
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
"Futbol saatı"na baxanlar Elçin Məmmədovun hoqqalarını gördü. Məmmədov, niyə qışqırırdız?
Mübahisə dedikləri epizodlarda: Mahir Şükürovun Zuheyrə hərəkəti aşkar "qırmızı" idi, orda Zuheyr yerə yıxılmaqla kişilik eləmədi, nə bilim aktyorluq və s. və i. məhlə təfəkküründən o yana getməyən fikirlər daş dövründən qalma arqumentlərdi. Məlum olan odu ki, AZAL-ın futbolçusu Mahir Şükürovu təxribata dartdı və bu alındı. Bu, problem deyil, idman mübarizəsində rast gəlinən hallardan biridi. İstənilən idman növündə rəqibi əqli təxribata cəlb etmək üstünlükdü, buna görə cəza tətbiq olunmur. İdman mübarizəsi mənəvi dəyərlərin nümayişi deyil, qələbə uğrunda amansız rəqabətdi. Heç olmasa fəlsəfəsini anlayaq, əgər mən qalib gəlmək istəyirəmsə, bunun nəyi humanizm sayılır...
Zuheyr artistizmin nə olduğunu Şükürovun alnında çatlatdı və istəyinə nail oldu. Bu xüsusi bacarıqdı, fərasət tələb edən hərəkətdi, kəllə atmağı isə öküz də bacarar... Bir daha Əliyar Ağayevin qətiyyətli və hərtərəfli doğru qərarına alqış...
"İnter" - "Bakı" matçında Krastovçevin əllə oynadığı epizod isə penalti idi. Əvvəllər "top əli, əl topu..." tapmacasını Xaqani Məmmədovdan eşidərdik, Ürfan Məmmədlidən təsdiqi gələrdi.. Şükür onlara! Bu dəfə tapmaca olmadı, yanıltmac kimi çıxdı. Verilişi milli dəyərlər, mentalitet yolkasına döndərmişdilər. Krastovçev həmin epizoda qədər iki dəfə də topa eyni formada reaksiya vermişdi.
O epizodda həm əl topu tapdı, həm də top əli. Sonra? Nə deyirsiz? Qaldı ki Lomayanın Nurlan Novruzovla toqquşmasına - bu, qapıçının "sığortalıq hərəkətləri"nə aid deyil. Arqumentə baxın, "O futbolçu niyə özünü Lomayanın üstünə atırdı... Orda qayda pozulmamışdı" və s. Yox! Nurlan deməliydi ki, Lomaya, qardaşım, mən səndən boyca balacayam, ona görə də səhv elədim top sənə tərəf gələndə mən də sənə tərəf şığıdım. Durmuşdum da yerimdə. Elə yaxşı elədin ki, təpiklə yerə sərdin məni. İndi camaatın üzünə baxa bilmirəm, el-aləm məni qınayır ki, ay əclaf, boyun balacadı, qələtivi elə də, niyə Lomayanın ayağının altına verirsən özüvü... Halbuki Lomaya açıq-aşkar Nurlanın sinəsini lomlamışdı...Bunu görməmək, görüb doğru şərh etməmək lomluqdan betərdi.
Lomayanın davranışı kobud oyun idi, ancaq penalti qərarı üçün Ramil Diniyevin o qədər "fikirləşməsi", yan xətt hakimindən "məsləhət" alması, sonra qərar verməsi və oyunun yekun nəticəsinə təsir edən "əzabla" verilmiş qərar "konsertin" başlamasına əla səbəb sayıla bilərdi (Amma çox tez başladı bu konsert, "ssenarisi" bir az da cızılsın, ondan sonra nəsə yazmağa dəyər ). O cür penalti qərarı vermirlər, hakim özünə arxayın deyildi, "batırmışdı", yoldaş Elçin Məmmədov, söz yerinə çəkər, yenə sual yaranır, niyə qışqırırdız verilişdə? Səsinizin tonunu qaldırmaq üçün münbit şərait yaranıb yenə? AZAL-ın prezidentini, ümumiyyətlə hakimlərdən narazılıq edən futbol adamlarını xəstə saydığınızı dediz və məsləhət elədiz ki xəstəxanaya getsinlər, nə bilim sirkə getsinlər, şoumenlik etsinlər, futbol onlarlıq deyil və s. Pardon, səbəbsiz yerə efirdə amansızca bağırmaq bəs nəyin göstəricisidi?
Əslində, bu, mövzu deyil ki yazım, oxucuya təqdim edim, sadəcə şəxsi qeydlərimdi. Mənə həqiqətən maraqlıdı, nə olub? Bu vəziyyətə reaksiyasız ötüşə bilmədim, Elçin Məmmədov "Ümumilli liderimiz bu ölkənin müstəqilliyini bizə bəxş edib, Lomayanı qovmaq lazımdı..." kimi əndrabadi fikirlərlə ağıl vermək istəyir? Nə dəxli var idi ümumilli liderin Lomayanın hərəkətinə... Guya əla manevr etdiz, eləmi? Heç kəs tutmadı "siyasətinizi". Əla, "bir gülləyə iki dovşan vurduz", özünüzə yer elədiz ümumilli lider söhbətiylə, düzdümü? Hmm.. Məmmədov, atdığınız "güllə" ilə ən yaxşı halda dovşan vura bilərsiz. Fərəqət durun, sözüm var: siz Hakimlər Komitəsinin bütün hallarda haqlı, düzgün, ədalətli olduğunu insanlara anlatdınız verilişdə, hamını inandıra bildiz, doğrumu? Sevinirsiz?
Səsinizin tonuna sahib çıxın, bir xeyli də aşağı salın, OK? Üz verdik, astar istədiz. HK-nın gənc hakimlərə üstünlük verəcəyi halda bir müddət tənqid etməyəcəyimizi bildirdik, bu təklifimizin əks-reaksiyası lap tez gəldi ki. Özü də çox sürətlə. Artıq səs, qışqır-bağır, efirdə hegemon fikirlər, ifadələr, jestlər... Nə pis köpdüz, Məmmədov? Elə o biri Məmmədovu da deyirəm. Xaqani HKbaşı da "Premyerliqa" verilişində "od püskürdü".
HK-nın iradəsiz qurum olduğunu təkrarlamağa ehtiyac var? "Sifariş" gələrsə, geri çevirməyə hünəriniz çatır? Sədr Məmmədovun karyerasında "ləkə" olduğunu, yenə xatırladaq? Yoldaş Məmmədov, sizin "peşəkar hoqqalarınızı" mücrüdən çıxaraq, aləm bilsin?
Səs hara qalxmışdı... Qışqırıqdan da o yana keçmişdi, hiss edirdiz? Neylədiz? Niyə sizə verilən imkanı tez "xərclədiz"...
"Futbol qanunları bunu deyir, futbol qanunları onu deyir..." nə bilim nə. Mənim AFFA-nı "sudan quru çıxaranıma" baxın, "futbol qanunları"... "Futbol qaydaları" olar, Məmmədov, qanunları yox. Gedin, daha hazırlıqlı kadrınızı göndərin üstümüzə, dildən pərgar daha biri "qanunu" pozdu...
Bəh-bəh, verilişdə hamıya diqtə etdiz də, eləmi? "Futbol qanunlarıyla" sübut etdiz ki, siz PFL-i, HK-nı, AFFA-nı elə qəşəng müdafiə edərsiz ki, ordan da sənə "Elçin, nə yaxşı ki varsan! Yaşa!" - deyərlər, düz başa düşdüm?
Heç insanların, ictimaiyyətin sizin haqqınızda hansı fikirdə olduğunu bilirsiz? Maraqlanmısız?
...Verilişdən sonra "Ə, bu Elçin nə danışır e özüyçün. Niyə qışqırırdı..." tipli fikirlər sosial şəbəkələri, jurnalistlərin e-maillərini bürüyürsə, buna görə papağı qarşına qoyub fikirləşməyə dəyər, Məmmədov. Bu qədər ictimai etibarsızlığın qarşısında səsinin tonunu qaldırmaq və ciddiyə alınmamaq faciəvi məqamdı.
P.S. "Bakı", unutma, "İnter"in başına gələn bir gün sənin də qarşına çıxar. Fələyin saydığından mükəmməl saymayacaqsan ki...
Elçin CƏLİLOV
Xezer TV ucun ferqi yoxdi onsuzda baxan yoxdu/ Elcin ya Babek. Bos-bos soz sohbet olsun
Elcin emosiyalarini cilovluya bilmirdi. Bu faktdi. Buna gore de mehelle sohbetleri eliyirdi. Qisqirma ise onun en boyuk silahidi. Onu butun Azerbaycan taniyir. Beleleri olduqca hakimliyin obyektivliyine shubhem qalacaq.
Halal olsun Elcin Memmedova hamini neprav cixartdi. Cavab veren tapilmadi. Soylediyi esas yaddaqalan soz 8 ilde klublarimizin dovlet vesaitini talan edib nuvger ucun bir sag emelli futbolchu yetishdirmeyibler. Duzdu bu sozleri sadece Inter haqda dedi. Amma aydin meseledir ki, bu sozler Neftciye, Xezere, Bakiya, Azala ve diger klublara da aiddi. yalniz iki klub bu sahede nese edib Qarabag ve Qebele . Qebele cox esasli baza qoyub ve cox ehtimal yaxin illerde millinin esasini bu klubun yetirmeleri temsil edecek. Qarabag ise deyilene gore Azerbaycan seviyyesinde dahi bir ushaq meshqcisi var ve her sheyde onun payi boyukdu. Elcin Memmedova qayitdiqda bir cumleni de duz bashlayib bitire bilmeyen bu adam her kesi susdurdu halaldi ona, xususen jurnalistler futboldan qanmir satqindi ve s kimi fikirlerine yaninda oturan 3 jurnalistin hech bir reaksiya vermemesine utandim...
zor eleyirsen gisgir mence azerbaycanda futbolcularda klub prezidentleride kloundurlar seninle raziyamellerinden bir is gelmir futbolu da kriminala donderibler hec bir nailliyet vermeden gah kelle atirlar gah uzr isteyirem s..ylerini gosterirler bu gunden demisem bu saytlarda hakimler haggda hec bir soz yazmayacagam cunki men basa dusdum ki azerbaycan futbolunun bu gu gune galmaginda gunahkar futbolcular ve klub prezidentleridir bunu avrokuboklar ve son hadiseler gosterdi ve bundan sonra ancag oinlari tengid edeceyem
Emin, daha sen bu verilisden cix get.Bu en biabirciliqdir, duneki, cinayetkar, ogru, cixib qisqirir, shiven qoparir, kisilikden dem vurur,s en de gunahkar kimi susursan onunq arsisinda.Niye cesaretin catmadi deyesen ki, qisqirma, bura efirdir. Cesaretin cata da bilmezdi, cunki sen ve o verilisde sifarisle isleyirsiz.
Yoldas Dadasov Qarabagin bura ne dexli var? Qarabaginda vaxti gelecek, Qarabagda bele bir herekete yol vererse, onu her kesden cox men tenqid edecem. intere gelince ya sen ozunu o yere qoyursan, yadaki umumiyyetle futboldan anlayisin yoxdu. Men bir azarkesem ve Azerbaycan futbolunun yukselmesi ucun en cox dua edenlerdenem. nedi belke senin xosuna gelir her defe bizimkiler uduaznda? bali duz deyirsen men hec kimem interin yerine neyise qerar verim ama hec kes hec kesin serbest yazmaq huququnu elinden ala bilmez. senin yazinada hormetle yanasiram cunki sende menim kimi bura sherh yazmaqdan basqa elinden hecne gelmir. men yazdigimda kimise incitmemek ucun evvelceden uzr istedim ancaq deyesen sen bunu duz basa dusmemisen. uzr istemek zeyiflik elameti deyil. )))) yaxshi neyse. biraz futboldan nese oxu ve oz klubuna candan baglanaraq, her sheye tez dusunulmemish reaksiya verme.
P.S. Menim nikim ona gore Qarabagli deyil ki, mehz Qarabagin fanatiyam xeyir ele deyil. Men ozum Qarabagliyam. vaxt olub menden cox Qarabagi tenqid eden olmayib. lazim gelerse yenede tenqid edeceyem.
