1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
RAMİN MUSAYEV MÖVSÜMÜ BAŞLAYIR (YAZI)
RAMİN MUSAYEV MÖVSÜMÜ BAŞLAYIR (YAZI)
02.08.2011 12:22

I pərdə: Rednik aktyordu

Premyer Liqanın (Bu adı dəyişin, xahiş edirik) sonundan bu yana Ramin Musayev haqda tənqidlər, lətifələr, el məsəlləri, atalar sözləri səngimişdi. 1-2 günə yeni mövsüm başlayır. Ancaq yeni mövsümdən daha çox, deyərdim, Ramin bəy başlayır.. nə başlayır!

Deyib ki, "Xəzər Lənkəran"ın halına acıyır. Hesab edir ki, Mirça Rednik aktyorluq edir: "Xəzər Lənkəran"da baş verənləri izləyirəm. Mirça Rednik əsl aktyordu. Mütəxəssis Avroliqada mərhələ adlaya bilmədiyinə görə bu addımı atdı. O bilirdi ki, təzyiqlər olacaq, hesabat tələb olunacaq. Ona görə də azarkeşlərdən sipər kimi istifadə etdi" ("Futbol+")

Yoldaş Musayevin bu arqumenti səmimi deyil, inandırıcı səslənmir. Rednikin aktyor olması cinayətdi? Problemdi? Əslində, yaradıcı peşələrin hamısında artistizm ən vacib elementlərdən sayılır. Əgər bunu bacarmırsansa, maraqlı ola bilməzsən, istəyirsən ləl-cəvahirat qur...

Rednikin möhtəşəm bir qüsuru var, 1 il ərzində komandanı 3 dəfə (!!!) dəyişdi. Bəli, belə iş tutan adamın "Xəzər Lənkəran"ın inkişafını yox, öz inkişafını düşündüyünü düşünməyimizə əsas var. Ancaq o aktyordu, nə bilim nədi... bunlar Molla Nəsrəddin ittihamlarına oxşayır.

Guya vəzifədəkilərimiz "kresloda" uzun müddət oturmaq üçün aktyorluq (artistlik) eləmirlər.

Guya Rednikin gedib, kimlərəsə sərfəli bir məşqçinin orada işləməsini istəyənlər azdı. Bilmirikmi, indi nəinki AFFA camaatı, hətta jurnalistlərin də bir qismi "menecerliyə" keçib. Qarğa bazarı...

Musayev, artistlik bacarmayan şəxs Kapitalizm dövründə ya "təmiz adamdı, axmadı dəə" diaqnozu ilə acından öləcək, ya da Cəbiş müəllim kimi, vicdanlı olub, sabun satacaq uzaqbaşı. Tanış hisslərdi, istəsəniz saatlarla bu mövzuda məruzələr edə bilərəm sizə.

...Ona görə də, yaşadığımız bu amansız ictimai quruluşun qaydalarını nəzərə alıb, ona-buna söz atmayın. Premyer Liqanın (Bir də xahiş edirəm...) inkişaf etdiyini, gücləndiyini və s. olduğunu deyirdiz, Avrokuboklarda görünür səviyyəmizin artdığı - deyirdiz... İndi nə deyirsiz?

Elçin

250 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (6)
ILQAR X/L / 04.08.2011 12:06

Əsil aktyor sizsiniz.Redniki X/L-Ndan ayırmaq Neftçiyə vermək idi.Qardaş neyə içiniz göynayir 6 oyunda Neftçi X/L-NI məğlub edə bilmədi ona görə yoxsa komandanı tez-tez dəyişib hər iki heyyətlə məğlub olmadı buna görə.Yoxsa Azərbaycan futbolunda yenilik etmək istəyirsizsə ligionerlərin sayını 5+6 edin özunuz demişdiniz ki bizdə yerli oyunçular yoxdur.Əgər belə AZ.futbolunu inkişafına maraqız var idisə Abşeron komandasını saxlayaydınız.Yazıq üşaqlar bir il üdüzmadan hansı sevinclə 1-ci yer tutdular.Baş məşqçinin əziyyətini yerə vurdunuz budur yerli mutəxəssisə belə qayğı göstörirsiniz.ARİF Əsədov neftçini 6-İLDƏN sonra cempion etdi axırı nə oldu.........

FLATTER / 03.08.2011 21:05

Yadinizdadirsa ilk defe  AFFA prezidenti Hec tanimadiqi ve uzunu bele gormediyi M.Rednike melum "papaq" hadisesinden sora olduqca sert barmaq silkeleyib "...men o?! adami en aqir wekilde cezalandirilmasini tapwirmiwam!"demiwdi. Sonradan R.Musayev ( hemcinin K.Tuayev ) onun milli mensubiyyetin alcaldmiw ,indi de butyn millet qarwisinda onu "artist"adlandirir.Mence burda her wey ayddindir.AFFA ozellikle serbest fikirli mewqcileri sevmeyir,onlari her yolla olkeden uzaqlawdidmaq isteyir (Petrjela,Demyanenko ve s.kimi) ve hem de legioner mewqci,futbolcu alqi-satqisina nezareti ele almaqdir.

MMA / 02.08.2011 19:59

Rednikin 3 dəfə heyət dəyişməsinin səbəbi REDNİK deyildir. Həmin heyətdəki futbolçularla bağlanmış cəmisi 6 aylıq müqavilələrdir. Müqavilə qısa bağlanılırsa, tez- tez dəyişmələrdən (sirkulyasiyadan) daha çox qazanmaq olar.

Bu Nəzəriyyə elmdə ToT (THEORY of TUYGUN) nəzəriyyəsi kimi qədim dövrlərdən bəri insanlara məlumdur...

 

Daha Ətraflı olaraq  Tuyqun Nadirova müraciət edə bilərsiniz......... 

Futbolda Adelet / 02.08.2011 17:57

Həqiqətən də gülməli məsələdir. Hansı çempionatdan söhbət gedir ki, heç düz-əməlli 12 komanda tapa bilmirlər ki, reqlamentə əməl etsinlər? Dünyada görünməmiş şeydir ki, 1-ci dəstəyə yuvarlanan klubu yenidən Premyer Liqaya qaytarsınlar. Doğurdan da biz çox unikal bir millətik. Eşq olsun bizə!

Əgər aktyorluq məharəti üzrə çempionat keçirilsəydi, PFL və Hakimlər Komitəsi heç şübhəsiz ki, qalib gələrdi. Yalnız bizdə bərbad çempionat keçirib onu konfet kimi qələmə vermək olar. Yalnız bizdə açıq-aşkar penalti epizodunu şərh edərək qırmızı-qırmızı düz tamaşaçıların gözünün içinə "orada təmas yox idi, buna görə də qayda pozulmamışdı" demək olar.

Beləliklə, bizi qarşıda yeni bir televiziya tamaşası gözləyir - Premyer Liqa 2011-2012! Klublarımızın Avropada "attanıb-düşməyi" bitdi, seyrə davam...

Ovod / 02.08.2011 17:03

Rednik aktyor deyil sadece teatrda mesqçilik edir deye hamisi ele bilir. Azərbaycan futbolu həqiqətən bir teatr tamaşasına bənzəyir özüdə tamaşaçısız teatr.

Ramin bəy bəs Siz nəsiz heç aktyorluğu da bacarmısız axı.

Fırtınaçı / 02.08.2011 16:29

REDNİK KİŞİDİR !

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika