1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Müsahibə
FƏRDA: "JURNALİSTLƏR YAXŞI EDİB FOQTSA AFTAFA VERİBLƏR" (MÜSAHİBƏ)
FƏRDA: "JURNALİSTLƏR YAXŞI EDİB FOQTSA AFTAFA VERİBLƏR" (MÜSAHİBƏ)
05.09.2011 01:38

"Çem­pio­na­tı ke­çi­rən Pe­şə­kar Fut­bol Li­qa­sın­dan bir xa­hi­şim var"

Ta­nın­mış yu­mo­rist, ak­t­yor Fər­da Xu­da­ver­di­ye­vi ha­mı­nız ta­nı­yır­sız. Tə­lə­bə­lik il­lə­rin­dən sə­nət­də irə­li­yə doğ­ru yol ke­çən Fər­da­nı ar­tıq ek­ran­da tez-tez gör­mə­yə alış­mı­şıq. Ta­ma­şa­çı­nı gül­dür­mək çə­tin de­yil. Ona la­zım olan isə au­di­to­ri­ya­nı in­cə yu­mo­ris­tik hə­rə­kət­lər­lə dü­şün­mə­yə va­dar et­mək­di. Ya­xın­lar­da şou-təd­bir ke­çir­mə­yə ha­zır­la­şan mü­sa­hi­bi­miz­lə cid­di-cid­di da­nış­dıq.

- Nə vaxt­dan fut­bol­la ma­raq­la­nır­san?

- Uşaq vax­tı çox id­man növ­lə­ri ilə məş­ğul ol­mu­şam. Gül­mə­li çıx­ma­sın, hət­ta şah­mat­la da. Kik­bok­sa, gü­lə­şə və ka­pue­ra­ya get­mi­şəm. Ən çox ma­ra­ğım isə fut­bo­lay­dı. Uşaq­lıq­dan xəs­tə­si­yəm.

- Boş vaxt­la­rın­da oy­na­yır­san?

- Əv­vəl­lər dost­la­rım­la oy­na­yır­dıq. Sə­nət­dən ta­nı­dı­ğım Vü­qar və El­ton­la yı­ğı­şır­dıq. Mə­hər­rəm­lik­də boş olu­ruq, vax­tı­mız olan­da oy­na­yı­rıq.

- Bi­zim çem­pio­na­tı iz­lə­yir­sən?

- Əl­bət­tə. Çem­pio­na­tı ke­çi­rən Pe­şə­kar Fut­bol Li­qa­sın­dan bir xa­hi­şim var: heç ol­ma­sa ta­ma­şa­çı­la­rı nə­zə­rə al­sın­lar, oyun­la­rı ey­ni gü­nə və ey­ni vax­ta sal­ma­sın­lar. Ma­raq­lı oyun­la­rı iz­lə­mək is­tə­yi­rik, ey­ni vaxt­da olan­da isə qa­lı­rıq se­çim qar­şı­sın­da. Klub­lar da bu mə­sə­lə­də ma­raq­lı ol­ma­lı­dı. Ol­maz­mı ki, oyun­la­rı müx­tə­lif gün­lə­rə və vaxt­la­ra sal­sın­lar, ta­ma­şa­çı­lar çay süf­rə­si ar­xa­sın­da te­le­vi­zor­dan bax­sın­lar? PFL bu­nu elə et­mə­li­di ki, ta­ma­şa­çı da fut­bo­lu­na ra­hat bax­sın.

- Han­sı ko­man­da­ya azar­keş­lik edir­sən?

- Bir-bi­rin­dən ay­rı­mı­ram. Ümu­mi­lik­də Azər­bay­can fut­bo­lu­na azar­keş­lik edi­rəm. Əf­sus, fut­bo­lu­muz hə­lə azar­ke­şin is­tə­di­yi sə­viy­yə­də de­yil. Gə­lən le­gio­ner­lə­rin nə­yə «qa­dir ol­du­ğu­nu» gö­rü­rük. On­la­ra xərc­lə­nən pul­la­rı uşaq fut­bo­lu­na xərc­lə­sə­lər, da­ha yax­şı olar. Mpen­za ki­mi ağ­zı yerə də­yən­lə­ri gə­tir­mək düz­gün de­yil. Dün­ya­da Mpen­za ad­lı fut­bol­çu yox­du. Be­lə fut­bol­çu­nu vax­tın­da gə­tir­mək la­zı­mıy­dı. «Qa­la­ta­sa­ray» Uy­fa­lu­şi­ni al­dı, «Li­ver­pul»­la oyun­da nə­yə qa­dir ol­du­ğu­nu gös­tər­di. Ya­şı çox ol­sa da, hə­lə for­ma­da­dı. Azər­bay­ca­na gə­lən ta­nın­mış fut­bol­çu ili­nə 1-2 mil­yon alır, gü­nü­nü bar­lar­da ke­çi­rir. Çay ev­lə­rin­də yax­şı­ca is­ti­ra­hət edir, qəl­yan ağ­zın­dan düş­mür. Biz on­la­rı bar­lar­da, çay ev­lə­rin­də de­yil, mey­dan­lar­da yax­şı oyun gös­tə­rən gör­mək is­tə­yi­rik. On­la­rı şə­hər­də ma­şın­la gö­rən­də, az qa­lır ki, üst­lə­ri­nə hü­cum çə­kim. Bi­zə ya­raş­maz e! Fut­bol­çu­lar pu­lu bu­na gö­rə alır­lar? Gün­lə­ri­ni məş­qə ayı­rıb, son­ra is­ti­ra­hət et­mə­li­di, da­ha bar­lar­da və çay­xan­lar­da boş ye­rə fır­lan­ma­ma­lı­dı. Mil­li­ni və klub­la­rı Av­ro­pa­da dəs­tək­lə­mək üçün sta­dio­na gə­lən azar­keş­lə­rə ya­zı­ğım gə­lir. 40-45 də­rə­cə is­ti­yə dö­zən­lə­rin ümi­di­ni doğ­rult­maq la­zım­dı.

- Bə­yən­di­yin le­gio­ner kim­di?

- «Ba­kı»­da çı­xış et­miş Ba­tis­ta. Çox yax­şı fut­bol­çu idi. Yax­şı ol­ma­say­dı, «Kar­pa­tı» onu al­maz­dı. Hət­ta Av­ro­pa Li­qa­sın­da «Qa­la­ta­sa­ray­»a qar­şı oy­na­dı. O, at­le­tik cə­hət­dən güc­lüy­dü. An­ri ti­pin­də bi­ri­di. Ba­tis­ta qal­say­dı, «Ba­kı»­ya kö­mə­yi də­yər­di. Çox sü­rət­li­di, baş­la yax­şı oy­na­yır. Fla­vin­yo­nu, Mpen­za­nı tə­rif­lə­yir­lər. Be­lə güc­lü­dü­lər­sə, «Neft­çi» Çem­pion­lar Li­qa­sın­da mər­hə­lə ad­la­yar­dı da? On­suz da udu­zu­ruq, elə yer­li uşaq­lar­la da «Di­na­mo»­ya qar­şı oy­na­maq olar­dı.

- De­mək ki, oyu­nun­dan zövq al­dı­ğın ko­man­da yox­du, hə?

- «Qa­ra­bağ­»ı bə­yə­ni­rəm. 45 fa­iz «Bar­se­lo­na» üs­lu­bun­da oy­na­yır­lar. Qı­sa ötür­mə­lər­lə rə­qi­bi top­suz yo­rur­lar. «Brüg­ge»­yə uduz­ma­la­rı­nın sə­viy­yə fər­qi­nə ai­diy­ya­tı yox­du, fi­zi­ki ha­zır­lıq­la­rı çat­ma­dı. Ar­tıq ko­man­da yo­rul­muş­du. Əf­ran, Rə­şad və Ra­uf ki­mi tex­ni­ka­lı oyun­çu­la­rı­mız var. Qur­ban Qur­ba­nov ko­man­da­nı for­ma­laş­dı­rıb, gö­zəl də oyun gös­tə­rir­lər.

- Ber­ti Foqt­sa mü­na­si­bə­tin yax­şı­dı?

- Foqtsdan fərq­li, Qur­ban Qur­ba­nov mil­li­də nə­ti­cə gös­tə­rər. Dün­ya­da ar­tıq ad oy­na­mır. Bi­zim mil­li­yə Mau­rin­yo də gəl­sə, özü­nü hör­mət­dən sa­lar. Foqts ar­tıq çox­dan dü­şüb hör­mət­dən. Özü­nü tə­mi­zə çı­xar­maq üçün Al­ma­ni­ya­da çox söz de­yə bi­lər. De­yər ki, Azər­bay­can­da ne­cə fut­bol oy­na­yır­lar, siz on­dan xə­bər­siz­siz, mən­lik bir şey yox­du. Foqts azar­keş­lə­ri­mi­zin və fut­bol ic­ti­maiy­yə­ti­mi­zin gö­zün­dən çox­dan dü­şüb. «2014-cü il­də Azər­bay­ca­nın fi­nal mər­hə­lə­si­nə çıx­maq şan­sı yox­du» de­mə­si, bu, ar­tıq azar­keş­lə­ri söy­mək­di. Ne­cə yə­ni, şan­sı­mız yox­du? «Qa­ra­bağ» Av­ro­pa­da iki də­fə qrup mər­hə­lə­si­nin bir ad­dım­lı­ğın­dan qa­yı­dır­sa, mil­li­miz nə­ti­cə gös­tə­rə bil­mir? Foqts nə xal söz ve­rir, nə nə­ti­cə. De­yir­sə ki, çə­tin qru­pa düş­mü­şük, rə­qib­lər güc­lü­dü, on­da fut­bol­çu ne­cə oy­na­ya bi­lər axı? Onu bu vax­ta qə­dər sax­la­maq bö­yük yan­lış­lıq­dı. Hə­lə bu seç­mə mər­hə­lə­nin so­nu­na qə­dər göz­lə­mək is­tə­yir­lər ki, gö­rək han­sı nə­ti­cə­ni gös­tə­rə­cək. On­dan son­ra Foqtsla mü­qa­vi­lə bağ­la­yıb-bağ­la­ma­maq mə­sə­lə­si­nə ba­xı­la­caq. «Qa­ra­bağ­»ın özə­yi­ni yer­li oyun­çu­lar təş­kil edir, on­la­rın ço­xu mil­li­də oy­na­yır. Ne­cə olur ki, Qur­ban Qur­ba­nov nə­ti­cə gös­tə­rir, am­ma Foqts yox? Yu­nis Hü­sey­no­vun özü ol­sun. İn­di iş­lə­mir. Mil­li­ni ona ver­sin­lər, son­ra da nə­ti­cə tə­ləb et­sin­lər. İna­nın ki, Yu­nis Hü­sey­nov Ber­ti Foqtsdan da­ha yax­şı nə­ti­cə gös­tə­rər.

- Nə­ti­cə gös­tər­mə­yən Ber­ti­nin ili­nə iki mil­yon ver­mək nə də­rə­cə düz­gün­dü?

- Foqts ili­nə iki mil­yon alır? Ay Al­lah, Azər­bay­can dün­ya rey­tin­qin­də ge­ri­lə­yir­sə, bu qə­dər pu­lun ona ve­ril­mə­si nə mə­na da­şı­yır? Azar­keş ki­mi bu­na üzü­lü­rəm. Əv­vəl mil­li­nin oyun­la­rı­na çox ge­dir­dim. Sta­dion­dan ko­man­da­nı hər də­fə dəs­tək­lə­mi­şəm. «Qa­ra­bağ» uğur qa­za­nan­dan son­ra ar­tıq mil­li­yə də bax­maq ol­mur. Or­da­kı «Qa­ra­bağ­»ın fut­bol­çu­la­rı­nı da ta­nı­maq ol­mur. Çün­ki Foqt­sun tət­biq et­di­yi sis­tem düz­gün de­yil. Mə­va­ci­bi­ni ar­tı­raq, 10 mil­yon edək. Nə də­yi­şə­cək ki? Qar­şı­sı­na şərt qo­yul­ma­lı­dı ki, yax­şı nə­ti­cə gös­tər­mə­di­yi­nə gö­rə 90 min əvə­zi­nə, 60 min ala­caq­san.

- Foqts de­yib ki, Azər­bay­ca­nın 2016-cı il­də Av­ro­pa çem­pio­na­tının fi­nal mər­hə­lə­si­nə çıx­maq şan­sı var. Ələ sal­mır ca­maa­tı?

- 2014-cü ildə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı olmayan bir komanda iki il sonra necə Avropa çempionatına gedə bilər ki? Berti Foqts milli komandamıza üç ildir başçılıq edir. Bu müddətdə heç nə edə bilməyən, qarşıdakı üç ildə nə edə bilər? O, vaxtını uzadıb, pul qazanmaq istəyir. Foqtsun verdiyi vədlərdən artıq azarkeşlər doyub. Qoy, indi başqa hiyləyə əl atsın. Boş-boş vədlərlə azarkeşləri, uzağı, iki dəfə aldatmaq olar. Bundan o tərəfi yoxdu. Milliyə baş məşqçi azarkeşlərin rəyi əsasında qoyulmalıdı. Hər dəfə deyirik ki, yenə çətin qrupa düşdük. Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində zəif qrup anlayışı yoxdu. Lixtenşteyn və Qazaxıstan kimi zəif rəqibləri biz uda bilmiriksə, futboldan danışmağa haqqımız çatmır. Millimizin qapısından altı top buraxmaq vaxtı artıq çoxdan keçib. 10-15 il bundan əvvəl komandamız böyük hesablarla uduzub, indi də bu hesabla məğlub oluruqsa, deməli, geriləyirik. Böyük hesabla məğlub olmağımızda günahkar futbolçular deyil, baş məşqçidi. Onun taktikası düzgün deyil. 90 dəqiqə müdafiə olunmaq olar? Bizim komanda da «diş»ini göstərməlidi. O «iti diş» də baş məşqçinin taktikasında görünmür.

- Qazaxıstanla biabırçılıqdan sonra jurnalistlər etiraz aksiyası keçirərək, Berti Foqtsa aftafa təqdim etdilər. Sən nə deyirsən buna?

- Lap yaxşı ediblər! Onlara haqq qazandırıram. Bir yerdə uğur qazana bilməyən insan özünə hörmət edib, getməlidi. Necə ki Karlos Alberto Torres etdi. Komandanın uğrsuzluğuna futbolçular da göz yummamalıdı. Baş məşqçiyə etiraz etməlidilər. Bu yaxınlarda əsəbimdən «Stend-Ap» verilişində milliylə bağlı səhnə hazırlamışdım. Səhnə beləydi: UEFA-nın mənzil-qərargahında püşkatma keçirilir və Azərbaycanın rəqibləri bilinir, hamı bir ağızdan deyir ki, yenə də çətin qrupa düşdük. Artıq asan rəqib yoxdur. Millimiz kimlərlə oynamayıb axı? Lixtenşteyn və Qazaxıstan kimi rəqiblərlə eyni qrupa düşmüşük. Foqts vaxtı deyil. Bizə Zirəddin lazımdır. Zirəddin gəlib baxmalıdı ki, bizim komandamızın taleyi necə olacaq, nə qədər xal yığacaq, hansı nəticəni göstərəcək. Bir müddət biabır olmamaq üçün milli komanda anlayışını ortadan götürməliyik. Ağlıma belə bir fikir gəlib. Qrupda oynaya biləcəyimiz rəqiblərlə oynayırıq çıxırıq, güclülərlə isə oyuna getmirik. UEFA soruşur, onlara da xəbər göndəririk ki, siz Allah, bizi bağışlayın, bəs Bakıda işimiz çıxıb. Məsələn deyərik ki, Almaniya ilə səfər oyununa təyyarə tapa bilmədik. UEFA neyləyəcək? Ən pis halda bizə 0:3 texniki məğlubiyyət verəcəklər. Ora gedib, altı top buraxmaqdansa, evin içində oturub, 0:3-lə canımızı qurtarmaq daha yaxşıdı. İnanın ki, bizim ümidimiz buna qalıb. Ən böyük təsəllimiz də hər dəfə bir komandaya başağrısı olmaqdı. Belə xırda şeylərlə fəxr eləməyə dəyər? Adama deyərlər ki, əvvəl öz başağrını düzəlt, sonra başqasına başağrısı ol! Slovakiya, Finlandiya, indi də Türkiyəni udmaqla öyünürük. Bununla hara gedirik, özümüz də bilmirik. Hələ utanmaz-utanmaz deyirlər ki, almanlara iki top vurmuşuq. Onu da bilmirlər ki, kim vurub. Gah Rail Məlikovun, gah da almanların bir müdafiəçisinin adına yazılır qol.
- Foqtsu parodiya etmək fikrin var?
- O, məni necə başa düşəcək? Foqtsu Azərbaycanda tapmaq olur ki? Bütün gününü Almaniyada keçirir. Onu belə parodiya edərdim: təsəvvür eləyin ki, Azərbaycana gətirilən alman maşınlarının monopoliyasına Berti Foqts baxır. Ondan soruşurlar ki, sonuncu gətirdiyiniz avtomobil markası nə olub və «rastamoşka»sı neçəyə başa gəlib? Almaniyada yaxşı vəziyyətdə olan «çeşka» neçəyədir? Ona deyirəm ki, futbolu qoyaq bir kənara, onsuz da bu sənlik deyil, qardaşına panoramalı «yeşka»nı neçəyə gətirərsən? Foqtsu tərcüməçi ilə parodiya etmək o qədər effekt verməyəcək. Amma söz verirəm ki, «Stend-Ap» verilişində Berti Foqtsla dialoq edəcəm. Belə bir şüar hazırlayardım: «Qurban Qurbanov özünü və komandasını Azərbaycan futboluna qurban verirsə, Berti Foqts fokusları ilə başımızı qatır». Düz deyirəm, vallah...

"Sport favorit" qəzeti

180 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (1)
Etibar Qarabagli / 05.09.2011 18:04

Artist artistliyiynen sizden zehlesi gedir gor indi biz azarkesler size nece nifret edirik ay affa.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika