1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
MİRÇA REDNİK BÖYÜKAĞA HACIYEVİN CAVABINI VERDİ (MÜSAHİBƏ)
MİRÇA REDNİK BÖYÜKAĞA HACIYEVİN CAVABINI VERDİ (MÜSAHİBƏ)
23.09.2011 03:02

"Adını da bilmirəm... cənab, öz işinlə məşğul ol"

Bu gün Premyer Liqanın VII turunda "Qəbələ"ni qəbul edəcək "Xəzər Lənkaran" oyuna tam hazırdı. Komandanın baş məşqçisi Mirça Rednik həm oyun haqda , həm də başqa suallarımıza cavab verdi.

- Son günlərdə əzəli rəqibiniz olan "Neftçi"nin baş məşqçisi mətbuata açıqlamalarında sizdən danışır. Deyəsən komandalar arasındakı rəqabət məşqçilər arasında da yaşanır...
- "Neftçi" ilə oyundan əvvəl "oyuna xüsusi hazırlaşırıq" deyəndə, İspaniyada "Barselona" - "Real" (Madrid) və ya Rumıniyada "Dinamo" (Buxarest) - "Styaua" kimi xüsusi oyunlarda olduğu kimi, bu oyuna da xüsusi hazırlaşdığımızı demişdim. Yəni önəm vermişdim. O ki qaldı "Neftçi"nin baş məşqçisinin mənim haqqımda dediklərinə, o mənim haqqımda həqiqətən də çox danışır. Mən isə heç bir baş məşqçi və ya klub haqda pis danışmıram. Adını da bilmirəm... cənab, öz işinlə məşğul ol, "Xəzər Lənkəran"la işin olmasın. Hamı görür, hazırda birinci yerdə bizik. Nə vaxt nəticə qazanar, onda danışmağa başlayar. "Xəzər Lənkəran" bu gün təkcə mənim baş məşqçi olduğuma görə birinci yerdə deyil, heyətimizdə səviyyəli oyunçular var.

- Uğurlu start və birinci yer... Ancaq hələ də "Xəzər Lənkəran"ı oturuşmuş heyət saymaq olmaz. Bəzən futbolçular öz ampluasında oynamırlar. Hətta komandanın elə də baxımlı oyun göstərmədiyi iddia olunur...
- Oyundan özüm də razı deyiləm. Bəzi oyunçular hələ də tam adaptasiya olunmayıb. Mənim üçün ilk növbədə nəticə önəmlidi. Baxımlı oyuna vaxt tapmaq olar. Buna əminəm, oyundan-oyuna komandam daha da baxımlı oynayacaq.

- "Qəbələ"nin heyətində səviyyəli legionerlər var. "Neftçi" ilə oyunlarını stadiondan izlədiz. Rəqib haqda nə düşünürsüz?
- Toni Adams iddialıdı, yaxşı oyunçuları var, "Neftçi" ilə oyunda gördüm. Amma bizim üçün fərq etməz. Gözəl əhval-ruhiyəmiz var. Meydana yalnız qələbə üçün çıxacağıq.

- Elnur Allahverdiyev bu oyunu buraxmalı olacaq. Adrian Piti arxada oynadacaqsız, yoxsa başqa taktiki gedişiniz var?
- Düzdü, belə variantım var. Pit yarımmüdafiədə daha yaxşı oynayır. Ancaq bu dəfə o mövqedə başqasını oynadacam. "Qəbələ"yə qarşı 2 hücümçu ilə, yəni hücum futbolu oynadacam.

- Elnur Abdullayev komandaya yeni gələndə çox fəal idi. Ancaq sonradan həminki oyunu göstərə bilmədi. Yeni mövsümdən isə hətta heyətdə sabitliyini itirməkdədi. Bu futbolçunun öz nöqsanıdı, yoxsa...?
- Elnur haqda yalnız xoş sözlər deyə bilərəm. Onun transferini klub prezidentindən mən xahiş etmişdim. Yaxşı məqamı xatırlatdız, o, yeni mövsümdə heç özünə bənzəmir. Bəli, bunda onun nöqsanı var. Komanda həminki tempdə, həmin auradadı, zəifləyən Elnurdusa, bu haqda düşünməlidi. Bütün bacarığını ortaya qoyub, özünü sübut etməlidi. Ola bilər, "Qəbələ" ilə oyunda ona şans verim.

- Eldar İsmayılov görürük heyətdə. Xüsusən, "Neftçi" ilə vacib matçda belə gənc oyunçunu start heyətində meydana buraxmaq...
- Desəm, bu riskdi, mən riski sevirəm və s. bəzəkli fikirlər - bir az şişirtmiş olaram. Eldar məşqlərdə etimadımı qazanmışdı. Məhz "Neftçi"yə qarşı oynadacağımı qərarlaşdırdım. Öz üzərində işləsə, karyerasına peşəkar yanaşsa, Azərbaycan üçün faydalı futbolçu olacaq.

- Hər zaman sevimli pişiklərinizi görürdük yanınızda amma indi onları itlər əvəz edib deyəsən?
- Pişiklərim adam çox olanda gizlənir. İtlər isə yanımda olur. Mən qadınları, bir də pişikləri çox sevirəm.

Tural OZAN
"FutbolPress" // Lənkəran

316 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (2)
osman / 23.09.2011 13:49

Onun adi Zeifdi. Cenab Redniki dahi  olduqu ucun bu leqebi ona veribler

DNS / 23.09.2011 10:34

Rednic, Parksla bagli Starkova cox boyu komek eledin.Neticesi Turanla oyunda ferqlendi.Senin her fikrinden yararlanirlar.Ancaq sene cox guvenirik.Hansi mesqcini harda azdirmagi cox gozel bilirsen.Ugurlar.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika