1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
TOFİQ BƏHRAMOVUN HEYKƏLİ KİMƏ MANE OLUR? (MÜSAHİBƏ)
TOFİQ BƏHRAMOVUN HEYKƏLİ KİMƏ MANE OLUR? (MÜSAHİBƏ)
19.09.2011 14:14

"Gedin bir-birinizi döyün, oturacaqları niyə sındırırsız?"

Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılovun "FutbolPress"ə müsahibəsi

- Tikinti işlərinə nə vaxt start verilib?
- İndiyə kimi stadionda belə bir böyük təmir işləri getməmişdi. 2002 və 2004-cü illərdə bəzi işlər görülmüşdü. Prezidentin sərəncamı ilə vəsaitin ayrılmağı və stadionun tam təmirə bağlanmağı birinci dəfədi. 2 aya yaxındı ki, təmir başlanılıb. Əsaslı olaraq isə millinin Qazaxıstanla oyunundan sonra, sentyabrın 7-dən iş gedir. Ancaq hələ gücləndirilmiş iş rejiminə keçməmişik.

- Klublara bu barədə xəbərdarlıq edilmişdi?
- Klublarla söhbətimiz olub. "Neftçi" və "Bakı"nı yaxşı başa düşürəm. Onlar süni yox, ot örtüyü olan meydançada oynamaq istəyirlər. Biz düşünürdük ki, noyabra qədər komandalara vaxt verək. Ancaq işlər elə gətirdi ki, tezləşdirməli olduq. Buna görə də hər iki klubun prezidenti - Sadıq Sadıqov və Hafiz Məmmədovla danışmışam. Ayın 30-da artıq oyunlar tamam dayandırılacaq. Oktyabrın 1-dən isə azarkeşlərə bu 10 gün üçün ayrılan oturacaqlar, eləcə də paltardəyişmə otaqları söküləcək.

- Hazırda hansı işlər gedir?
- Stadionun üstünün bağlanması işinə başlamışıq. Deyərdim ki, bu, ən ağır mərhələdi. Bakı küləkli şəhər olduğuna görə, problemlər ortaya çıxa bilər. Ona görə də, işi diqqətlə və dəqiqliklə görürük. Bu cür böyük bir arenanın üstünü örtmək asan deyil. Biri var yenidən tikmək, biri də var təmir etmək. Məhz bu üzdən çətinliklər var.

- Təmir işləri oturacaqların sayına təsir edəcək?
- Bununla əlaqədar dəqiq bir söz deyə bilmərəm. 12, 13, 16, 17-ci sektorların yuxarı hissələrində bəzi yerlər nəzərdə tutmuşuq. Tablo tərəfdə isə tribuna bir az yuxarı qaldırılacaq. Ona görə də itkinin və ya udmağın söhbəti hələ ki, getmir. Təxminən ay yarımdan sonra məlum olacaq. Ancaq 30 min olmalıdı.

- Sökülən oturacaqlar necə olacaq?
- Nazirin bununla əlaqədar qərarı var. Futbol federasiyasına da bildirmişik. Oturacaqları Olimpiya Komplekslərinə, bölgələrdəki stadionlara veririk. Hazırda bir neçə Olimpiya Kompleksi və rayonlarda olan stadionlardan bizə müraciət edilib. Bundan əlavə, bu gün İsmət Qayıbov adına stadiona 5-10 min arası oturacaq veriləcək. Gəncə stadionu da əlaqə saxlamışdı. Dünən gəlib baxmalı idilər. Oturacaqlar onlara pulsuz verilir. Sadəcə, bizə akt təqdim etmələri kifayətdi. Məlumat yayılıb ki, sökülən oturacaqlar tam yararsızdı. Ancaq bu belə deyil. Ola bilər ki, söküntü zamanı bir neçə qırılma olsun. Ancaq işçilərə nəzarət olunur.

- Yeni oturacaqlar gətirilib...
- Bir neçə gündən sonra nazir özü gələcək. Koreya istehsalı olan yeni oturacaqların nümunəsinə baxacağıq. Açılıb-bağlanan oturacaqları 14 və 15-ci sektorlar və jurnalistlərə ayrılmış yer üçün nəzərdə tutmuşuq. Amma qalan yerlərdə sadə oturacaqlar olacaq.

