1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
ELNUR ALLAHVERDİYEV: ƏFRAN İSMAYILOV QIZDI BƏYƏM? (MÜSAHİBƏ)
ELNUR ALLAHVERDİYEV: ƏFRAN İSMAYILOV QIZDI BƏYƏM? (MÜSAHİBƏ)
22.09.2011 17:12

"Ona demək istəyirəm ki, başından böyük danışmasın"

"Xəzər Lənkəran" klubunun müdafiəçisi Elnur Allahverdiyevin "FutbolPress"ə müsahibəsi

- "Xəzər Lənkəran" yeni mövsümə uğurlu start verib. 6 oyundu məğlub olmur. Bunu nə ilə əlaqələndirərdin?
- Komandamızın hazırki heyəti çox güclüdü. Hər kəs üzərinə düşən məsuliyyəti yaxşı anlayır. Bütün oyunlara ciddi hazırlaşırıq. Rəqiblər arasında fərq qoymuruq. Heç bir kluba yuxarıdan aşağı baxmırıq. Kollektiv və sürətli oyun sərgiləyirik.

- "Qarabağ"la oyun barədə nə deyərdin?
- "Qarabağ" kimi klubla oyuna həmişə ciddi yanaşmışıq. Rəqibin futbolçuları bir-birinə çox uyğunlaşıb. Demək olar ki, oturuşmuş heyətə malik komandadı. Meydana ancaq qələbə üçün çıxmışdıq. Liderliyimizi davam etdirmək üçün 3 xal qazanmalı idik. Buna da nail olduq.

- Qırmızı vərəqə aldın və komandanı azlıqda qoydun...
- Bu futboldu. Meydanda hər şey ola bilər. Qırmızı vərəqə aldığıma görə üzülürəm. İstəməzdim belə olsun, ancaq bu mübarizədi. Bilərkdən etmədim, komandamın qələbə qazanması üçün can yandırıram. Meydandan qovulduğum üçün çox təəssüflənirəm.

- Klub rəhbərliyi səni cəzalandırdı?
- Oyundan sonra rəhbərlik öz iradını bildirdi. Başa düşürəm ki, qırmızı vərəqə alıb komandamı azlıqda qoymamalıydım. Klubun daxili intizam qaydaları var. Ona görə müəyyən tədbirlər görüləcək. Cəza veriləcəyi ilə bağlı mənə hələ bir söz deyilməyib.

- Rauf Əliyevi qəsdən zədələdiyin deyilir...
- Mən heç vaxt bilə-bilə elə hərəkət etmərəm. Raufla millidə komanda yoldaşıyıq, "Qarabağ"da da birlikdə oynamışıq. Əgər bilərəkdən onu zədələdiyimi deyirsə, çox səhv edir. Raufun yerində hər kəs ola bilərdi. Mənim də ayağım zədələnərdi. O demək deyil ki, qəsdən etdim. Heç kim bundan sığortalanmayıb. Kim ki, haqsız danışır, allah onun cəzasını verəcək.

- Səni kobud futbolçu kimi xarakterizə edirlər...
- Çoxları elə deyir. Başa düşə bilmirəm ki, niyə belədi. Necə oynamalıyam, mən qızam, yoxsa futbolçu... Müdafiəçiyəmsə, borcumdu hücumların qarşısını alıb, qol vurmalarına imkan verməyim. Arada sərtlik olursa, o demək deyil ki, kobud futbolçuyam. Ola bilsin, oyun üslubum belədi. Amma heç vaxt bilərəkdən kiməsə zərər verməmişəm.

- Qurban Qurbanov mətbuata açıqlamasında bildirib ki, Elnur Raufdan öncə Əfranın ayağını sındırmaq istəyirdi...
- Ola bilsin ki, Qurban müəllim o sözü hirsli deyib. Mən belə hərəkətə yol vermərəm. Bu fikirlə də razı deyiləm. Onun ayağını niyə sındırmalıyam? Düzdü, sərt oynaya bilərəm, axı mən müdafiəçiyəm. Hansı hücumçu olursa olsun, mənim birinci prinsipim həmin futbolçuya "əl-qol" açmağa imkan verməməkdi.

- Əfran İsmayılov deyir ki, Elnur hələ qarşılaşmadan əvvəl mənə deyirdi ki, Əfran, oyunda səni belə edəcəm, elə edəcəm... Görüşdən əvvəl nə baş vermişdi?
- Oyundan əvvəl meydana çıxmışdıq. Rəqib komandanın bütün üzvləri ilə görüşdük. Həmin vaxt Əfranla zarafatlaşdıq. Əgər o, bunu başqa istiqamətə yozursa, mənim ona sözüm yoxdu. Eşitmişəm ki, oyunda onun ayağını tapdaladığımı, buduna vurduğumu deyib. Bunlar futbolçuya yaraşmayan sözlərdi. Mənə çatmır ki, o, meydana futbol oynamağa çıxmışdı, yoxsa ayağını, budunu tutmağa? Əfran İsmayılov qızdı bəyəm? Kişi kimi mübarizə aparsın. Bu futboldu. Yeri gələndə baş da sınar, ağız da əyilər. Əfran açıqlamasında deyib ki, Elnur elədi, belədi. Ona demək istəyirəm ki, başından böyük danışmasın. Öz futbolunu oynasın. Hələ Azərbaycan futboluna heç nə verməyib. 1-2 ildi başlayıb oynamağa. Bir az keçsin sonra Elnur haqda danışmağa başlasın.

- "Qəbələ" ilə oyun barədə...
- Komandada əhval-ruhiyyə əladı. Düzdü, mən bu oyunu buraxmalı olacam. Ancaq inanıram ki, ev oyunumuzu da qələbə ilə başa vuracağıq. 6 oyundu məğlub olmuruq. Uğurlu çıxışımızı bundan sonra da davam etdirəcəyik. Rəqib də güclü komadadı. Baxamayaraq ki, "Neftçi"yə uduzublar, amma meydana qələbə üçün çıxacaqlar.

Asəf ZEYNALLI

305 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
rüfət rəhmətov / 23.09.2011 11:56

Mən Elnurun müsahibəsini oxudum və oyuna baxmışam elnurla əfrani bir müqayisə etmək olmaz ona görəki elnur əfrandan qat qat güclü futbolçudu.Elnur mübarizəni sevən oyunçudu ona görəgə çox futbolçular olnunla mübarizədə qaçırlar və artıq əskik danışırlar amma mən məsləhət görərdim ki qoy futbol oynasınlar və futbol mübarizəni sevir.ELNUR SƏN HALALDI BƏZİ FUTBOLÇULRIN BELİNİ QIRMISAN. ONA GÖRƏ MEYDANDA HEÇ NƏ EDƏ BİLMİRLƏR.

DNS / 23.09.2011 09:48

Her shey eladi ELnur ,birce xahishim var sene olan qiraq tesirleri aldirma...Oyun boyu reqib azerkesler sene qarsi qeyri - etik ifadeler isledirdiler,oyuncular sene qarshi aqressiv idiler ki ,sen hirslenib nese edesen ve qirmizi alasan.Isteklerine catdilar sene pisxoloji tesirin neticesi azliqda qaldiq.Ona gore her oyunda sari aldiqdan sonra hedden artiq diqqetli oynamalisan.Men de ele oynayiram ona gore seni yaxshi anlayiram.Futbol kishi oyunudu...bezileri kimmi kulek esende yixilmaq futbol deyil...

Ilqar XL / 22.09.2011 22:15

Elnur kisi kimi oynayib ve Rauf kimi aktyorluq etmeyir.Resad Sadixovun Elnura yere yixilan zaman vurdugu tepik,onu da qeyd edek ki,oyun getmirdi onu bilerekden hesab etmek olar neinki oyun zamani Elnurun Raufa vurdugu zerbe.Nizam intizam komitesi eger Xezer Lenkeranli oyuncu bele hereket etseydi onda boyuk hay-kuye salardilar,dusmen cixardardilar.

ELYA SHOPENKA / 22.09.2011 22:06

Men Elnurun verdiyi musahibeni oxudum ve cox xosuma geldi.mence cox semimi bir musahibedir.Elnura azerkeslik edirdim,lakin bundan sonra daha cox azerkeslik edecem.Hayif ki,stadiona her oyunda  gede bilmirem amma cox hevesle prmyer ligani izleyirem.Esasen de DOGMA Xezerimin oyunlarini.Elnura da NEftci ile oyunda onlarin el-qolunu bagladigi ucun cox tesekkur edirem.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika