
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Lap Əfqan Həmzəyevlə Elçin Məmmədov Sadıq Sadıqovu "Neftçi"nin çempion olmağına görə təbrik edib, öpməsəydi də təsəvvür eləməzdim ki, camaat flaqmanın Çempionlar Liqasında qrup mərhələsinə düşməməsinə görə bu qədər coşar. Hər yanda "Tahir istefa ver, Arif çıx get..." sədaları eşidilir, yazılır.
ÇL-in qrup mərhələsi, görün, nə günə qaldı... Elə bil, PFL-in "Premyer Liqamız inkişaf edib" sərsəmləməsinin mübahisəsi gedir. "Sumqayıt" sənin, "Muğan" mənim, "Rəvan" heç kimin. Ordan exo ver! İnkişaf şaf şaf...
Zarafat deyil, məsələ kifayət qədər şişib. Durduğu yerdə "Neftçi" zibilə düşdü. Ha fikirləşirəm, Azərbaycan çempionundan qrup mərhələsinə düşmək tələbinin nədən doğduğunu anlamaqda çətinlik çəkirəm. Özü də heç vaxt bu qədər sərt tələb olmamışdı. Və ya qrupa düşməmək bir kənara qalsın, heç mərhələ adlamamaq bu cür kədərli, qəzəbli və şiddətli təsvir olunmamışdı. Kimsə bu fikirləri fərqlilik xətrinə yazdığımı düşünürsə, vəd verməyə, and içməyə də hazıram ki, mən həqiqətən heç nə başa düşmürəm. "Güman yoxdu, məğlub olacağıq, ilk mərhələdə də uduzub çıxacağıq ÇL-dən" kimi açıqlama verməliydi "Neftçi" rəsmiləri?!
Hə, Tahir Süleymanovun "İnşallah, Çempionlar Liqasının qrup mərhələsində oynayarıq" deməsi?
Yaxşı, T.S. bir söz idi demişdi, sizə nə olub? Bu nə vəlvələdi salmısız? Qrup mərhələsi vaay... Biabır olduq haay...
Yəni doğrudanmı qrup mərhələsini düşünürdüz? Yəni Azərbaycanda futbol o həddə çatdı ki artıq?
Həqiqətən, qaragüruh canımızda qədimdən məskən salıb. Bir adam söz deyib, sözündən tutublar, ki yox e, demişdin axı, niyə elə olmadı?
Deyək, T.S. istefa verdi, yallah-billah... yerinə gələn nəfər, manısın sözü olmasın, komandanı qrup mərhələsinə daşıyacaq? "Neftçi" bundan əvvəlki vitselər vaxtında guya qrup mərhələsinə düşmək üçün əlləşirdi? Yoxsa başqa hansısa klubumuzun bütün niyyəti qrup mərhələsinə tuşlanıb; bu istiqamətdə halal iş görürlər? Guya bilmirsiz ki, bizim futbolçudan tutmuş rəhbərinə qədər halal kolbasa yeyər, amma halal iş tutmaz? Bax, bu dəqiqə, dəniz kənarından halal sosisqa və halal qarpız yeyib gəlmişəm, ancaq özümü yaxşı hiss eləmirəm. Bağdakı istirahətim halalca zay olub gedir. Siz nəyi qoyub, nəyi danışırsız...
Arif Əsədov mətbuat konfransında deyib ki, istefa vermirəm, bu cəsarətsizlik olar, mən komandanı ölkə çempionu eləmişəm. "Arif, sən nə cəsarətlə belə danışırsan?! Tez ol, istefa ver, vaxtımız yoxdu. Qrup mərhələsi...!!!" jarından reaksiyalar... Sanki Azərbaycan məşqçisi qrup mərhələsinə düşmədiyi üçün istefa verməlidi. Amma ən düzgün söhbət elə Əsədovdan çıxıb. Çempion eləmişəm? Vəssalam!
Hanı Flavinyo... hanı Mpenza... yerli futbolçulara üstünlük verməmək böyük günah idi... Bah! De, yonca...
Bir klubu tənqid, tənbeh etdilər - bu oxşadı orta əsrlərdə şahın kefinə xoş gəlməyən hansısa fağıra edam əmrini alqışlayan qara camaatın günahı bilmədən, məsələdən heç xəbəri olmadan onu daş-qalaq etməsinə, lənətləməsinə.
Mənə Azərbaycan klubu göstərin ki, çempion olub, Avropada da yaxşı nəticə göstərib. Yaxud Avropada yaxşı nəticəsini ölkə çempionu olmaqla da sübut edib. Yoxdumu?
Bu da bir teoremdi, həzmə gec getsə də, qəbul edək...
Qrup mərhələsi nağılının reallaşmamasına görə Süleymanovun yaxasından yapışanlar, məsələn, "Qarabağı mütləq qaytaracağıq!" və başqa çoxlu boş vədlərin müəllifindən də istefa tələb etsələr, Süleymanovu eşafota çıxarmağı da normal qarşılamaq olar.
Nağılı da nağıl kimi qəbul edə bilməyən xalqın ÇL-in qrup mərhələsində nə işi?
Elçin
yaman deyib ee,neftcini olke cempionu elemiwem?vesselam.cox boyuk iw gormusen olke cempionu olmaqda.olke cempionu da melum oldu artiq nece olmusan.guya sen elemisen neftcini olke cempionu.neftci evvelceden sifariw olunmuw cempiondu.bunu Julios Vobayin sozunden anlamaliydiq biz.bele demishdi:neftcinin nece cempion olmagindan meni danishdirmayin,agzimi acdirmayin!ne sennen mewqci ne de rail melikov kimilerinden futbolcu olmaz.sizden yaxwi kamaz shoferi cixar.gedin azerinwaatdan iw isteyin belke size 11+1 kamaz ayirdi.
Aqsaelim gelmelidir hakimleri yene alib satsin Ala bunu rehberlik ozu edir de Aqa ya ne ehtiyac
Tahir ISTEFA!
Elchin,men bu yanashmani kechen defe gozleyirdim,indi fikirlerimiz uygun gelir.Gelin hamimiz el-ele verib,duzgun tenqid edek,inkishaf da duzgun tenqidden chixarilan neticeden sonra olur,Allah milletimize komek olsun,Qarabag derdi bashda olmaqla,butun derdlerimize chare tapaq ve bu yolda chalishaq Inshaallah!!!!
Elçin, növbəti gözəl yazıya görə sizə təşəkkür edirəm. Biz bir mühüm məsələni anlamağa çalışmalıyıq ki, "Neftçi" böyük dənizdə kiçik bir damladır. Orada kimlərinsə istefaya getməsi və ya zorla öz kreslosundan bərk-bərk yapışması heç nəyi dəyişməyəcək. Sabah onların yerinə başqa biri gələcək və hər şey yenidən başlayacaq. Gərək işə yanaşma dəyişsin, texniki heyətdən tutmuş ta rəhbərliyə qədər hamı öz işinə peşəkarcasına yanaşsın. Özü də təkcə "Neftçi"də yox! Əgər klub yalnız ölkə çempionu olmağı qarşısına məqsəd qoyub bundan bəzi insanların nüfuzunu artırmaq üçün PR kimi istifadə edirsə və Avropada çıxışa barmaqarası baxırsa, klubda heç zaman heç nə alınmayacaq. Necə ki, alınmadı. O halda bütün bu şounun mənası nə idi? "Neftçi" Avropada belə ləyaqətsizcəsinə biabır olmaq üçünmü çempion olmuşdu? Hakimləri buna görəmi əla almaqda suçlanırdı? Bax, bu sual adamı çox düşündürür.
Artıq Gürcüstan və Qazaxıstan klubları da Avropada bizdən yaxşı oynayırlar. Yığmalarında inkişaf klublara da sirayət edib. Yadıma rəhmətlik Ü.Hacıbəyovun fil felyetonu düşdü. Deyesen, biz fil düzəltmək istəyə-istəyə axırda siçana qane olacağıq...
Ne Tahir Suleymanov ne de Arif Asadov Neftciye xeyir vermir.cunki onlarin futbolda seristesi yoxdur,men neftcini ruhum qeder sevirdim.indi nifret edirem.Arifin yerine Agaselim Mircavadov gelmelidir.bu faktdir.rail melikov,mitreski,georgiyevski,mpenza,de silva bunlr getmelidir.sizin futbolunuza baxanda butun eseblerim pozuldu.ayib olsun size.
Tahir Suleymanov mahiyyetce avanturist insandi. Ne vaxta qeder ki, Neftcini bu insan idare edecek , o komandadan bir shey gozlemeye deymez. Ishcilere qazdigin quyuya indi ozun dushmusen, uzu sulu istefa ver. Ayibdi.