Elcin Celilov birincisi meqaleye gore sene minnetdarliq edirem .Ikinciside Elcin Memmedov haqqinda yazmaq isteyirem ...uzaqda olsamda mende dunen futbol saati verlisini sebirsizlikle gozledim ve baxdim ........Elcin verlisde deyirdi ki ne bilim kimler kloun du ,kimlerse xestaxanaya getmelidi......amma dunen ki verlisde esl kloun rolunda hemiseki kimi ele Elcin ozu idi....deyesen onu ora cixardan adam guclu ona qoymusdu ki , cixsin orda onlari teriflesin ....ona gorede Elcin mecburiyyet qarsisinda qalib idmandan basladi duz siyasete kimi danisdi.....burda bir soz yadima geldi ..........HEC HENANIN YERIDI......cox heyif deyirem gerek dunenki verlisde Babek Guliyev olardi .....birde o verlise baxmaqda bir seyi gozledim ,dedim belke bu Elcin bizim bu Qebele komandasi haqda ne deyecek,cox gozledim bir soz cixacaq amma cixmadi, daje hec yadina gelmedi ki axi Qebeledede futbolculari dasa basmisdilar ...axi Qebele ele bele komanda deyil ki Elcin kimisileri onun haqda danissin,eks halda ele verlisden cixan kimi adamlar onun dersini vererdiler...........neise cox soz yazmaq olar bir soz deyirem ..Allax Azerbaycan Futbolunun axirini xeyir elesin
Javid, yaxshi bes sen kimsen ki, Etibardan "sen kimsen ki" deyirsen. Senin Elchin Memmedovdan hech ferqin olmadi)))
O ozunu niye cirir?))))))))))) adam baxmaga utanir.
Ay Etibar Qarabağlı Azərbaycanda futbol olmayıb ve belə getsə heç olmayacaqda Hansı Qarabağdan,azərbaycanlı futbolçudan danışırsan.Belke Qarabağ dağı-dağ üstə qoyub xəbərimiz yoxdu.Gözünüzü acın bəyənmədiyiniz gürcülərin Brüggeye qarşı necə oynadığına yaxşı-yaxşı baxın.Axşam elçində sənin kimi danışırdı İnter azərbaycan futboluna heç bir xeyir vermeyib sen kimsen ki,kimin futbola ne qədər xeyir verdiyin dəi deyəsən.
Elchin Celilov siz epizoda bir daha dediqqetle baxin Bakinin futbolcusu hecde Lomayanin ustune şığımır,əməlli-başlı havada uçaraq özünü qapıçının ayaqları altına atır
Salam Elcin bey! sizin butun yazilarinizi izleyirem ve tesekkur edirem bizi melumatlandirdiginiz ucun. sizinle bir seyde raziyam beli ister HK, ister Affa, istersede PFL hamisi kecen ilde cox qeletler etdiler, inaniram ki, bu ilde edecekler. ancaq mehz Inter Baki oyununa gelince, epizodlarin her ikisinde penalti qerari verilmeli idi ve qapicinin o cur qudurgan casina sanki ermenilerle oynayirmish kimi, vehshicesine tepikle vurmazlar. Novruzov Zohair kimi aktyorluq etmediki? beli ister Mahire istersede lomayaya qeti olaraq qirmizi verilmeli idi. hec kes hec kesin basinin agasi deyil (sohbet futbolculardan gedir)ki,kimese kelle ata ve ya aciq ayaqla qesten kimese yumshaq desek tepik vura. birde men hemise hk-qurumu pislemisem ve bundan sonrada pisleyecem taa ki, onlar bizim istediyimiz kimi hakimlik edene qeder. ancaq dunen Elcin Memmedovun inter haqda dedikleri, ister olkemiz ucun xeyir vermesi barede, istersede verlise gelmemeleri haqda dediklerinin hamisi ile raziyam. Beli bizim olkede bir Xezer-Lenkeran ve birde Interdiki helede bir xeyiri deymeyib Azerbaycan futboluna. ALLAH butun oruc tutanlarin oruclarini qebul etsin AMIN! eger bu yazimla kimise incidiremse, uzr isteyirem. tesekkur edirem!
Gece saat 05 :25....Evvelce 1-2 cumle oxudum....Heves yox idi oxumaqa....Bir azdaaaa...bir azdaaaaaaa...........Ade bu 3-4 saat evvel xezer tvde baxdiqim verlisden danisir ki................Ala bu ne biyabirciliq idi....Sengulumun qisqirmaqi bir yana qalsin(qisqirmaqi,baqirmaqi,bir das altda bir das uste girenliyi) bu Emin Abbasovun onla razilasmasi yandirir adami...Axi sen idman jurnalistisen...Niye demedin eeeeeee niye cirirsan ozuvu???? Bbaek quliyevle bir verlisde olduqun gun yadindan cixib? Butun sizin paxirlarivizi cixartmisdi cole....Ne ise gedim yatim,yoxsa yene eseblesecem ..........!