1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
RAMİN MUSAYEV: "İNTER" "XƏZƏR LƏNKƏRAN"IN AZARKEŞLƏRİNDƏN PUL QAZANA BİLƏR
RAMİN MUSAYEV: "İNTER" "XƏZƏR LƏNKƏRAN"IN AZARKEŞLƏRİNDƏN PUL QAZANA BİLƏR
03.10.2011 19:45

"Neftçi"nin əleyhinə olan qərarlar qəbul olunub"

Peşəkar Futbol Liqası və AFFA-nın təşəbbüsü odu ki, futbolda kütləvilik olsun, azarkeş diqqəti artırılsın. Xüsusən PFL-in bu istiqamətdə xeyli cəhdləri var. Buna baxmayaraq, bəzi əks addımlar da görürük.

Məsələn, Premyer Liqanın son turunda "İnter" "Xəzər Lənkəran"la oyunda satışa bilet çıxardı. Halbuki,əvvəlki bəzi matçlarda bilet satışı etməmişdi. Bu, sadəcə "bankirlər"ə aid deyil. Bəzi klublar güclü azarkeş dəstəyinə malik klublara qarşı belə addım atırlar.

Maraqlısı ondadı ki, biletlərin tərtibatında ciddi problemlər ortaya çıxır. Satılan biletlərin əksəriyyəti saxta olur. Bu ayrı problem. Üstəlik,  UEFA-nın qaydalarında tövsiyyə edilir ki, əgər klub bilet satmırsa, yerli federasiyanın sanksiyasına məruz qalmalıdı.

Məsələ ilə bağlı PFL-in prezidenti Ramin Musayevin fikirlərini öyrəndik. Qurum rəhbəri klublarımızın avrokuboklardakı çıxışına toxundu: "Bəyəm bizim komandalarımızın hamısı avrokubok oyunlarında bilet satdılarmı?!".

Doğru məqamdı, bəzi klublarımız Avropa oyunlarında bilet satışı təşkil etsələr də, digərləri etmədi.

Musayev yerli çempionatdakı belə nüansların futbolun kütləviliyinə nə dərəcədə mənfi təsiri barədə isə bunları dedi:

"Bəli, mən sizinlə razıyam. Bu, düzgün deyil. Ancaq PFL-in hansısa klubun qarşısında bilet satıb-satmayacağı ilə bağlı şərt qoymaq ixtiyarı yoxdu. Praktiki olaraq belə bir hüququmuz olmadığı üçün klublara bu məsələdə bir söz deyə bilmirik. Sadəcə tövsiyyə edə bilərik ki, azarkeşlərin stadionlara cəlb olunmasına mane olmasınlar.

Mənim şəxsi fikrimə qaldıqda isə bunu səhv addım kimi qiymətləndirmirəm. Məsələn, "İnter" "Simurq"la oyunda bilet satmamışdı. Hətta "Kəpəz"lə görüşdə müəyyən qədər azarkeş olsa da, satışa bilet çıxarılmamışdı. Ancaq "İnter" fikirləşir ki, "Xəzər Lənkəran"ın azarkeşləri çoxdu və bununla pul qazana bilər. Əfsus ki, mən buna qarşı heç nə edə bilmərəm".

Ötən mövsüm AZAL - "Xəzər Lənkəran" qarşılaşmasında qabaqcadan elan olunmadan oyun günü bilet satışı təşkil olundu. Bundan əlavə, fotosunu saytımızda verdiyimiz həmin biletlərin adi kağızdan hazırlandığı da diqqətdən yayınmadı. Bu cür qeyri-peşəkarlıqla bağlı Ramin bəyin münasibətini öyrəndik:

"Yəqin ki, klublar bilet çapına görə xərcə düşmək istəmir. Çünki orijinal bileti çıxarmaq təqribən satışının yarısından bir az çox edir. Məsələn, 1 manatlıq biletin orijinal çapı təxminən elə eyni qiymətə gəlib çıxır. Ona görə də klublardan tələb etmək olmur ki, kağızdan bilet hazırlamasın. Məncə bunu ciddi nöqsan saymamaq da olar".

Fürsətdən istifadə edib "Simurq" - "Neftçi" oyununda Rövşən Əhmədovun mənfi ajiotaj doğurmuş idarəçiliyi ilə bağlı PFL prezidentinin fikirlərini bilmək istədik. Musayev dedi ki, bu qarşılaşmanın videoyazısını dəfələrlə izləmişik:

"Həmin oyunda mətbuatda iddia olunduğu kimi Rövşən Əhmədov "Neftçi"nin lehinə idarəçilik etməyib. İstənilən jurnalisti, futbol rəsmilərini PFL-ə dəvət edirəm ki, gəlsinlər birlikdə izləyək, müzakirə edək. Əksinə 4-5 epizod var ki, birbaşa "Neftçi"nin əleyhinə olan qərarlar qəbul olunub. Mən bunu Əhmədovun hakimlik səhvi kimi şərh edirəm. Bu epizodları izləyəndən sonra "Simurq" rəhbərliyi də qeydlərimizlə razılaşdı. Hamı əmin ola bilər ki, meydanda hakimlər səhvlərə yol verirsə, onun cəzası mütləq olur. Hər bir klubun istənilən hakimdən narazılığını qəbul edib birlikdə analiz etməyə hazırıq".

Asəf ZEYNALLI

335 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika