
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Axşamüstü sərin külək əsəndə
Gözləyirik, gəlsən də, gəlməsən də...
AVRO-2012-nin seçmə mərhələsində Belçika ilə oyundan öncə və sonrakı mətbuat konfransında iştirak etməyən baş məşqçi Berti Foqts Qazaxıstanla matçöncəsi keçirilən tədbirə də qatılmadı. O, hər 3 konfransa köməkçilərini göndərdi. Berti Foqtsun jurnalistlər qarşısına çıxmamağının səbəbi və mətbuatdan qaçması böyük maraq doğurur. Bunu nəzərə alıb həmkarlarımız arasında sorğu keçirib alman məşqçinin bu davranışının səbəbləri ilə bağlı fikirlərini öyrəndik.
Rövşən Binnətli ("Lider" TV): "Səhhətində problem olub-olmamağından heç kim sığortalanmayıb. Təbii ki, bu, mümkündür. Amma əgər bu adamın sağlamlığında problem varsa, gedib müalicə olunar. Komandanı məşqə də başqası çıxarar, oyunlarda da milliyə köməkçi rəhbərlik edər. Aydın məsələdir ki, bu, bəhanədir. Foqtsun mətbuat qarşısına çıxmamasının başqa səbəbləri var. Bunun səbəblərindən biri onun ötən vaxtlarda jurnalistlərlə arasındakı münaqişə ola bilər. Yəqin ki, Foqts mətbuat konfransında ona verilən suallardan da sıxılır. Bununla yanaşı, mətbuatda onunla bağlı müxtəlif tənqidi yazılar da gedir ki, bütün bunlar onun jurnalistlərlə söhbət etmək istəməməsinə, mətbuatdan qaçmasına səbəb ola bilər. Mənə elə gəlir ki, o, jurnalistlər qarşısına tam hazır olduğu zaman çıxacaq. Məsələn, bu gün komandamız Qazaxıstana qalib gəlsə, Foqts mətbuat konfransına gəlib, jurnalistlərə deyə bilər ki, "məni bəyənmədiniz, ama mən milli tarixində ən çox - 7 xal toplayan məşqçi oldum". Belə bir ehtimal var. Hər halda, təkrar edim ki, onun səhhəti ilə bağlı mətbuat konfransında iştirak etməməsi bəhanədir. Düzdür, buna nəzarət etməli olan UEFA nümayəndəsi var. Amma rəsmi şəkildə Foqtsun sağlamlığının qaydasında olmadığını əsas gətirib vəziyyətdən çıxırlar, buna görə də bizim hazırkı vəziyyətdə edə biləcəyimiz bir şey yoxdur. Mən bunu rəsmi şəkildə əsaslandırılmış bəhanə adlandırardım. Dünyada, Avropada "alman dəqiqliyi", "alman mədəniyyəti" kimi deyimlər var. Hər halda, bu dəqiqlik və mədəniyyət deyil".
Əli Sahib (Fanat.az, baş redaktor): "Aydın məsəlidir ki, Foqtsun səhhətində heç bir problem yoxdur. Sadacə, bu, Foqtsun Azərbaycan futbol ictimaiyyətinə o cümlədən də mətbuatına hörmətsizliyidir. Belə bir qənaətə gəlirəm ki, artıq Foqtsun qazandığı nəticələrdən asılı olmayaraq gedəcəyi dəqiqləşib.Bu səbəbdən də oktyabr ayına qədər olan oyunları yola verməklə məşğuldur. Belçika ilə oyun onu göstərdi ki, qazanılan nəticə sırf tubolçuların əzmkarlığı nəticəsində oldu. Əgər Foqts 90 dəqiqə meydanda dayana bilirsə, 15 dəqiqə də mətbuat önünə çıxa bilər.Bütün günahları Foqtsun üzərinə atmaq da düzgün çıxmazdı. Foqtsun "quyusuna su tökənlər" unutmamalıdırlar ki, onlar azərbaycanlıdır. Mikayıl Nərimanoğluya həmkarımız Elçin Cəllovun son mətbuat konfransında sualı bu yöndə oldu. Amma Mikayıl bəy nə dediyinə heç özü də inanmadı. Mən təklif edərdim ki, Vəli Qasımovdansa, Foqtsun böyüdülmüş bir portretini mətbuat konfrasına qoyaq və bütün suallarımızı həmin portredə verək. Çünki portretdən gələn cavablarla Vəli Qasımovdan gələn cavabın heç bir fərqi olmayacaq. Nə biz verdiyimiz sualı o, başa düşür, nə də onun cavablarını biz başa düşürük.Ümumiyyətlə, mənə maraqlıdır, görəsən AFFA rəsmiləri Foqtsun yanında bu qədər gözükölgəlidir ki, onu Azərbaycan mətbuatının qarşısına çıxarmağa cürət edə bilmirlər? Necə də olmasa, Foqts Əli Sahib və Elçin Cəlilova yox, ümumilikdə Azərbaycan mətbuatına hörmətsizlik edir.Bu adları ona görə çəkdim ki, bəlkə məlum "aftafa aksiyası"na etiraz olaraq mətbuatdan inciyibsə, biz üç-dörd nəfər aksiya iştirakçısı ümumulikdə Azərbaycanın idman mətbuatı demək deyil.Vaxtilə biz alman məşqçiyə etiraz edəndə bəzi idman mətbuatının nümayəndələri hadisələri alman mətbuatına istinadən ictimaiyyətə çatdırırdı.Çünki onlar gördüklərini olduğu kimi oxuyucalara çatdırmağa cəsarət etmirdilər.Buyurun cənablar, tərəfini saxladığınız "nemes" sizin "xidmətinizin" qarşılığını "ödəyir". Əslində, bizə Foqtsun nə deyəcəyi maraqlı deyil. Heç lazım da deyil. Gəlmir, sözümüzü deyirik və yazırıq. Allaha şükür ki, vicdanımızı itirməmişik. Qoy bunun dərdini Foqtsun "zibillərini" ört-bastır etməklə məşğul olan mətbuat işçiləri çəksin. Onlar onsuzda vicdanını almanın ayaqları altına atıb. Az qalıb, onlar da utanacaqlar. Ölkənin ən öndə gedən qazetlərindən biri Avropanın gündəmindən düşməyən aksiyaya P.S-də bir cümlə ilə oxucusuna çatdırırsa, nə deyim, vallah... Elə bizim mətbuata bu da azdır".
Elçin Cəlilov (futbolpress.az-ın rəhbəri): "Əgər sən xəstəsənsə, niyə məşqlərə gedirsən və komandanı meydana çıxarırsan?! Bunun başqa səbəbləri var. Fikir verirsinizsə, "aftafa aksiyası"ını həyata keçirəndən sonra Foqts, bir qayda olaraq, mətbuat nümayəndələrinin qarşısına çıxmayıb. Bu, onun jurnalistlərdən inciməyi kimi başa düşülə bilər, ancaq bu, çox gülməli bir səbəb olar. Və ya ola bilsin ki, AFFA onu gizlədir. Son konfranda mən Mikayıl müəllimə sual verdim ki, bu adam niyə mətbuat konfransına gəlmir? O, aciz qaldı, cavab vermədi. Hər halda, bir cavabı olsaydı, deyərdi. Mən hətta xəstəliyin adını da soruşdum ki, nə xəstəliyidir, nə qədər xəstə olacaq, Qazaxıstanla oyuna çıxacaqmı? Dedi ki, buna cavab verə bilmərəm. Bunun bir səbəbi odur ki, onlar qorxurlar. Ola bilsin ki, aksiyanın təkrar olunmağından çəkinirlər. Həm də, uğursuzluqların da baş verməsindən qorxub onu mətbuat qarşısına çıxarmırlar. Çünki uğursuzluq hər hansı bir azarkeşin də etirazına, aksiyasına səbəb ola bilər. Həqiqətən, təəssüf edirəm ki, AFFA-nın bu qədər qorxaq, aciz məmurları var. "Rövnəq Abdullayev yaxşı insandır" deyənlər görsünlər ki, onun rəhbərlik etdiyi bir qurumda jurnalistlərin tənqidindən qorxan şəxslər işləyir. Əgər Foqtsu mətbuat konfransına çıxartmağa qorxurlarsa, onların Azərbaycan futbolunda hansısa ciddi islahat edə biləcəyinə inanmıram. Ona görə də, ciddi dəyişikliklərə ehtiyac var. Bildiyimə görə, Foqts gedəcək, ancaq ondan sonra ciddi dəyişikliklər aparmaq lazımdır ki, ikinci bir "Foqts" gəlməsin. Azərbaycan millisini dəyişdirə biləcək bir mütəxəssis tələb edilməlidir. Amma bu işdə yalnız həmişəki jurnalistlər yox, ümumilikdə, idman mətbuatı, eləcə də, azarkeşlər fəal olmalıdırlar".
Elman Himayətoğlu ("İctimai" TV): "Ötən mətbuat konfransında qazaxıstanlı jurnalist sual verdi ki, Foqtsun xəstəliyi nədir? Yansen dedi ki, Berti Foqts xəstə deyil, ancaq beynəlxalq aləmdə belə təcrübə var ki, baş məşqçi mətbuat konfransına köməkçisini göndərə bilər. Belə çıxır ki, sadəcə iştirak etmək istəməyib. Mənə elə gəlir ki, bunun səbəbi azərbaycanlı jurnalistlərin onu sevməməsidir. Burada jurnalistlərin edə biləcəyi bir şey yoxdur. Baş məşqçi mətbuat konfransına gəlmirsə, jurnalist nə edə bilər?! Mən mətbuat konfransını baykot etmək kimi fikirləri dəstəkləmirəm. Çünki mətbuat konfransında kimin iştirak etməsindən asılı olmayaraq jurnalist üçün maraqlı fikirlər səslənə bilər".
Rəşad Ergün ("Komanda" qəzeti): "Foqts mətbuat konfransından ona görə qaçır ki, jurnalistlərin tənqidindən çəkinir. Onu ancaq mətbuat konfransında görə bilirik. AFFA rəhbərliyi Foqtsu qorumaq üçün onu mətbuat konfransından yayındırır. Milli komandadan narazı olan jurnalistlər mətbuat konfransında ona kəskin suallar ünvanlamaqla bunu büruzə verirlər. Buna görə də AFFA rəhbərliyi Foqtsu gizlədir. Mənim həmkarlarıma bir tövsiyəm ola bilər. Onsuz da mən mətbuat konfransında iştirak etmirəm. Belə bir addım atmaq lazımdır ki, hər hansı ikinci bir şəxs mətbuat konfransına gələrsə, jurnalistlər konfrans otağını tərk etsinlər. Nə oldu, buna qədər Foqts mətbuat konfransında iştirak edirdi, ancaq indi çəkinir? Əvvəl belə bəhanə gətirdilər ki, Foqts xəstədir, sonra çıxış yolu kimi deyirlər ki, köməkçi mətbuat konfransında baş məşqçini əvəzləyə bilər. Həmkarlarıma tövsiyəm budur ki, Berti Foqtsdan başqası mətbuat konfransına gələrsə, orada iştirak etməsinlər".
Ceyhun Rzayev ("Xəzər" TV): "Foqts artıq bilir ki, seçmə mərhələnin sonunda onunla müqaviləni uzatmayacaqlar. Bu, AFFA rəhbərliyinin tapşırığıdır ki, Berti Foqts mətbuatına konfransına qatılmasın. AFFA rəhbərliyi çəkinir ki, mətbuat konfransında jurnalistlər Foqtsdan gedib-getmədiyini soruşarlar. Ondan sonra alman məşqçi millidə qalmaq istəmədiyini federasiya rəhbərliyinə deyər. Foqts federasiya rəhbərliyinin göstərişi ilə mətbuat önünə çıxmır. Mənə elə gəlir ki, baş məşqçinin mətbuat konransına gəlməməsi düşünlümüş bir addımdır".
Mahir Rüstəmli ("Futbol +"): "Foqtsun bu addımını taktiki gediş kimi dəyərləndirərdim. Ola bilsin ki, o, bunu etməklə nəbz yoxlayır ki, ətrafdakı reaksiyanı görsün. Onsuz da, bilir ki, AFFA onun müqaviləsini yeniləməyəcək. Hər halda, onun mətbuat konfransında iştirak etməməsinin səbəbinin sağlamlığı ilə bağlı olduğunu düşünmürəm. Əgər belə olsa idi, o, matça da çıxa bilməzdi və məşqlərdə də iştirak etməzdi. Mən elə düşünürəm ki, Foqts nəsə planlaşdırır. Belə bir ehtimal da var ki, o, bu gün Qazaxıstana qalib gəlsə, millimiz ilk dəfə seçmə mərhələdə 7 xal toplamış olacaq. Ola bilsin, bunu gözləyir ki, ondan sonra mətbuat qarşısına çıxıb desin ki, "gördünüz, mən rekordçu məşqçi oldum".
Anar Xanlarov: ("Çempion" qəzeti): "Yəqin ki, Berti Foqts bəzi jurnalistlərlə üz-üzə gəlmək istəmir. Jurnalistlərin tənqidi suallarından çəkinib konfransa qatılmır. Bilirsiniz ki, ona qarşı jurnalistlər aksiya keçirmişdilər. Ola bilər ki, bu səbəbdən Foqts konfransda iştirak etməyə çəkinir. Məncə, burada günah Foqtsda yox, AFFA-dadır. Ola bilər AFFA rəsmiləri alman məşqçidə yerli mətbuata qarşı mənfi fikir yaradıblar. Bəlkə də, Foqtsa deyiblər ki, bizim jurnalistlər futbolu dərindən bilmirlər. Foqts elə düşünür ki, biz jurnalistlər futbolu dərindən bilmirik və cəngərlikdən çıxmışıq. Mənə elə gəlir ki, Foqtsun beynini doldurublar. O aksiyadan sonra bəlkə də ona deyiblər ki, mətbuat konfransına getmə. Əslində mətbuat konransına gəlib mətbuat önündə oyuna görə hesabat verməlidir. Bəlkə də ona heç kim heçnə deməyib. Sadəcə özü gəlmək istəmir. Məncə, burada AFFA bir addım atıb baş məşqçinin konfransda iştirak etməsini tələb etməlidir. Necə olur ki, 90 dəqiqə məşqşçilər skamyasında oturur, oyundan sonra 5 dəqiqə jurnalisltrəin suallarını cavablandıra bilmir. Əgər səhhəti yaxşı deyilsə, elə komandanı məşqə çıxarmasın. Foqts özbaşına deyil ki, "istəyərəm mətbuat konfransına qatılaram, istəmərəm qatılmaram" desin. Burada günahkar AFFA-dır".
İlkin Fikrətoğlu (ATV): "Foqts gəldiyi gündən yerli və Avropadakı müsahibələrində bizim futbola toxunan ifadələri olub. Bu hərəkəti də yerli mətbuata qarşı hörmətsizlikdir. Özüdə bu birinci dəfə deyil. Berti Foqtsa bəraət qazandırılası bir şey yoxdur. Foqtsun mətbuat konfransına gəlməməsi üçün heç bir əsası yoxdur. Əgər jurnalistlər qarşısına çıxmırsa, deməli hörmətsizlik edir. Foqtsun bu hərəkəti nə dəqiqliyə, nə də mədəniyyətə uyğun gəlir".
Rəşad Fərhadoğlu ("Sport Favortit" qəzeti): "Foqtsun mətbuat konfransında iştirak edib-etməməsi öz seçimidir. Alman məşqçi federasiya ilə bağladığı müqavilə şərtlərini bu cür diqtə edib ki, indi mətbuat konfransına gəlməməyə belə heç bir reaksiya verilmir. Əslində, günah Foqtsda deyil. Ona qarşı jurnalistlərin keçirdiyi "aftafa aksiyası" Foqtsa deyil, birbaşa federasiyada məsul vəzifə tutan şəxslərə yönəlməli idi. Foqts bir məşqçi kimi özünü sübut edib. 1996-cı ildə Almaniyanı Avropa çempionu etmiş mütəxəssis millidə bundan artıq, bəlkə də, nəsə edə bilməz. Ən azından, komandanın kapitanı Rəşad Sadıqov da açıqlamasında deyib ki, bizim bundan artığına gücümüz çatmır. Foqtsun verdiyi tapşırıqları futbolçular yerinə yetirəndə komandamız yaxşı oyun göstərir. O ki qaldı onun konfransda iştirak etməməyinə, onu Foqtsdan deyil, federasiyada oturanlardan soruşmaq lazımdır. Ola bilsin ki, alman məşqçi ona qarşı yeni bir aksiyanın keçiriləcəyindən ehtiyat edərək konfranda qatılmaqdan çəkinir. Aksiya isə AFFA-da məsul vəzifə daşıyan şəxslərə qarşı keçirilsə, daha doğru olar".
Ceyhun Əzizli ("UltraNeftçi", "UltrAslan Azərbaycan"): "Foqts gəldiyi gündən bəri tək jurnalistlərə yox, Azərbaycan xalqına hörmətsizlik edir. Millimizdə fəaliyyətə başladığı ilk gündən yığmamız üçün heç bir uğurlu iş görməyib. Onu Azərbaycan futbolunun inkişafı yox, maddiyyat düşündürür. Foqtsun mətbuat konfransında iştirak etməməsini təəccüblə qarşılamadım. Bu cür hərəkətləri çoxdan gözləyirdim. Foqts milli çempionatı lazımınca izləmir. Hazır olan futbolçuları milliyə dəvət etmir. Bu gün hansı futbolçu tam hazırdırsa o da millidə oynamalıdır. Yığma komandada oyunçu yetişmir. Oyunçular klubda yetişib milliyə hazır gəlməlidir. Çünki milli ildə dörd-beş dəfə toplanır. Foqtsu, sadəcə olaraq, işindən azad etmək lazımdır. Yerinə də jurnalistlərə, xalqa hörmət edən, Azərbaycan futbolunun inkişafına öz töhvəsini verən mütəxəssis təyin edilməlidir. Daha yaxşı olardı ki, milliyə Yunis Hüseynov təyin edilsin. Heç olmasa bayrağımızın rənglərinə baxanda nəsə hiss etsin".
Elsəvər Dünayamalıyev ("İdman Azərbaycan"): "Mən bu haqda bir söz deyə bilmərəm. Çünki mənim işim deyil".
Mənbə: premyerliqa.az
sizin kimi metbuatdan hami qacarda..
Men bir azarkes kimi daim foqs haqda yazmisham. onun futbolmuzun inkisafinda cuzide olsa rolu oldu ama son zamanlar aciqlamalariyla bizi ele salan foqsun artiq istehfaya gonderilme vaxti gelib catib. affadakilarda onun daliyca getmelidirler. INSHAALLAH bir gun futbolumuz ag gune cixacaq ve bizimde uzumuz gulecek. Rovneq Abullayev size seslenirik! Siz basda olmaqla sizin etrafinizdakilar futbolumuzu tekr edin. imkan verin futboldan anlayisi olan insanlar gelsinler ve bizi sevindirsinler!