ünsiyyət qura bilirlər.

Yeni məlumata görə, avtomobil dərəyə yuvarlanıb, sonra qayaya çırpılıb.

Əldə etdiyimiz yeni məlumata görə, klubun prezidenti artıq xəstəxanaya gəlib və yaralılara baş çəkib.

Bədbəxt hadisəylə əlaqədar "Neftçi" rəhbərliyi və klub heyətinə, vəfat edənlərin yaxınlarına Allahdan səbr, yaralılara şəfa diləyirik.

372 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (3)
Cefer / 15.02.2010 21:14

Allah ikisinə də rəhmət eləsin. Alimi taminiram. Amma Vahid ela oglan idi!

http://90plus.info/index.php?option=com_content&view=article&id=1351:hmkarlarmzn-ziz-xatirsin&catid=85:futbol&Itemid=197 

Vahid haqqinda chox gozel yazıdır. Oxuyun!

Metanet Bayramova / 14.02.2010 23:17

Allah sebr versin !

Ramin / 14.02.2010 03:14

Nə pis oldu...... Allah rəhmət eləsin. Çox pis oldum. Allah onların ailələrinə səbr versin..

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
1588 işarə 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika