
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
"Volfsburq"un portuqaliyalı futbolçusu Rikardo Koştanın "Qalatasaray"a keçidi demək olar ki, həll olunmuşdu. İstanbul klubunun rəsmisi Haldun Üstünel Almaniyada futbolçunun meneceriylə danışıqlarda razılığa gəlmiş, 500 min avro ilkin ödnişlə "hə" cavabını almışdı.
"Volfsburq"la müqaviləsi mayın 31-də bitəcək Koştanın "Sarı-qırımızılı" heyət keçisi üçün sadəcə, rəsmi müqaviləyə imza qoyulmalıydı. Ancaq son anda futbolçu "Qalatasaray"a keçidindən imtina edib. Bu haqda məlumat verən Türkiyə agentliklərindən biri açıqlayıb ki, futbolçu İspaniyanın "Valensiya" klubundan gələn təklifi məxfi şəkildə analiz edib və "Qalatasaray"dan imtina etməli olub.
Buna səbəb kimi isə Koştanın meneceri bildirib ki, o, "Valensiya"dan daha uzunmüddətli müqavilə təklifi gəldiyi üçün oranı seçib.
Xatırladaq ki, Üstünelin futbolçunun meneceriylə danışıqlarda 2.5 illik müqavilə şərtiylə razılaşmışdı. Ancaq "Valensiya" daha 1 il artıq təklif edib və Koşta İspaniya klubunu seçib.