
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Əhmədov və onun tayı olan bir neçə referini də fit üzünə həsrət qoymaq vaxtıdı
Rövşən Əhmədovun "Simurq" - "Neftçi" matçında çıxardığı hoqqalar Hakimlər Komitəsinin gəncləşdirmə islahatının bir daha vacib olduğunu isbatladı.
Əhmədov və onun kimi pis vərdişə uğramış hakimlərə artıq heç nə təsir etmir - nə tənqid, nə azarkeş qınağı, nə də... Müşahidələrimdən belə nəticə çıxarıram ki, əhmədovkimilər mənəvi "erroziyaya" məruz qalıblar. İnsan üçün çarəsi olmayan bəladı bu...
Mətbuat konfransında Böyükağa Hacıyev hakimlə bağlı suala "Nə etdi, məgər penalti verdi, yoxsa bilərəkdən qırmızı kartımızı göstərmədi" - cavabını versə də, Hacıyevin özü də yaxşı görürdü ki, hakim o azarkeşlərin nifrət dolu şüarlarını tam haqq edirdi öz idarəçiliyi ilə.
Hacıyev, bilərəkdən penalti vermək ayıb (vicdansızlıq) deyil, bu, aşkar tərəfkeşliyin əlamətidi. Ayıb (əqidəsizlik) odu ki , sən oyun ərzində xırda foullarla tərəfkeşliyini "yerinə yetirəsən". İki belə qərar mahiyyətcə bir penaltiyə bərabərdi elə, bunu yaxşı bilirsiz.
Ötən il Əfqan Həmzəyev rüsvayçılıqlarını yazdıqca özüm onun əvəzinə utanırdım. Bu il davamçısı Əhmədovdu...
Artıq söz tapmıram yazmağa. Ən yumşaq söz "ayıb" olardı, onu da işlədirəm. Gözümün önündə Əhmədovun praktik və nəzəri səhvləri bir qayda olaraq "Neftçi"nin lehinə işləyirdi. Əslində, "Neftçi"nin lehinə nəsə eləməyə ehtiyac yox idi. "Simurq"un baş məşqçisi Sergey Yuran da konfransda etiraf etdi ki, ilk hissədə rəqib onlara oynamaq imkanı vermədi və məntiqi sonluq kimi qol vurdular.
"Neftçi" oyunboyu "Simurq"dan təcrübəli olduğunu göstərirdi, ancaq bu gedişatda Əhmədovun niyə hər fitində insanları əsəbə qərq etdiyini, tam dolmuş tribunalardan söyüşləri "aldığını" artıq siz də bildiz - bərbad hakimlik.
Oyundan sonra azarkeşlər stadionu 20 dəqiqə tərk etmədi. Hamısı əsəbi idi. Narazılıqlarını bildirməyə adam axtarırdılar. Üzücü mənzərə idi. Bir yandan futbolun kütləviləşməsi üçün minlər, milyonlar ayrılır ("yeyilir"), bir tərəfdən də insanlar futboldan küskün salınır. Şahidi oldum, oyunu ən azı 100 azarkeş erkən tərk etdi. "Simurq" rəsmiləri isə stress halında - AFFA nümayəndəsinə etirazlarını bildirsələr də, həmin şəxs hər şeyin qaydalar çərçivəsində olduğunu deməklə kifayətləndi.
Bütün bu çatışmazlıqlara görə tənqidlər Hakimlər Komitəsinə ünvanlanmalıdı. Ancaq HK-nı saya alan varmı...
HK-nın gücü yalnız gənclərə bu mövsüm nisbətən daha çox üstünlük vermək oldu. Paradoksal olsa da, mən bunu qəhrəmanlıq sayıram. Çünki bilirəm ki, HK-nı, elə birbaşa sədr Xaqani Məmmədovu buna görə minnət altına salanlar var. Əgər gənclər səhv etsə, "gördüüüün.. indi zibilini özün təmizlə..." kimi şeyləri eşidəcəyini bilirəm.
Əfsus ki, bu rəzil durumdan çıxış yolu yoxdu. Bir yol var, o da qaydaların, qanunların ali olması. Pardon, Azərbaycan futbolunda qaydalar zorlanıb, qanunlar isə hisə verilib.
Nə yaxşı ki etimad göstərilən gənc hakimlər üzqarası idarəçilik eləmir. Əliyar Ağayevin "İnter" - "Xəzər Lənkəran" kimi çətin matça təyin olunması böyük risk olsa da o, özünü yenə doğrultdu. Təkrarçılıq olmasın, Ağayev kimi gənclərin yolunu açmağın vaxtı çoxdan çatıb. Əfqan Həmzəyevin hakimlikdən uzaqlaşdırılmasını tənqidə verilən qiymətin göstəricisi kimi qarşıladıq. Əhmədov və onun tayı olan bir neçə referini də fit üzünə həsrət qoymaq vaxtıdı.
Elçin
Qardaş, nə fərqi var axı? əhmədovun əvəzinə gələcək məmmədov. Məgər o, "Neftçi"yə kömək etməyəcək? Siz niyə odu qoyub közlə oynayırsız? O qədər sifarişlə işləyən hakim var ki. Əldən-ayaqdan gedirlər özlərinə bir gün ağlamaq üçün. İnsanların gözləri qarşısında hakim "Neftçi"nin lehinə qərarlar verir, qondarma aut atışından sonra komanda qol vurur, AFFA-nın aftafa hakimi E. Məmmədov isə 9 milyonun üzünə durub deyir ki, bu, kobud hakim səhvi deyil. Ə bəs nədi bu? Səsini başına atıb qışqırmaqnan deyil e. Özünə get kənardan bax. Bəsdi AFFA-dakılara işlədin, bir az da ədalət və həqiqətə qulluq elə. Adamda kişilik və cəsarət olmalıdır ki, bunu etiraf eləsin. Sizlərdə o olmaz...