
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
"Tarixi uğur", ya "Pirr qələbəsi"...
Azərbaycan ən xırda uğura belə tamarzıdı. Ancaq bu qədər də yox... Yığma komanda Qazaxıstanı udub 7-ci xalı qazandı. Bu, Azərbaycanın müstəqilliyi tarixində ilk belə hadisədi, uğurdu və s.
"Azərbaycan millisi tarixi qələbə qazandı" başlığı manşetləri bəzəyib! Tarixi qələbə... Tarixi uğur...
Ermənistan millisi öz meydanında olduğu kimi, səfərdə də Slovakiyanı məğlub edib (0:4!!!) qrupda 14-cü xalı qazandı! Və 3-cü pilləyə yüksəldi! Azərbaycan TV-lərinin səfalət içində boğulduğunu, iqtisadi böhrandan çökdüyünü car çəkdiyi bir ölkə səfərdə Avropanın güclü komandalarından birini darmadağınla udur... 14 xal!
Rövnəq Abdullayevin AFFA-ya rəhbərliyi dövründə 100 milyondan çox pul "sovrulub", Azərbaycan futbolu cəmi 7 xal götürə bilib. Qafqazın analoqu olmayan inkişaf edən ölkəsi heç digər qonşusuna da çata bilmir. Gürcüstan da qrupunda 9 xala sahibdi və səfərdə zəif Maltayla matçdan da azı 1 xalla dönəcək.
Siz isə "tarixi uğurlardan" danışın...
Elçin
Çox təəssüf ki, bəziləri Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməyi böyük uğur hesab edirlər. Ay camaat, bu qədər manqurt olmaq olmaz axı! Qazaxlar 6-cı səbətdə yer alıblar, adları heç dünya futbolunda yoxdu, FİFA reytinqində 140-cı komandadır, siz məgər belə komandaya uduzmaq istəyirdiniz? Onsuz da bir dəfə uduzmusuz da orada. Hələ ondan sonra hamınız birlikdə yerə girməliydiz. Mən millinin oyunçularının müsahibəsini oxuyub dəhşətə gəlirəm! Elə bil Braziliyanı udublar. İddialı bəyanatlar, od püskürən pafos, mənəm-mənəmlik. Əmin olun ki, belə psixologiya ilə biz Biləcəridən o yana gedə bilməyəcəyik.
İndi isə oyun haqqında bir neçə söz deyim. Meydanda taktiki sxem görünmürdü. Öz meydanında Foqts qazaxlara qarşı 1 (!) nominal hücumçu (Rauf Əliyev) ilə başladı və 2-ci hücumçunu (Branimir Subaşıç) yalnız 2-ci hissədə buraxdı. Soruşmaq lazımdır, Herr Foqts siz qazaxlara 1 qol vurub müdafiəyə çəkilmək istəyirdiz? Müdafiədə (Vəli Qasımov demişkən, dalda :)) o qədər səhvlər buraxdıq ki, normal komanda rahat 3-4 top vurardı bizə. Hücuma da başılovlu atılırdıq. Əslində oyunçularımızın ustalığı və rəqibin fərdi səhvləri nəticəsində qol vurduq. İndi məni başa salın görək, bu, sevinmək üçün səbəbdirmi?
Servan Behbudov, AzTV mektebinin yetirmesi oldugun derhal hiss olunur :)) Babek muallim cox dogru buyurdu 21 yaslilar barede.
bunu bilin futbolnan hecbir inkisaf olmur beli azerbaycan yaxin 4 5 ilden sonra avropada yasayis seviyesine iktsadiyatina gore hamini geride qoyacaq ne olsun diqalar 14 cu xalin qazanib?ondan bize ne?bizim milli men mercde girerem ki ermenilerin millisin aparar kimi udub ermeniler ozlerindende 5dibeter qaz slovaklari birde andorani bu 12 xal demekde cox qaz qurupa dusub ermeniler kopya ozleri kimi
Bəs Azərbaycan səfərdə Slovakianı 4-0 uda bilərdi?
ermənilərlə gürcülərə futbollarına görə paxıllıq edirəm.
Sabuhi, gardash siz ne deyirsiz? beli ,onlarin grupunda turkiye ve almanya yoxtu. amma onlar andorraya 2 oyunda 7 gol vurublar, slovaklara 2 oyunda 7 gol, slovaklari hem evde hem seferde udublar. makedonya oz meydanchasinda gonshularimizla oyunda 90ci deygede penaltiden hesabi beraberleshtirdi. siz tesevvur eliye bilersizki Azerbaijan seferde slovakiyani hech olmasa 0-1 udsun? men dayi 4-0 demirem aaaa..... amma biz oz evimizde kazaxlari udub bashtiyirg inkishafdan danishmaga. hele bil bir zaman evvel kazaxlar doyuldu bizi hele hemen top fergiynen udan... kazaxlar da hele andorra kimi komandadi da...
yaxsi yazmisiz,amma bir nuansi nezere alsaniz yaxsi olar,rusya,irlandiya ve ya slavakiya,andora ne Almaniya,ne Turkiye,ne Belcika,ne deki Qazaxistandi....yeni muvafiq olaraq bunlari qarsilasdirsaq kimlerin qelebe qazanacagi hamiya gun kimi aydindi,kas bizde o qrupda olardiq,o xali bizde yiga bilerdik.....
Hörmətli Elçin. Çox gözəl yazıdı. Amma bu ölkədə jurnalistlərə qulaq asmaq, onlarla hesablaşmaq mədəniyyəti hələ formalaşmayıb. Normal ölkələrdə jurnalistlər cəmiyyətdə baş verən neqativ halları (öz aramızdı, lap AzTV cümləsi oldu) görüb dərhal ictimaiyyəti və onun vasitəsilə də dövlət orqanlarını məlumatlandırırlar. Nəticədə, dövlət müvafiq tədbirlər görərək həmin halları aradan qaldırır. Bizdə isə, ümummilli ideya və inanclara görə, heç bir neqativ hal yoxdur və ən böyük neqativ hal elə tənqid yazan jurnalistlər özüdür. Yəni, "В Багдаде все спокойно", vəssalam. Odur ki, siz hələ çox yazmalı olacaqsız. İstənilən halda, uğurlar.
Elcin yene senin yazilarin od puskurur. INSHAALLAH ele od puskursunki, affadakilarin uzleri yansin ve qisqiraraq 9-milyonluq xalqdan uzr istesinler. 100 milyonu ermeniler xercleseydiler indi avropa cempionu olmushdular belkede. Bu xalqi dolayan ligeonerler, ecnebi mesqciler ve digerlerininde gunahi affadadi. utan ay affa 7-xala sevinirsen.
Cox hormetli Elcin muellim siz bunlara hele ermenilerin 21 yaslilarinin oz qrupunda 1 ci yerde qetdiyini yadlarina salsaniz cox yaxsi olardi. Elcin muellim yeqane idman novudur ki uzden iraqlardan qerideyik. Deyesen Rovneq Abdullayev gulesle,boksla,voleybolla,taekvando ile futbolu sef salib. Ne inkisaf? Bunlarda torba tikib ev yixmaq inkisaf edib. Qaldi ki size, Babek Quliyev olaraq men sizinle fexr edirem! Hormetle Babek Quliyev.