
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Bəllidi, yeni "əfqan həmzəyev" "yetişdirirlər"
Ötən mövsüm əsəbi və ağır tonda keçmişdi. Buna səbəb çempionatda hakim "fıştırıqlarının" ətrafı batırması idi. Hakimlər Komitəsi o ki var tənqid olundu. Meydanlarda isə azarkeşlərin təhqir şüarlarına tuş gəldilər.
Bu HK-dakı bir-iki işləyən beyni narahat etdi və yay fasiləsində əyləşib jurnalistlərlə geniş müzakirələr apardılar. Fikirlərini soruşdular, problemlərin əslində nədən qaynaqlandığını ictimaiyyətə daha yaxın peşənin sahiblərindən öyrəndilər.
Biz payımıza düşən qədər məsləhətlərimizi verdik. Çıxış yolu kimi isə gənclərə yol açılmasını göstərdik. Və mütləq bir şərtlə: bu işdə manipulyasiyaya yol verilməsin. Çünki onsuz biz hətta oyunlara hakim təyinatlarına qədər xırda nüansların belə pərdəarxasında hansı planın durduğundan tez xəbər tuturuq.
HK sədri Xaqani Məmmədovu mövsümün əvvəlində örnək verdik. İlk turlarda Rəhim Həsənov, Əliyar Ağayev kimi gənc, proqressiv hakimləri iddialı oyunlara təyin edəndə şəxsən özüm ilk dəfə HK-ya tərif sayılacaq bir neçə mətn yazdım. İstəyirdim bu iş davam etdirilsin. Məsələn, Əliyar Qəbələdəki matçda ("Qəbələ" - AZAL) kobud səhvlər etsə də, onun qərarları məhz qətiyyətlə verməsini müsbət qarşıladıq və dönə-dönə bu gənclərə etimad göstərilməsini istədik.
...Ancaq gənc deyəndə, şəxsən mən Ramil Diniyev kimisini nəzərdə tutmurdum. Niyə onu "Xəzər Lənkəran", "Neftçi" kimi ən güclü klubların oyunlarına təyin edirsiz? Diniyev hansı xüsusiyyətiylə bu etimadı qazandı?
HK medianın radikal qisminə gəncləşdirmə jestilə gözəl addım atmış oldu. Ancaq tez də zayı çıxdı. Hiss olundu ki, yenə təyinatlarda "kənar barmaq" var. Xaqani Məmmədov yenə ixtiyarsızlığıyla barışmalı olub.
Cənablar, əgər maraqlı, təmiz çempionat istəyirsizsə, bunu hakim təyinatlarından başlamalısız. Siz isə yenə köhnə mərəzinizə yoluxduz. Çox dözə bilmədiz, yenə başladız manipulyasiya aparmağa...
Ramil Diniyev mövsüm başlayandan builki "əfqan həmzəyev" rolunu oynadığını göstərdi. "İnter" - "Bakı" oyununda ipi də əldən verdi, iti də... Sonra bu azmış kimi, "Xəzər Lənkəran" - "Neftçi" matçında peyda oldu. Onun bu qarşılaşmanı hakimlik diliylə desək, "çıxardığını" zənn edənlər, əslində yanılırlar. Diniyev tempi olduqca aşağı olan və adı "Böyük oyun" adlanan gündən indəyədək derbinin ən baxımsız matçında sadəcə, fit çaldı. Hələ analiz etsək, azı, 5 epizodda metodik, bir neçə epizodda isə əyani səhvlərə yol verdi.
Maraqlıdı, yenə turun ən dinamik oyunu ona tapşırılır? Nə baş verir? Nə məsələdi, xeyirdi?
Diniyevə ümid bəsləyən HK bilsin ki, o, Avropaya çıxa bilməyəcək. Bəllidi, yeni "əfqan həmzəyev" "yetişdirirlər". Elə buna görə də bir neçə mərkəzi oyuna təyin olunur ki, gündəmə yeni ad - Diniyev fiqurunu gətirə bilsinlər. Amma bilin, Diniyev heç meydanda fiziki oriyentasiyası ilə də hakimə oxşamadığını büruzə verir. Adam qərarları açıqlayanda jest və mimikalarıyla "asteriks obeliks"lərə oxşayır. Elə hakim olmur, cənablar.
Vüsal Əliyev bu mövsüm hələ iddialı qarşılaşmalara təyin olunmayıb. Məgər Diniyev belə pırtlayıb ortaya çıxıb ki, artıq Əliyev kimi FİFA referisinin təcrübəsi gərgin qarşılaşmalara yaramır..? Yaxud Rəhim Həsənov, Əliyar Ağayev, Rauf Cabbarov kimi perspektiv vəd edən hakimlər; niyə onlara tapşırılmır belə oyunlar? Ad sadalamaq istəmirəm, geridə qalan iki mövsümdə bir neçə gənc hakimi "itirdiyinizi" xatırlayın. Onları sistemsiz təyinatlarla vaxtından əvvəl "yandırdığınızı" unutmayın. Bir az səmimi və ədalətli olun - Ramil Diniyev sizinçün "əfqan həmzəyev" olmayacaq. Buna bu dəfə rəvac verilməyəcək. Ötən mövsümkü biabırçılılqar məncə, AFFA-dakı hər kəsə bəs edər. Təyinatlarınıza sahib çıxın...
Elçin CƏLİLOV
Cox sag ol Elcin, aktual movzuya toxundun. Butun bu isler ondan basladi ki, Xezer Avroliqa oyunlarindan sonra, adeti uzre bashladi federasiyani santaj etmeye, ay klubu buraxiriq, iddiasiz komanda saxlayacagiq, azarkeshleri siper etdiler ozlerine, daha ne oyunlardan cixdilar. Butun bunlar ona hesablanmishdi ki, federasiya bu il onlarin cempionluguna yardim etsin ve bunu ise en yaxsisi Ramil Diniyevin eliyle etmek olar. Cunki, o hem Xaqani Memmedovla eyni bolgedendir (Cebrayil-Beyleqan), hem de onu hakimliye Xaqani getirib. Indi ise gorsenen odur ki, Diniyiv butun gucunu serf edib ki, qarsisina qoyulan meqsede catsin. Xezer-Neftchi oyununda bunu bir daha oz emeliyle tesdiqledi Diniyev. Yoxsa Elnur Allahverdiyev, Diniyevin gozleri qarsisinda Araz Abdullayeve topsuz, arxadan zerbe vuranda meydandan qovardi, amma halbuki hec bir reaksiya vermedi epizoda. Indiden Xezer azarkeshlerini tebrik etmek olar, ikinci cempionluq gelir. Birini Ramiz Mirzeyev hediyye etmisdi, Indi de Rovneq Abdullayevin hediyyesi gelir.