- Yeni oturacaqların qorunması üçün hansı tədbirlər görüləcək?
- Stadionun tam təmirindən sonra hər bir sektorda kamera quraşdırılacaq. Ondan sonra hansı azarkeş, fan klub və ya hər kimsə bir birilərinə şər ata bilməyəcəklər ki, oturacağı kim qırıb. Sektorlarda nə baş veirirsə, həmin kameraların yaddaşına köçürüləcək. Mənə elə gəlir ki, bununla qarşısını almaq olar. Düzdü, çılğın azarkeşlər olmalıdı. Məsələn, 100 oturacaq qırıla bilər, ancaq 1000 yox da. Gedin bir-birinizi döyün, oturacaqları niyə sındırırsız?

- Stadionun ərazisində ticarət obyektləri yenidən tikiləcək?
- O məsələyə hələ baxmamışıq. Əsas stadionun üstünün örütülməsidi. Ondan sonra nazir də öz göstərişlərini verəcək. Harada münasib olsa, orada da yeni ticarət obyektləri tikiləcək. Mənə elə gəlir ki, bu lazımdı. Ora necə işləyəcək, kimin işlədəcəyi isə məlum deyil. Bu obyektlər hər gün açıq olmayacaq, ancaq oyunlarda.

- Bəs otel?
- Otelin tikintisini lap axıra saxlamışıq. Əlbəttə, layihədə var belə bir şey. Ofisin binasının sağ tərəfində milli komandalar üçün 80-100 nəfərlik 5 ulduzlu otel tikiləcək.

- Nə qədər işçi heyəti ilə çalışırsız?
- Arenada nazirliyin tikinti idarəsi və Koreya şirkətinin işçiləri çalışır. Hazırda 80-100 nəfərlə işlərimizi davam etdiririk. Qarşıdakı günlərdə Koreyadan əlavə 25-30 nəfər gələcək. Gücləndirilmiş rejimə keçdikdən sonra işçi sayı daha da artırılacaq.

- Ot örtüyü və tablo...
- Tablo dəyişdiriləcək. Hazırki tablo təzədi, ancaq bundan da müasiri olacaq. Harada qoyulacağı isə hələlik məlum deyil. Ola bilər ki, indiki yerində olsun, ya da stadionun iki tərəfində balaca tablolar quraşdırılsın. İşıq sistemi yenilənəcək. Arenanın üstü bağlandığına görə, qabağa çəkiləcək. Meydançanın ot örtüyü dəyişdiriləcək, istilik sistemi quraşdırılacaq. Bu işlərin hansı şirkət tərəfindən görüləcəyi isə tenderlə elan olunacaq. Bir məqam da var ki, istəyirik ot örtüyünü xaricdən gətirməyək. Təbii ki, bu, iqlimə uyğun olmalıdı. Ona görə də 10-15 günə ölkəmizin hansısa bir yerində ərazi götürüb orada öz otumuza mart ayına kimi qulluq edəcəyik. Daha sonra rulon şəklində çıxardılıb Bakıya gətiriləcək.

- Sovet dövrünə aid atributlar yığışdırılacaq?
- O dövrdən nə qalıbsa hamısı götürüləcək. Bütün qapılar dəyişdiriləcək. Tofiq Bəhramovun heykəli stadionun ofisinin qarşısına gətiriləcək. Oranı tam boşaldacağıq ki, azarkeşlərin giriş-çıxışı üçün maneə qalmasın. Stadionun girişindəki turniketlər yeniləri ilə əvəz olunacaq. Təzə kassalar tikiləcək.

- Uşaq futbolu ilə bağlı nə kimi işlər görüləcək?
- Köhnə meydança dəyişdiriləcək. Krasofka ilə yox, butsılarla oynamaq üçün 105 metr uzunluğunda yeni süni ot örütüklü meydança olacaq. Üstü örtüləcək.

- Ümnumiyyətlə, bu işlərə nə vaxt yekun vurulacaq?
- Bu, çox qəliz məsələdi. Düzdü, biz martın 1-nə kimi bütün işləri yekunlaşdırmağı nəzərdə tutmuşuq. Ancaq ola bilər ki, gecikmə olsun. Çünki çox ağır, diqqət tələb edən iş prosesidi. Buna görə də heyfsilənməyə dəyməz. 1 ay gec olsun, amma yaxşı olsun.

Asəf ZEYNALLI

188 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika