
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Gəncləşdirmə üzrə analoqu olmayan siyasət...
"Xəzər Lənkəran"ın açıqladığı yeni strategiya üzrə iş başladı! Nə olsa yaxşıdı? Ramin Nəsibov baxışa çağırılıb!
Klub rəhbərliyinin yerli və gənc futbolçulara etimad göstərəcəyi haqda gurultulu vəd Ramin Nəsibovla start götürüb. Qospadi boje moy..!
O futbolçunu Mirça Rednik çağırıb? Lənət şeytana, bundan dəhşətli komediya fikirləşə bilmədiz?
Nəsibov ora necə düşüb? Nə cür baş verib bu hadisə?
O klubda futboldan anlayışı olan kimsə varmı, bu sualın cavabını versin.
Gəncləşdirmə və yerli futbolçulara etimad strategiyası Ramin Nəsibovun baxışa çağırılmasıdısa, onda məni də baxışa çağırın. Redniklə dostlaşarıq, əl-ələ verib avrokubok-mavrokubok keçərik.
Özüm də cənublu azarkeşlərlə əla dil taparam, orada məni dəstəkləyənlər çox olar, hətta ulduz həyatı yaşayaram. Çünki yüzlərlə dostum, qohum-əqrəbam ordadı, həm də dil amili öz rolunu oynayacaq.
Hörmətli "Xəzər Lənkəran" rəhbərliyi, sizin bu məntiqinizi əldə rəhbər tutaraq, yazıram: mənim Ramin Nəsibovdan nəyim əskikdi ki? O "Palmali"nin pullarından "podyomnu", əla "premya", maaş alacaq, ancaq mən gecə-gündüz kompyuterin qarşısında gözümün giləsini ağardıb, yazacam... Elə mən oynayım da "Xəzər Lənkəran"da!
Nəsibovun sonuncu klubu "Simurq" olmuşdu. Sonuncu deyəndə ki, ta 2 il əvvəl futbol oynayıb bizim bu Ramin. Axırıncı dəfə onu "Simurq"un gəncləşdirmə siyasətindən sonra düşdüyü vəziyyətində orada baş məşqçi işləyən Coko Haciyevskinin yanında nə bilim neçənci köməkçi işləyən görüblər. Siz neyləyirsiz?!
Vallah, 30 yaşlı futbolçunu baxışa çağırmaq, yaxud nəsə eləmək bir balaca ayıb çıxır, gəlin razılığınızı bildirin, mən gəlim baxışa...
Söz verirəm ki, bu baxışdan razı qalacaqsız! Sözümüz sözdü, başqa cür ola bilməz!
Artıq səbr kasam dolub, futbolçu olmaq fikrindəyəm, nə vaxta qədər yazaram, problemlərdən yazıb, fikirləşib, əsəblərimi pozaram. 7 ildi "Xəzər Lənkəran" haqda yalnız ümidverici şeylər yazdım, ayıblarınızın hamısını büruzə verib, rişxənd dolu sətirlərimi ünvanınıza nəql eləmədim. Məhz ən çox güzəşt etdiyim də "Xəzər Lənkəran" oldu. Çünki çoxları kimi işıq görürdüm, istəmirdim işığın önünə qara pərdə çəkənlərdən olum. İndi zamanı gəlib çatıb elə bil.
Siz artıq strategiya-mstrategiya dəyişirsiz. Özümü yeni strategiyanızın əzəməti qarşısında gülməkdən və kədərlənməkdən saxlaya bilməyərək bu naməni yazıram. Böyükağa Haciyevi də çağırın baş məsələhətçi... Sizə daha sözüm yoxdu!
Sitat: Dəyişən strategiyalar və dəyişə baxışlarla davam... salam: ...
Elçin
Mezeniz olsun:):):)
Erize: Yazib sizden xahish edirem ki, meni baxisha cagirasiz ve baxisin neticesinden asili olmayaraq, daim bu klubdan pul yemeye haziram. Baxmayaraq ki, Yigmamizin genclerinde oynamisham ancaq soz verirem sizin kluba sadiq qalacagam. hetta yigmaya cagirsalar bele getmeyecem. Mais mensimovun pullarini yeyen agilsizlardan daha yaxshi bacararam bunu. soz verirem.
Meni de chagirsalar oynayaram. 33 yashim var 2-3 il futbol oynayib Xezer Lenkerana xidmet etmeye haziram. Chempionatda da 1 movsum oynamisham. Eyer veteranlari yigirlarsa men de Lenkerandan olan veteranam. En azindan komandani ayaga varmerem. He nece deyerler doyushe qocalar gedir......