1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
DİNİYEV, DİNMƏ... (YAZI)
DİNİYEV, DİNMƏ... (YAZI)
10.08.2011 00:57

Oğru elə bağırdı, doğrunun bağrı yarıldı

Azərbaycanlı məşqçilər iki məqamda danışmağa başlayırlar; biləndə ki hansısa klubda və ya yığma komandada məşqçi dəyişikliyi gözlənir, onda, bir də uzun müddət işsiz qalanda. Məqsəd güdürlər. Qalan variantları bilirsizsə, sayın, gəlsin...

Şahin Diniyevin son vaxtlar fəallaşması, dil-dil ötməsi mənə də maraqlı gəlir. Həm də heç vaxt olmadığı qədər tonla danışması, onu tanıyanın lap tərs damarına düşür. Bir neçə il əvvəl Ukrayna millisinə biabırçı hesabla uduzan millinin ictimai qınağın təzyiqində əzilməsi Diniyevin "Şəfa"da mətbuat konfransı keçirib media qarşısında hesabat verməsi ilə nəticələndi. Daha doğrusu, hesabat verməli olan Diniyev həmin konfransda "torbatikənlər dəstəsi"ni suçlu bilmişdi, komandanı günahlandırmışdı, ancaq daha vacib suallara cavab verməmişdi.

Serbiya ilə Bakıdakı rəsmi oyundan sonrakı konfransda Diniyevin acizlikdən vahiməyə düşmüş halını gördükdə, yazığın gəlməkdən başqa çarən qalmırdı. Dəfələrlə ondan problemləri açıb danışmağı istəmişdik, amma elə hey "AFFA yaxşıdı, qalan hər şey pisdi" deyib, dururdu.

İndi Diniyevin fikirlərini tirajlamağın məntiqini anlamadığm üçün buna ehtiyac da görmürəm. Futbolumuzun ziyalısı? Ziyalı belə olar? Özünə sərf edən məqamda açıq-aşkar danışsın, tənqid etsin, etməyəndə sussun... Beləsinə "intellektual dələduz" deyərlər...

Son açıqlamasında da, kişi, radikal danışıb: "Foqtsun dedikləri sadəcə pafoslu sözlərdi. 2016-cı ildə milli komandamızın Avropa çempionatının final mərhələsinə çıxması qeyri-mümkündü. ...O, Azərbaycan xalqını aldatmaqla, barmağına dolamaqla məşğuldur. Alman məşqçi millimizdə daha çox qalmaq üçün belə fikirlər səsləndirir. Amma unutmasın ki, bu ölkədə də futbolu başa düşənlər var".

Diniyev, sadəcə bunu demək bəsdi: vaxtında siz də Foqts kimi AFFA-dan heç olmasa, millinin normal məşq keçməsi üçün stadion tələb edərdiz. Təlim-məşq toplanışlarını demirəm hələ. Axı hansı ixtiyarla Foqtsu söz, "qarğış" atəşinə tutursuz. Futbolçular onun hesabına təlim-məşq nə olan şeydi, komanda necə səfər edər, necə meydanda taktika üzrə oynayar - ən azı bu şeyləri öynəbilər, nəyi qoyub, nəyi danışırsız...

Kifayət qədər vaxtınız oldu, hanı millidəki əməyinizin nəticəsi? Niyə millinin gələcəyinə də şübhəylə yanaşmalısız? Axı uzun müddət baş məşqçilik sizin ixtiyarınızda olub. Komandaya viranə qalmış "Ədliyyə" stadionunda məşq elətdirməyiniz unutmusuz?! Olmazdımı, heç olmasa normal stadion tələb edəsiz?! Edə bilməzdiz! Çünki qorxurduz! Tələb etsəz, rəhbərliyin kefinə düşər, sizi qovardı. Çəkinirdiz. "Təki pul qazanım, işim getsin" düşüncəsi ilə yanaşırdız işə. İndi isə yüksək tonla millini heç olmasa, görüntü baxımından da olsa, ağ günə çıxaran Foqtsa hücum çəkmisiz...

Bəli, Foqts kifayət qədər ittiham olunası və tənqidlərə layiq bir məşqçidi. Ancaq bu tənqidi sizin kimi "mütəxəssislər" edəndə, onun təsiri sıfıra enir. Çünki sizin cızdığınız karyeranın yarısını yazıb, insanlara bildirsək, üstünüzə qiyama qalxarlar. Sakitcə oturun yerinizdə, kimsə, hansısa klub iş verər, başınızı salıb, gedib işləyərsiz orada. Millinin keçmişi və gələcəyindən danışmaq üçün sambalınız yetmir...

Elçin

279 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (4)
emil / 11.08.2011 00:44

mence bu gun Super meshqchi 2011 aftafa lauryati cenab Berty Foqs novbeti mezmunlu oyunu ile bizi sevindirdi. Sag olsun. Affa sene 1000000000 qat teshekkur bizi necede ikshaf etmish milli komada ile temsil edirsiz. sizede bir aftafa vermek lazimdir. SAG OLUN

Anar / 10.08.2011 11:34

Bizi hami ələ salır... Ən çox da AFFA rəhbərliyi...

Etibar Qarabagli / 10.08.2011 09:20

Elcin cox sagol! duz vurguladiz. isterdim bizim meshqcilerimizin 3-cu danishma halinida men deyim. 3-cu halda, nisbeten samballi vesi olan shexs kise haqda nese deyirse, quyruq kimi o birilerde tekrar edirler sanki bu insanla fikirleri ele eyni imis. esla ele deyil sadece islerini itirmekden qorxurlar.

Emil / 10.08.2011 09:20

Salam. Xahish edirem meni duzgun basha dushun men Shain diniyevin ne yaxiniyam nede tanishiyam. Amma  Berty Foqts Azerbaycan futboluna hechne vermeyib desek duz olmaz, amma aldigi pul qarshiliginda hechne vermeyib, ve taktikadan danishirsiz hansi taktikasi var bizim komandanin ne oynayir hansi duzulushde meydana chixir 1 qachi 1 merkez mudafiyechisile :). emil meshq deyende  Almanyaya aparir affanin pullarini. Shahin diniyevde  meshkchideyli bash meshqci kimi amma Foqs bizi resmen ele salir.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika