1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
ƏSGƏR ABDULLAYEV: NİYƏ BU ADDIMI ATDIQLARINI ANLAMADIM // "Onların hamısını geri qaytaracağam"
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
UEFA-dan AFFA-ya 60.000 AVROLUQ CƏZA!
UEFA-dan AFFA-ya 60.000 AVROLUQ CƏZA!
12.01.2010 12:21

UEFA-nın Nəzarət və İntizam Komitəsi 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə qərar qəbul edib. Ali futbol qrumu milli komandamızı və AFFA-nı ağır şəkildə cəzalandırıb. Belə ki, UEFA millimizin İspaniya, Ukrayna və Kiprlə oyunlarının nəticəsini ləğv edib. Bu görüşlərə görə yığmamıza 0:3 hesablı texniki məğlubiyyət verilib.
Yığmamızın 6 üzvü - İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 2010-cu ilin 30 noyabrına qədər ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya olunub. U-19 eyni zamanda 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılıb. AFFA isə 60.000 avro cərimə edilib.

UEFA-nın qərarları:
1. 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 19 - 24 sentyabr aralığında keçirilmiş İspaniya - Azərbaycan, Azərbaycan - Ukrayna və Kipr - Azərbaycan oyunlarının nəticəsi ləvğ olunsun. Hər üç oyunda Azərbaycan yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilsin.
2. Futbolçular İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya olunsun.
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbolçulara bu barədə məlumat versin.
4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 60.000 (altmış min) avro məbləğində cərimə olunsun.
5. 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılsın. 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü təyin olunsun.

Xatırladaq ki, bir neçə gün əvvəl ultrasport.az saytı məlumat yaymışdı ki, qızlardan ibarət yığma komandamızın "lipa" qalmaqalıyla bağlı Elxan Məmmədovun UEFA-ya canfəşanlığı elə-belə deyilmiş. O, bu olayı ifşa edib, qurumda ona qarşı simpatiyanı artırmaq məqsədi güdürmüş. Məlumata görə, Məmmədova UEFA-nın MDB ölkələri üzrə koordinatoru vəzifəsi vəd verilib. Buna görə də o, heç nəyi gözə almadan, Azərbaycan futbolunun qitədə biabır olmasına şəxsən təşəbbüskar oldu. Əslində, özlərinin təşəbbüsüylə "lipalaşdırmanı" özləri də ifşa edib, sadəcə, Azərbaycanı biabır etdilər.
Göründüyü kimi, AFFA-da sistemli iş qurulmur, qərarlar şəxsi mənafelər naminə, heç bir peşkarlıq gözlənmədən verilir.

228 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
1588 işarə 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika