1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
ERMƏNİSTAN BU PİŞİYƏ GÖRƏ TÜRKİYƏYƏ ETİRAZ EDİB FLAŞ!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 4 3 1 0 7-1 10
2 Xəzər L. 4 3 1 0 4-0 10
3 İnter 4 2 1 1 4-2 7
4 AZAL 4 2 1 1 5-4 7
5 Muğan 4 1 2 1 5-5 5
6 Qarabağ 2 1 1 0 2-1 4
7 MOİK 4 1 1 2 3-4 4
8 Bakı 3 1 0 2 4-5 3
9 Gəncə 3 0 3 0 3-3 3
10 Turan 4 0 2 2 3-7 2
11 Simurq 4 0 2 2 3-9 2
12 Qəbələ 4 0 1 3 1-5 1
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 6
2 Jaba Bakı 3
3 Qvidas Yuşka AZAL 2
4 Anar Qasımov MOİK 2
Arxiv
Həftənin xəbər hiti
Günay ELTAC
Glamour of our football
08.02.2010
Günay ELTAC |gunaytac@gmail.com
Glamour of our football

Papalarımız belə bir məsəl deyib: atı atın yanına bağlasan, həmrəy olmasa da, həmxasiyyət olar. Elə buna oxşar bir misal deyirəm: Azərbaycan futbolunun siması heç cəlbedici deyil. Kifir, eybəcər, ürəkbulandıran bir görünüşü var.
Bu mücərrəd eyhamları bir qədər konkretləşdirib belə deyim ki, hərdənbir apardığım müşahidələrdə meydanda top qovan kişi şortiklilərin arasında bir balaca da olsa, cazibəli, yaraşıqlı birisinə rast gəlməmişəm.
Yuxarıda atı atın yanına bağlamağın fəsadlarından qısaca bəhs etdim. Deməyim odur ki, idman jurnalistləri də o qədər futbolçularımızdan, məşqçilərimizdən, hakimlərimizdən yazıblar ki, o qədər onlarla ünsiyyətdə olublar və hətta demək olar ki, gündoğandan günbatanadək futbolçu məxluqundan başqa əməlli bir şey görmədiklərindən onların da mənəvi və xarici görünüşündə, siz də məni əfv edin, assimilyasiya baş verib. Nədi bu assimlyasiya? Hamısı qısır, guya utancaq, bəzisi ona-buna tənqid yazmaqdan yeməyi belə yaddan çıxarır, bəzisi isə ümumiyyətlə, bu peşədə niyə çalışdığını özü də bilmir, özünü itirib, görmür, eşitmir, fikri-zikri hardansa bir şok informasiya tapıb, yazmaqdı. Arzusu, amalı o biri qəzetdə çap olunan hansısa futbolçu haqda şok informasiyadan daha beşbətərini öz qəzetində çap eləməyə gücənməkdi...
Ən böyük problem isə odur ki, bu iyrənc panoramanın bundan sonra düzələcəyinə bir qram da ehtimal yoxdu. Çünki bizim tərəflərdə heç inkişaf anlayışının meyarları bəlli deyil.
Nəysə, mətləbdən uzaqlaşmadan keçim məni düşündürən məsələyə. Hörmətli oxucu, yəqin mənimlə razılaşarsan ki, futbolun bütün idman növləri arasında şəriksiz populyar olmasının ən əsas səbəbi azarkeş amlidi. Və həm də razılaşarsan ki, azarkeşi stadiona cəlb edən ən böyük amil isə futbolçunun möhtəşəm oyunu və onun gözəl xarici görünüşü, kütlə arasında sevimli olmasıdı. Bütün bunlar qadının futbola marağını artırır. Bunu görən kişi də qadının xətrinə, ona xoş gəlsin deyə, futbola baxır... beləcə, stadion dolur.
Əgər futbolçu öz keyfiyyətləriylə qadını stadiona gəlməyə vadar edə bilirsə, əmin olun ki, bir qadın azarkeşə görə, stadiona ən azı 15-20 kişi tamaşaçı da gələcək (Eybi yoxdu, stadiona tum çıtlamağa gəlsə də, əsas çoxluq yaratmaqdı. AFFA da bunu istəmir..?).
Devid Bekhem, Luka Toni, Kriştianu Ronaldo, Françesko Totti kimi futbolçuların fotolarını bəzi rəfiqələrimin mobil telefonunda görmüşəm. Deməli, bu futbolçular xanımları cəlb etməyi bacarıb. Yadıma gəlir, hətta biraralar Türkiyədə seks simvola çevrilmiş İlhan Mansızın oyununu (həm də özünü) canlı izləmək üçün universitetdə qiyabi tanıdığım bir qız burdan basa-basa düz İstanbuladək getmişdi. Bunu bilmək də vacibdi ki, Mansıza qədər Türkiyədə qadının futbola stadionda baxmağı uğurlu variant sayılmırdı. Mansız məşhurlaşandan sonra onun qızlardan ibarət fanat qrupu yaranmışdı və onlar "Beşiktaş"ın öz stadionundakı oyunlarını Mansıza görə izləyirdilər.
Dünya futbolunda belə faktlar çoxdu. Məsələn, Devid Bekhemin Hindistanda, Sinqapurda, Avstraliyada çox böyük fanat qrupları var. İtaliya yığmasının müdafiəçisi Fabio Kannavaronun, braziliyalı oyunçu Kakanın, eləcə də Şevçenkonun qadın fanatı minlərlədi.
Yəqin mövzunun əhəmiyyətini anladız. İndi sual edirəm: Azərbaycanda futbolun bu cür kütləviləşdirilməsinə imkan varmı? Kimnən?! Mahmud Qurbanov? Yox... Elə bil əbədi depressiyadadı, heç, nə danışdığını özü də bilmir. Zaur Ramazanov? Yox! Elə bil.. əşşi, heç nə bilmə. Vaqif Cavadov? Yox? Niyə? Ona görə ki, o, futbolçudan çox vampirin uğursuz variantına oxşayır. Rəşad Sadıqov? O da sadəcə, yox! Mahir Şükürov? Rail Məlikov? Saşa Yunisoğlu? Yox da, yox! Bunları apar at, kolxoz bazarına... Emin İmaməliyev? Hə. Amma yox!
Görün, bu boyda futbolçudan bircə nəfər düz-əməlisini tapa bilmədik. Deməli, futbolumuzun kütləviləşməsi, inkişafı qaldı məliyə-məliyə...

577 dəfə oxunub Share/Save/Bookmark                     Yazarın digər yazıları:
Şərhlər (7)
Gunay Eltac / 14.02.2010 23:45

Bəhruz - çox sağ ol yazıları izlədiyinə görə. Məncə, həqiqətən, maraqlıdı ki, oxuyursan da.. hə?))

Nizar - səni tam anladım. Razı olmadığın məqamlarla heç mən də razı deyiləm. Amma yazı yazanda məcbursan ki, bir az obrazlı olsun fikirlər... Bunlar ciddi fikirlər deyil, obrazlı, məzəli fikirlərdi. Yəni güldürmək istəmişəm day na camaatı..:))

Azerfan Abid - Hə, köhnə oxucu, davam edirsən oxumağa?:)) Tahir Süleymanov "priçom"..? Reklam elıdim e əməlli-başlı onu..))

Azerifan_Abid / 14.02.2010 22:42

Bir daha Salam... bele desek bu movzunun yaranacaqini, 2 movzu once ehtimal etmishdim=) Siz de soz vermishdiniz =)

Ish orasindadir ki, siz Tahir beye ele vurulmusunuz ki, gozunuz stadionda bashqa hech kesi gormur =)

Shexsi mushahidelerimin neticesini achiqlayacam.. Mushahidemi saytlardan birinde, shekillere qoyulmush azeri qizlarin kommentleri ile esaslandiriram.. En chox sevilen ftubolchu, Kamran Agayevdir..  Son chikilde en chox yadda qalan iki oyunchu varsa biri Kamran o biri Vagif Cavadovdur.. Qizlar en chox Ahayeve ustunluk verirler.. Bundna bashqa Ruslan Abishovun da qiz fanatlari az deyil... Bir neche muddetden sonra Ilqar Qurbanovun da az olmayacaq =) Bizim kechmish Istanbullu axir vaxtlarda modaya yaman girishib.

Nizar / 14.02.2010 22:32

yazini yaxsi yazmisiz ancaq yazdiqlarinizdan daha dogrusu axirinci cumlenizden bele cixir ki, futbolumuzun kutlevilesmesi ucun hansisa futbolcunun xarici gorkemi Bekhem kimi olmalidi bu onda futbol yox kino olar kino.O Ilhan Mansiz duz emelli oynamasaydi,Bekhem futbolu buraxib ancaq reklamlara cekilseydi,Ronaldu driblinqler etmeseydi.onlarin xarici  gorkemine  baxan olacaqdi???Meger bir nece il bundan evvel dunyanin en yaxsi futbolcusu secilen Ronaldinyo o nece???

Olkenin en yaxsi futbolcusunu vampire benzedirsiz.......Vampirin ugursuz varianti adlandirdiginiz futbolcunu  Bekhemin bir vaxtlar mesqcisi olmus Stiv Maklaren beyenib. sonrada futbolun kutlevilesdirmekden danisirsiz.futbol azerkesi futbola baxir futbolcunun oyununa baxir xarici gorunusune yox!!!Podyum deyil futbolcunun cixdigi .stadiondu.!!!Bunlari at kolxoz bazarina niye yazmisiniz ???bazarin bura ne dexlisi ozude Kolxoz bazarininin....Kolxoz ki, ee dagilib

Behruz Jurnalist / 13.02.2010 17:43

salam Gunay xanim cox gozel movzuya toxunmusan. Bu menim xoşuma gelir. Digər yazını görmek üçün indiden sebirle gözləyirem. ELTV TELEVİZİYA ŞİRKETİ

GünAy / 10.02.2010 23:00

Ala, Milashka, sən Mahmud Qurbanovun vəkilisən..? Vəkilisənsə eşit. Əccəb eliyirəm. Yazdığımı bilmirəm? Əlimin içindən gəlir, get qarnıvı qaşı...

Milashka / 09.02.2010 01:48

Sen cox sehv eliyirsen, Mahmud Gurbanov hereketini de danishigini da ela bilir, amma sen ne yazdigini bilmirsen.

Mololon / 08.02.2010 16:53

1 dene var, Rahid Emirquliyev.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:




Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Xəbər-Xronika