1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
QADIN FUTBOLUNUN QIZDIRMASI (YAZI)
QADIN FUTBOLUNUN QIZDIRMASI (YAZI)
26.09.2011 10:45

Millidəki biabırçılılqar... sensasiya deyil

Azərbaycan futbolunda görüntüyə hesablanmış işlərdən biri də qadın futboludu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin assosiasiyaya prezident təyin olunmasından sonra futbolun inkişafına dair 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının icrasının sürətləndirilməsi göstərişi verilib. Görülən odu ki, Abdullayevin AFFA-sı neft pullarını futbolu bilməməyinin güdazına verməkdə davam edir.

Elə söhbət açacağımız qadın futbolu da buna əyani misallardan biridi.

Qadın Futbolu Federasiyasının təsisi və qadın futbolunun inkişafı üçün külli miqdarda vəsait ayrılmışdı. Çox keçmədi ki, bu işin "əmması" üzə çıxdı. Təxminən 2 il əvvəl 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyətindən 6 futbolçunun "lipa" çıxmasını xatırlayaq. UEFA buna görə AFFA-ya sərt cəza kəsmişdi - 60 min avro cərimə və 3 il müddətinə beynəlxalq yarışlardan diskvalifikasiya.

O vaxt QFF-in prezidenti beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev vəzifəsindən uzaqlaşdırılmışdı. Bir müddət sonra gənclər və idman naziri Azad Rəhimov qadınlardan ibarət yığmanın və ümumiyyətlə, QFF-in buraxılması haqda qərar verildiyini açıqlamışdı. Bununla da milyonların havaya sorulması bir növ "rəsmiləşmişdi".

Ancaq ölkə futbolunu neft pullarıyla birtəhər ayaqda saxlayan AFFA-nın qadın futboluna "diqqəti" bununla bitmədi. Əksinə israrla davam etməkdədi...

2012-ci ilə 17 yaşadək qızlardan ibarət Dünya Çempionatı Azərbaycanda keçiriləcək. Buna görə də bir U-17 "qondarılıb". Almaniyadan dəvət olunan Sissi Rayt və onun texniki heyəti bu komandanı formalaşdırır. AFFA bildirir ki, bütün Azərbaycan ərazisində seleksiya işləri aparılıb, yığma komandaya xeyli sayda futbolçu cəlb olunub və s.

Görüntü xatirinə məlumatlar və işlər davam etməkdədi...

Amma istənilən halda, işi bilməmək mütləq problemlərə gətirib çıxaracaq. AFFA rəhbərliyi futbolu bilmir. Buna görə də 5 manatlıq işi 500 manata görməkdən başqa çarə qalmır. Səriştə yoxdu deyə, güc pula verilir. Pul da Sissi Rayta və ümumiyyətlə, Azərbaycan futbolunu heç də inkişaf etdirməyən "almanlaşdırma" siyasətinə yeridilir. Bir sözlə, futbolumuz "sissilib, batırılıb"...

Problemlərdən çox yazmışıq. Növbəti biabırçı faktları redaksiyamızla əlaqə saxlayan Səbinə Kərimli (ad şərtidi) danışdı. O, millidə şahidi olduqlarını dedi, hansı ki Azad Rəhimov məsələn, bu faktlardan sonra U-17-nin də buraxılmasını rahatlıqla açıqlaya bilər.

Səbinə deyir ki, dünya çempionatına hazırlaşan millidə vəziyyət acınacaqlıdı. Ayrıseçkilik baş alıb gedir. Sissi Rayt özünü bu millinin sahibi kimi aparır, yerli futbolçuları saya almır, özüylə gətirdiyi almanları bəsləyir:

"Baş məşqçi Silviya Rayt guya Azərbaycanı gəzib seleksiya apardı. Ancaq toplanan yerli futbolçular millidə bir müddət məşq elədilər. Qışdan isə milliyə legionerləri dəvət elədilər. Bir neçə alman və türk əsilli alman futbolçular gətirilib. Yerli futbolçulara heç məşq keçmək istrəmirlər. Hazır futbolçuları gətiriblər, özlərinə əziyyət vermirlər azərbaycanlı qızlara məşq keçməyə. Hər məşqdə bir bəhanə tapıb, onları evə göndərirlər. Təlim-məşq topllanışında tərifləyirlər, sonra isə səndə heç nə alınmır - deyib evə göndərirlər. Guya göstərirlər ki, biz Azərbaycanda qadın futbolunu inkişaf elətdirmək istəyirik, yerli istedadları üzə çıxardırıq. Amma qətiyyən elə deyil".

Səbinə deyir ki, "Millidə skandalların, ardı-arası kəsilmir. Bizim qızları nə yerinə qoyublar, anlamıram. Məşqçilər isə... Nəysə, onlara daha sözüm yoxdu"

Səbinə bir az sonra məşqçilər haqda narazılığını da açıqlayacaq, ancaq indi daha maraqlı bir faktın üstünü açır: "Milliyə yeni legioner gəlib. Adı Leyla Solmaz. Sənədlərini dəyişib onu "Leyla Məmmədova" elədilər. Bu qız türk əsilli almandı. Leginerlər çoxdu - Leyla Çorumlu, Süheyla İltər, Hülya, Meris Sarıaltın, Asya Sarı, Vivien, Lana Venger və s. Bunlar hamısı legionerdi. Azərbaycanda qadın futbolunu belə inkişaf etdirirlər? Hər şey süni yolladı".

Məlumatlı mənbəmiz çox israr etsə də, biz məşqçilərlə bağlı narazılığından bir neçə məqamı ondan ala bildik. Doğrudan da biabırçılıqdı. Səbinəni dediklərinə diqqət yetirək: "...Köməkçi məşqçi Zamin Əsədullayevi nəzərdə tuturam. Qızlara "ayrı mənada" baxır. Sizdən soruşum, hansı məşqçi idmançılarına deyir ki, gəlin mənim başımı massaj edin... Və ya qızlarla mənasız söhbətlər, zarafatlar edir? Və ya doğrudumu, məşqçi tələbəsinə, "sənin nə gözəl fiquran var" desin. O bunları edib. Mən bütün bunlara görə çox utanırdım. Millidən iyrənmişdim. O məşqçi yanında oturan kiminsə ayağının üstünə əlini çəkinmədən qoyurdu. Çox iyrənc bir mühit var orda. Mənə gördüklərim çox pis təsir etdi. Bizim qızlar orada cəmi 100 avro, "poyezdkalar" və bir də oranın yeməyi üçün qalıblar. Yoxsa hamısı çıxıb gedər. Amma aralarında həqiqətən əla futbolçular var. Sissi Rayt bizim qızlarla açıq-aşkar məzələnir. Guya bizə diqqətlidi. Rəhbərlik görəndə qızların üzünə gülümsəyir, ancaq belədə tam tərsinə olur. Hər imkanda çalışır ki, alman futbolçuları gətirsin bura. Məsələn, Zaqatala komandasından bir hücumçunu dəvət eləmişdi milliyə. Onu nə Cenevrədəki təlim-məşq toplanışına aparmadı, nə də Berlinə. Guya sənədlərində problem var. Mən anlamıram, xaricdən gətirdiyi futbolçuların ad-soyadını çox asanlıqla dəyişirlər, bütün sənədlərini hazırlayırlar, ancaq yerli futbolçunun sənədində problem çıxır və onu düzəldə bilmilər? Axırıncı gətirdiyi legioner Hülya qapıçıdı. Hələ də davam edir. Legionerlər gətirirlər.

Alman məşqçi ən adi şeylərdə də bizim qızlara ayrıseçkilik qoyur. Məsələn, azərbaycanlı qız "facebook"da sevgilisinə mesaj yazırsa, bu artıq Rayt üçün intizam pozmaqdı. Ancaq alman qızın oğlanla öpüşdüyünü azəri məşqçi bir dəfə görüb gedib Sissiyə deyəndə bilirsiz cavabı nə olmuşdu - "Hə, nə olsun..."

