1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
ƏSGƏR ABDULLAYEV: NİYƏ BU ADDIMI ATDIQLARINI ANLAMADIM // "Onların hamısını geri qaytaracağam"
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Qismət RÜSTƏMOV
Cənnətliklər.
30.01.2010
Qismət RÜSTƏMOV |qismet86@inbox.ru

Günbəgün bir az daha inanıram ki, bizim bədbəxtliyimiz elə burda doğulmaqdan başlayır. Dünyada başqa ölkə yoxuymuş kimi gəlib burda doğulduq. Düzdü, daha betər yerlər də var, amma axı daha yaxşı yerlər çoxdur. Əvvəllər düşünürdüm ki, burda şair, nasir birbaşa komediyadır. Sonra gördüm ki, yox, ən dəhşətlisi Azərbaycanda doğulub futbolçu olmaqdı. Çünki o yazıqların heç şansları yoxdu.

Əəə, adam da burda futbolçu olar?! Yenə şairlərin yaltaqlıqla, mədhiyyəçiliklə kimisə tərifləmək, nasirlərin kiminsə həyatından 450 səhifəlik "rəksanə" janrında bir roman yazmaq imkanları var ki, dövlət onlara evdən, vəzifədən, maşından versin. Bəs bu bədbaxt futbolçular neyləsin axı? Kiminsə şərəfinə qol vurmaq istəsələr də vura bilmirlər, çünki istedad yoxdur.

Kiminsə şərəfinə uduza bilərlər, o da olmaz, çünki biabırçılıq olar.

Bu yerdə ağlıma məşhur lətifə düşdü. Bir futbol komandası təyyarə ilə başqa bir ölkəyə səfər oyununa gedirmiş. Təyyarə qəzaya uğrayır və bütün heyət ölür. O biri dünyada kimin cəhənnəmə, kimin cənnətə getməyi müəyyənləşməlidi. Allah buyurur ki, bütün futbolçular cəhənnəmə. 9 nömrəli hücumçudan başqa. Hamı deyir ki, axı niyə? Allah deyir: çünki o 9 nömrə ömrü boyu offsaydda dayanıb, bir qəpiklik oynaya bilmir. O, futbolçu deyil.

Azərbaycan futbolçularının hamısı o 9 nömrə kimi cənnətlikdi. Ümumiyyətlə, bütün AFFA cənnətlikdi. Çünki onların heç birinin futbola dəxli yoxdu.

Sərbəstdən zərbədən vurulan şeir

Anlamadım...
Anlaya bilmədim...
Anlamadım ki,
özü torda olan adamların ölkəsində
futbolçu olmaq,
topu tora salmaq necə mümkün?

siz ömrü boyu dirəyə dəymişlər,
offsaydda qalmışlar,
oynamamışlar, amma oynadılmışlar
anlamadınızmı bu oyunu ?

anlamadınızmı ki,
bütün oyunlar topun auta çıxdığı yerdədi...

Anlmadınızmı ki,
O üzdə - autda gedən oyundadı əsl oyunçular ?
O tərəfin oyun qaydasıyla
autda sizsiniz.

Meydan zənn etdiyiniz yerdə
oyundan kənardasınız .
Anlamadınızmı ki,
Allah qırmızı kart verib
bizi bu ölkəyə göndərib...

anlayın nəhayət
oyun 90 dəqiqə deyil!

369 dəfə oxunub Share/Save/Bookmark                     Yazarın ARXİVİ:
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
1588 işarə 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika