
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Xəzər L. | 11 | 4 | 6 | 1 | 12-5 | 18 |
| 2 | İnter | 11 | 5 | 3 | 3 | 12-11 | 18 |
| 3 | Bakı | 11 | 4 | 3 | 4 | 10-9 | 15 |
| 4 | Qarabağ | 11 | 3 | 6 | 2 | 6-6 | 15 |
| 5 | Neftçi | 11 | 2 | 6 | 3 | 7-7 | 12 |
| 6 | Qəbələ | 11 | 1 | 4 | 6 | 7-16 | 7 |
| 7 | Simurq | 11 | 6 | 4 | 1 | 16-7 | 22 |
| 8 | Olimpik Ş. | 11 | 5 | 3 | 3 | 15-12 | 18 |
| 9 | Turan | 11 | 4 | 4 | 3 | 16-13 | 16 |
| 10 | Muğan | 11 | 3 | 4 | 4 | 7-8 | 13 |
| 11 | Standard | 11 | 3 | 3 | 5 | 9-14 | 12 |
| 12 | Karvan | 11 | 1 | 4 | 6 | 9-18 | 7 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Adrian Neaqa | Neftçi | 10 |
| 2 | Allan Lalin | Xəzər L. | 8 |
| 3 | Girts Karlsons | İnter | 8 |
| 4 | Jaba | Bakı | 8 |
| 5 | Mario Souza | Xəzər L. | 7 |
Vaqif Cavadovla alınan-alınmayan müsahibə
"Azərbaycanda futbol olmayacaq" kəlməsini son vaxtlar lap tez-tez eşidirəm. Bu barədə hər kəsin öz bildiyi və bilmədiyi şeylər var. Əsas odur ki, insan bildiyini deyəndə, həm özü arxayın, rahat olur, həm də dediyi bir fayda verir.
Bəzən radikal mövqe tutan KİV-ə sərt reaksiya göstərilir. Hər şeyi "qara" görməkdə suçlayırlar. Amma məncə, jurnalist "Bu yaxşıdı" deməməlidi, "Bu, daha yaxşı necə ola bilər" fikrini ifadə etməli, həqiqəti bu firkin üzərində bildirməlidi. Nə yaxşıdı, nə pisdi- buna hər bir fərd öz mövqeyini qeyd-şərtsiz bildirir. Jurnalist mövqe bildirib, fərdin mövqeyinə təsir etməməlidi.
Bu mənada bir çox hadisələrə yanaşmamız çoxlarının rahat həyat tərzinə vəlvələ salır. Amma unutmayaq ki, digərlərinin rahatlığını pozub, öz rahatlığını düşünmək canlılar arasında ən çox insana yaraşmır. Bizim də peşə etikamız buyurur ki, insanlara bu həqiqəti bildirək, vətəndaş olmağı ehtiva edək.
Vaqif Cavadov Hollandiyaya gedəndə buna sevinməyən bir kəsə rast gəlmədim. Təbii prosesdi. İstədiyimiz qədər sevinə bilərik. İrəliyə atılan addım istənilən halda təqdirəlayiqdi. Amma arada fasilə olarkən, işin o biri tərəfini unutmamaq gərək. Cavadov Hollandiyaya gedənədək hansı mənasız həngamələr quruldu, hay-həşir salındı. Yaxşı bunu da normal qəbul edək. Bəs Vaqif "Tvente"də nə edə biləcək? Qoy Azərbaycan KİV-i Vaqifə gül dəstəsi bağışlanılan anı, qarlı havada məşq etdiyi məqamdan və digər mozaik fotoları dərc etməklə işi bitmiş saysın, biz maralanaq görək, real iş nə yerdədi.
- Salam Vaqif, bir-iki suala cavab verməyə vaxtın var?
- Hansı saytdı?
- Fərqi varmı?
- Hə. Var.
- Futbolpress.az saytıdı.
- Sən orda işləyirsən?
- Bəli.
- İnanmıram.
- Quran haqqı, orda işləyirəm.
- Sualını ver.
- Niyə sənə elə gəldi ki, mən yalan danışıram?
- İnandım da. ...Nə sual idi?
- Sualım belədi. Enshededə darıxırsan buralar üçün?
- Bir az darıxıram. Bu da normal bir şeydi. Həmişə darıxacam.
- Hələ heyətə düşməmisən. Problem nədədi?
- Təlim-məşq toplanışında olmamışam. Komanda ilə bir yerdə məşq eləməmişəm. Buna görə.
- Səbəb elə budu?
- Başqa nə olmalı idi ki..?
- Baş məşqçi nə deyir bu barədə?
- İnşallah, buyaxınlarda oynayacağam.
- Bunu baş məşqçi deyir?
- Yəqin meydana çıxacağam da, yaxınlarda...
- Amma sən hələ Bakıda olanda demişdin ki, tezliklə əsas heyətdə oynayacağam.
- Nə vaxt?! Mən elə sözü harda demişəm? Harda yazıblar?
- Niyə belə reaksiya verdin? İnanmırsan buna, əmin deyilsən bacaracağına? Cinayət törətməmisən ki bu sözü deməklə...
- Mən elə deməmişəm.
- Yazılanları sənə göstərməyə imkan olmasa da, "Qarabağ" rəhbərliyinin sənin üçün təşkil etdiyi toplantıda dediyin sözlər xatırladıram. Demişdin ki, mən "Tvente"də sübut edəcəm ki, əsas heyətdə oynamalıyam.
- Mən nə vaxt elə söz demişəm?!
- Deməmisən?
- Sən futbolu bilsən, elə deməzsən. Qardaşım, belə şeydən xoşum gəlmir. Düz yazın, ayıbdı, elə şeylər yazmayın. Mən deməmişəm...
- Məncə, deyib-deməməyində bir faciə yoxdu, amma çox şişirdirsən. Sual acığına gəldi yəqin. Futbolu bilib-bilməməyimin buna nə dəxli?
- Sən deyirsən ki, niyə oynamırsan... Bu başqa söhbətdi axı. Mən də deyirəm ki, hələ formamı bərpa eləməliyəm, ondan sonra oynayaram, inşallah.
- Aha. Bu qədər asan bir şey. Burda cavab verməyə çətin nə var ki. Formanı bərpa eləmədiyin üçün hələlik əsas heyətdə deyilsən. Bunu bayaqdan deyə bilərdin. Amma cavabı indi verirsən. Nədənsə, müsahibənin əvvəlindən əsəbisən.
- Mən əsəbi deyiləm.
- Mən də deyirəm ki, sən futbolçusan, mən jurnalist. Sualıma ya cavab ver, ya da vermə. Məncə, futbolu bilib-bilməməyim barədə qərar verməyin sənin indiyədək normal jurnalistlə az ünsiyyətdə olduğunu göstərir. Futbolu peşəkar bilirsən?
- Qardaşım, "razborka" eləyirik?
- Yox. Mən növbəti sualımı verdim.
- ...Sən necə düşünürsən?
- Yaxşı. Artıq sənin əvəzinə mən cavablar verim: düşünürəm ki, peşəkarsan. Amma maraqlıdı, niyə formanı bərpa eləmədən getmisən komandanın düşərgəsinə? Onda belə çıxır ki, burda formada idin, amma orda həmin forma bəs eləmir...
- Qardaşım, o başqa şeydi, mən nəyə görə oynamıram, bu isə başqa...
- Bunu bayaq dedin.
- Onda get yaz ki, Vaqif ulduz "xəstəliyinə" tutulub, belə istəyir, belə də deyir...
- Bizdə göstəriş qəbul olunmur. Göstəriş verilən jurnalistlər də var, buyur onların yanına. Bizim işimiz odur ki, Azərbaycana sənin haqda öz dilindən dediklərini çatdıraq. Sənin hər anını izləyənlər, maraqlananlar var.
- Mən də deyirəm ki, çalışıram. Yaxın vaxtlarda əsas heyətə düşməyə çalışacağam.
- Bunu indi dedin... Komandaya uyğunlaşma hansı vəziyyətdədi?
- Yaxşıdı. Normal gedir.
P.S. Oxuculardan üzr istəyib, müsahibəyə kiçik şərh vermək istəyirəm. Mən də sizin kimi, düşünürəm ki, niyə belə sərt alındı? Səbəb çox ola bilər, amma ən realı, sizə maraqlıdısa, bildirim ki, Vaqif Cavadov haqda ötən həftə saytımızda verilən iki müxtəlif köşə yazısıdı. Vaqif və digər futbolçular, məşqçilər, klub rəhbərləri, federasiya rəsmiləri və s. futbol mənsubları mətbuatı bu cür dəyərlənirməkdə yanlış etdiklərinin fərqinə varmalıdılar. Haqqında yazılan tənqidə, satiraya, araşdırmaya istədiyin tərzdə münasibət bildirmək mənəvi cəhətdən müzakirə olunmasa da, ən azı bunun normal, hüquqi və digər formalarını bilmək vacibdi. Bu gün istənilən futbol adamı və s. jurnalistlə istədiyi tonda və tərzdə danışacaqsa, suala (guya) cavab verməkdən yayınacaqsa, onda heç vaxtını o jurnalistə sərf eləməsə daha ağıllı iş görmüş olar. Amma unutmayın ki, peşəsinin məsuliyyətini dərk edənlərlə kustar üsullarla danışmaq ağır "fəsadlara" səbəb ola bilər. Bu mənada bir daha diqqətli olmağa, mədəniyyət, etika və qanunu, haqqı tələb elədiyimiz yerdə ilk növbədə, özümüzün bunlara əməl etməyimizin vacib olduğunu dərk etməliyik.
Bizim hamımız üçün bu ölkənin uğuru qürur mənbəyidi, baş ucalığıdı. Amma peşə fəaliyyəti səndən bitərəf olub, insanlara doğrunu göstərməyi tələb edirsə, bunu etməlisən. Biz Vaqif Cavadova layiq olduğu yerə çatmağı arzulayırıq. Və inanırıq ki, hansısa yazıya görə kin-küdurət saxlamağı ona bu nailiyyətləri əldə etməkdə maneçilik törətməyəcək. Biz sadəcə, açıb göstəririk. Qiyməti isə Siz verirsiz...
Redaksiyadan: "Arkadaş, dava eliyən olmadı, sadəcə, Azərbaycanda insanlar şablon danışıq tempindən qırağa çıxanı tərbiyəsiz, savadsız... sayır. Biz dava yox, sadəcə, şablonsuz, deyilən fikrin tələb elədiyi tonda yazışdıq. Anlayana qismət.."
bir evvelki sherhivi ozun tekzib eliyirsen,bir evvelki sherhi xatirladiram...
Redaksiyadan: "Qardaşım, olmadı da. Sən nəyin davasını edirsən?"
Eynimi berk geyinib sene bir meslehetde verim...DANISHMAG XETRINE DANISHMA!
Axırıncı dəfə məsləhət verdin? Neynək, məsləhətli don gen olar, əynivi bərk geyin.. Arkadaş, dava eliyən olmadı, sadəcə, Azərbaycanda insanlar şablon danışıq tempindən qırağa çıxanı tərbiyəsiz, savadsız... sayır. Biz dava yox, sadəcə, şablonsuz, deyilən fikrin tələb elədiyi tonda yazışdıq. Anlayana qismət.. Bir də, Dillər Universitetində oxuyan birisinin jurnalistikanın peşəkarlıq problemini çözmək iddiası "Pole Çüdes" qədər realdı. Ehtiva etmək sözü isə, əzizim, özək mənası cəmləşdirməkdi, düz deyirsən bunu, amma cümlədə işlənmə məqamına görə, bir neçə forma verə bilir. Biz işlətdiyimiz məqamda məhz lazım bilmək mənasını ifadə edirdi... Savadlı görünməyə çalışmaq savadlı olmaq deyil... Bu belə.. Bu saytı oxumağa isə heç kim məhkum deyil, biz oxucunun dalınca qaçmaqdan imtina etmişik, qaçmaq əvəzinə oturub, işimizi görərik, oxuyan onsuz da oxuyacaq, oxumayan isə düz elədiyini sanacaq.
neise.men dava elemirdim,sen davaya chevirdin...bu saytida oxumurdum onsuzda,xezer tvde sizin saytin numayendesini gorub sayta baxdim...ve gordum ki,ozumaga deymez - jurnalistlerin peshekar olmadigina gore yox(onsuzda peshekar jurnalist azdi bizde),jurnalistin oxucuyla reftari bacarmadigina gore...neise..."ehtiva etmek" ise cemleshdirmek,ozunde birleshdirmek menalarini eks etdirir...neise,sene SON meslehetim "BILMEMEY EYIB DEYIL,BILMEYIB OYRENMEMEY VE KOBUDLUG ETMEK EYIBDI!" ugurlar)) neise
Qardaşım, olmadı da. Sən nəyin davasını edirsən? Ehtiva etmək, "lazım bilmək", "uyğun saymaq", "məsləhət bilmək" və bu kimi ifadələrin prototipidi. Əl çək, daha oxuma da bu saytı... Bu millət yox olacaq e, bəzi mənasız dəyərlərin keşiyində dayanmaqdan. Sizə uğurlar! Gördüz ki, şərhi verməyimizdə heç bir problem yoxdu, amma çalışın, gələn dəfə məsləhət verəndə arqumentli olsun. Əks halda şərhiniz buraxılmayacaq. Hələlik.
1)Mari Juan ad deyil,nickdi! 2)Azerbaycan dilini sizden mukemmel hech kes bile bilmez deye bir sheyde yoxdu(amma siz jurnalistsiz,bilmelisiz!)! 3)Sizden sehfi ancaq yazarin tuta bileceyini dushunursense,SEHF dushunursen! 4) Sizin sehfinizi tutanin xirtteyini uzmek duzgun bir shey deyil,cunki sehfin deyilmesinde eyib bir shey yoxdu(amma "jurnalist" olduguva gore ozuve sigishdirmaya bilersen) 5)Xirttey uzmek elede rahat ish deyil!! Xirttey uzmekdense tutulan lingvistik sehflerden netice chixart ve EHTIVA ETMEK sozunun menasina BIRDE bax! 6) Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və ETIKAYA zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər - bunu bize dediyin halda FINDIG,QOZ kimi mecazi menada etik cherchivelerden kenar soz ishletme,eziz JURNALIST! 7) Vagifi bizimki sayirsansa,onun zedelenmeyini haravasa almaya bilerse,amma meni narahat eliyir,cunki BIZIMDI...8)O ki qaldi tanish gelmeye,inan ki biz birbirimizi tanimiriq...100%...men hech jurnalistde deyilem...tanimaq isteyirsense bil,ADU-nun 3cu kurs telebesiyem,ozude rus bolmesi...eger dahada yaxindan taniyib xirtteyimi uzmek isteyirsense,e-mail adresim var yuxarida...
Belkede bu sherhimi bura yerleshdirmeyeceksiz,amma yenede hormetle Saleh Ismayilzade...;)
Maşallah, artıq oxucularımız da peşəkarlaşır... "EHTİVA ETMƏK" sözünün mənasını bizdən daha yaxşı bildiklərini deyirlər.. Əhsən belə istəyə, çalışqanlığa.! Kontextə (yəni kontekstə) uyğun olmasına narahat olmayın, əziz oxucu. Mari Juan əcnəbi addı, bəh-bəh, əcnəbilər də azərbycanca bilir..)) Amma bilsək ki, bunu hansısa yazar edib, bizdən səhv tutub, onun xirttəyini üzərik, əziz Mari Juan..)) Kef elə! Vaqif də bizimdi, Qarabağ da bizimdi, zədələnməyini fındıxıva da alma. OK? (Hardansa tanış gəlirsən e mənə)..)))
Salam.
"Bizim də peşə etikamız buyurur ki, insanlara bu həqiqəti bildirək, vətəndaş olmağı ehtiva edək." - EHTIVA ETMEK sozunun menasini hech bilisriz???kontexte uygun deyil burda...
Musahibeye gelince,mence Vagifin formada olmamaginin sebebi,hamiya aydin oldugu kimi,telim-mesh toplanishinda olmamasi idi.Amma tebii ki,2009 en yaxshi oyunchusu o meshgde olmadigi haldada yuksek seviyyede olmali idi,cunki burda hem oynayirdi,hemde meshg edirdi...Herhalda Vagifin fiziki cehetden zeif oldugunu bilirik.Amma yenede fiziki veziyyetini yukseltmesini ve ugurlu oyunlari ile bizleri sevindirmesini arzulayiram.
Deyirler Vagif zedelenib duzdu?Ciddidi??
"EHTIVA ETMEK"-e fikir verin)))cox sagolun...
Oxucularımıza aktiv olduqları üçün, şərhlər yazdıqlarına görə təşəkkürümüzü bildiririk. Bütün fikirlərə obyektiv yanaşırıq.
Ancaq İlqar Axundova isə bir xatırlatma: Biz bütün oxucularımız "Hörmətli oxucu" deyə xitab edirik, amma siz yavaş-yavaş özünüz tələb edirsiz ki, sizə hörmətsiz deyək. Biz az insaflı olun. Neçə müddətdi ki, müxtəlif adlarla saytımıza şərhlər yazıb, birmənalı olaraq ünvanımıza xoş olmayan sözlər bildirirsiz. Kişi sözü ya üzə deyər, ya da öz adıyla. Siz hardan biləsiz ki, jurnalistika nədi, gedin Vaqif Cavadova görə asın özünüzü... Bilirik də hardandı sizdə saytımıza qarşı bu qəzəb. Sadəcə, burda başqa-başqa adlarla yazdıqlarınızı bizim özümüzə, üzbəüz deyəcək hünərdə deyilsiz, ona görə, başqa adlar altında gizlənirsiz. Siz gedin Vaqifin şanlı-şöhrətli, gül-çüçəkli fotlarını verin saytınızda... Biz isə oxucuya real bir şey təqdim edirik. Təəssüf ki, siz həm də mətbuata aid bir adamsız. Bizimçün sizin kimliyinizi müəyyənləşdirmək çətin olmadı, texnika buna imkan verir. Sizə "sancılanmaqda" uğurlar, biz isə düzgün bildiyimizi dəyərli oxucularımıza həmişə yazmışıq və yazacağıq. Sözü üzə deyə bilməyən adamdan nə gözləyək...
Əvvəclcə elə bildim bu bir zarafatdı amma axıra qədər oxudum gordum ki, Vaqiflə dalaşmısınız. Məncə onu bu qədər sıxmayaq. Amma haqlısınız ki, elə jurnalistlər var ki, onlarla danışandan sonra futbolçular peşəkar jurnalislərlə də elə danışırlar bu düzgün deyil. İnanıram ki, Vaqif pis adam deyil. Ancaq sizinlə müsahibədə çox eəsəbidir. Sizin saytınıza da sağ ol düşür ki, gözdən pərdə asmağa çalışmırsınız. Vqifə və bütün futbolçularımıza uğular arzulayiriq.
belke de Hollandiyanin havasi Vagife pis tesir edib :))))
ele gorunur ki, ulduz xesteliyi tutb Vaqifi. Yixib surumusuz onu. Ozunu Bele aparen adama bu da azdir. Hele birseh olmayib amma ozunu chekir. Chox uzaga getmeyecek.
Siz bir daha jurnalist olmadiginizi, sadece zuy tutdugunuzu gosterirsiniz..