P.S. Rövnəq Abdullayev: "Azərbaycanda qadın futbolu inkişafına görə regionda liderdi"

Elçin CƏLİLOV

325 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (13)
timona / 21.10.2011 23:41

inaninki Elxan Memmedovun bu lipada hec bir eli yoxdur.sisi deyirki legioner getirirem ki bizimkiler tecrube toplasin.ozu getitir ve burdaki taniwlarla o senedleri duzeldir.

timona / 21.10.2011 23:34

Quliyeva Aide men 10 ilimi futbola vermiwem u17 u19 u 21 a milli kamandalarda oynamiwam ama zamin kimi alcaq mewqci sisi kimi saymamaz qadin sizin kimi ozune hormet etmeyen oyuncular gormemiwem.mene 1 defe sen bura pula gore gelirsen dediler ve tupurdum hemin deqiqe o kamandaya ve cixdim cunki ozume inanirdim ve yerimde 2ci adamin olmadigini bilirdim.ve getdim olar 2 gunden sonra meni axtarmaga bawladilar .men qayitdim ve rehberlikle daniwdim ki kamandamin oyuncularina bacilarima hormetle yanawmalidirlar vessalam.men o vaxt ozume ve kamandama hormet teleb etdim ve etdirdim.siz ise sebinenin dediyi kimi 100 avro sefer ve 1 qarin yemeye gore ordasiz.menim adim Suleymanzade Tehminedir.sohbetin olsa mewqcinden ele o sisiden menim nomremi ala bilersen

el-cin / 21.10.2011 00:55

dogurdan biyabirciliqdi sen bu Zamin deyilen meshqciye bax ayibdi..o Zamini bir defe  tutulmishdu. indi onu millide kim saxlayir,bilmirlerki axiri bele olacaqdi qizlara el atir ayib olsun ona..

Etibar Qarabagli / 04.10.2011 09:38

Aide xanim siz yegin duz anlamadiz. Tebiiki bizde neyinki, qadin futboluna, butun idmanimiza ve olkemizi butun sahelerde temsil eden shexslere ugur arzulayiriq. ancaq sohbet hal hazirda qizlarimizi oz milli komandamizda zeyif ve sanki ikinci dereceli oyuncu saymaqdan gedir. elbette bizede pis tesir edir ki, hansisa alman gelib oz ligeonerlerini (hele bilmek olmaz belkede bunlarda lipadi) bizim qizlardan ustun tuturlar. Butun idman novleri ile maraqlaniram ve bacardiqca canli olaraq arenalarda destekleyirem. sizide destekleyenlerden biri men olacam. ancaq calisin komandada size hormet etsinler ve ayri seckilik yarada bilmesinler ecnebiler.

aide / 03.10.2011 21:37

men millide oynamiram amma men oz qizlarimizla fexr edirem!! ve demek isteyiremki ispanlar bizden yaxwi oynayillar ve ukraynilarda! bizimkiler futbola teze bawlayiblar!bizim qizlara biraz da vaxt lazimdi ki onlar yaxwi oynasinlar! siz onlarla ve sisiyle fexr elemelisinizki onlar bir ile bele neticeler aliblar!ve yatdan cxartmayinki onlr qizdilar ve indi indi bawlayiblar oynamaq aonlr oqlanlar kimi 1 ile supper oynaya bilmezler!men onlara uqurlar arzulayiram dunya cempionatinda!!!

aide quliyeva / 03.10.2011 20:32

he uduzmuwuq amma bizimkiler helem teze teze futbola bawlayir qizlardan daniwiram! bizimkiler helem 1 ildi  futbola bawlayiblar obiriler ise coxtannan!

sebirli olmaqda lazim dida biraz! qozleyin biraz da baxarisiz bizimkiler neter futbol oynayacaqlar!

Etibar Qarabagli / 03.10.2011 12:46

Nazile ve Aide Xanimlar sizi bilmirem mecbur edibler bura yazmaga yoxsa yox, biz her halda Olkemizde futbolun bu cur inkisafini gorub deyerlendiririk. Affadan ne desen gozlemek olar. hem biz bilmirik heqiqetende sizin adinizdan yaziblar, yoxsa yox. men hec shubhe etmirem ki, sizi orda ikinci dereceli oyuncular sayirlar. bu sizin sehviniz deyil eslinde affanin sehvidiki, bu qeder lageyid yanashirlar butun futbol sahelerine. inaninki affada oturan 100 ishciden 5-neferin futboldan basi cixir ya yox. bizim gozlerimizle gormeye hec ehtiyyacda yoxdu biz gorduyumuzu gormusuk. esas siz gozllerinizi yaxshi acin ve imkan vermeyinki, sizi orda ikinci dereceli oyuncu saysinlar. Size ve olke futbolumuza ugurlar!!!

Elvin / 03.10.2011 04:37

Aide ve Nazile xanim, siz neden danisirsiz??? Ispaniyadan 7 cavabsiz qol yeyenden sonra Sissi deyirse ki, netice edaletli oldu, daha sozum yoxdu...Bilmirem kimdi o, amma belke xanimin cekdiyi exlaqsiz etalonlar yalandi?..Deyesen, sizi yaziya protiv qısqırdıblar,... Men gozumle gormusem bele hereketleri, Ruslan 93-de. Basqa ne qullugunuz varsa, buyurun.

aide quliyeva / 02.10.2011 21:54

bura yazilanlar dordanda yalandi!siz niye qelen qedene inanirsiz oz qozleriynen birinci qorun sonra daniwin!!!hele olsa qelin her bir soze inanaq da!!!

nazile babaeva / 02.10.2011 21:52

bura yazilanlar hamsi yalandi !!!!

Etibar Qarabagli / 27.09.2011 12:33

Namiqin sozune quvvet, indide hemin lipalashma gedir. sizce bu defe ustu acilarsa, Uefa ve ya Fifa ne qerar verecek? ermenistanda oldugu kimi qadin futbolu bizdede yigisdirilacaq? Futbolumuzun bas bilenleri basda Rovneq Abdullayev olmaqla, redd olsunlar futbolumuzdan! bundan sonra futbolu bilen shexsler devet olunsun. Cenab Prezidentimizden butun fanatlar adindan xahish edirik, ede bileceyiniz bir shey varsa, sizinde futbolumuzun inkishafina dair verdiyiniz serencama duzgun reayet olunmasina emr veresiz!

Namiq / 27.09.2011 11:31

Milli komandani buraxdi. Shamil muellimi (bash meshqci) seleksioner eledi. Orada 2 meshqci qiz (adlari yadimdan cixib) var idi, onlari da seleksioner eledi. Bashladi U-15 komandasi yaratmaga. Guya qadin futbolunu "0"-dan bashlayir. Sissini getirdi. Qizlari Avropanin butun sheherlerine telim meshq toplanishina  gonderdi, zeif komandalar tapib onlarla oynadi. Sonra xoruzun quyrugu gorsendi.Cekilen xercler behre vermedi.Bashladi millini "almanlashdirmaga". Indi her shey oldugu kimi qalir. Legionerler evvelce ruslar idi, indi almanlardi. Dogum tarixleri saxtalashdirilir, soyadlari azerbaycanlashdirilir.Cixib Dunya cempionatinda yene biabir olacagiq?  Dunya cempionati show xatirine kecirilecek? Butun cekilen xercler bize ne verecek?

Namiq / 27.09.2011 11:04

Bu boyuk bir problemdi. Yanashdiginiz meselenin koku daha derindir. Orada tekce Asim Xudiyev yox, Behruz Esgerov da "vuruldu". Evveller ruslar oynayirdi, ozude pis oynamirdilar. Bashladilar onlarin soyadlarini ve dogum tarixlerini saxtalashdirmaga. Butun emeliyyatlar AFFA-da rehberlik terefinden hell olunurdu, sonradan bunun ustu metbuat vasitesile acilanda, Elxan Memmedov Behruzla, Asimi qabaga  "iteledi". Guya bunun hec neden xeberi yoxdu. Ozunu UEFA ve R. Abdullayevin yaninda gunahsiz kimi gosterdi. UEFA-da bunu alqishladi ki, baxin bash katib lipalashdirmaya qarshi nece mubarize aparir.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika