1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
ƏSGƏR ABDULLAYEV: NİYƏ BU ADDIMI ATDIQLARINI ANLAMADIM // "Onların hamısını geri qaytaracağam"
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
AZƏRBAYCAN HÖKUMƏTİ İDMAN YARIŞLARININ MALİYYƏLƏŞDİRİLMƏSİ QAYDALARI VƏ XƏRCLƏRİN NORMALARINI TƏSDİQ EDİB
AZƏRBAYCAN HÖKUMƏTİ İDMAN YARIŞLARININ MALİYYƏLƏŞDİRİLMƏSİ QAYDALARI VƏ XƏRCLƏRİN NORMALARINI TƏSDİQ EDİB
07.01.2010 12:20

Azərbaycan Nazirlər Kabineti "Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid Təqvim Planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nı təsdiq edib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib.

Dövlət büdcəsi vəsaitlərindən istifadə edən bütün təşkilatlara şamil edilən qaydalara əsasən, idman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən müvafiq kredit sərəncamçıları gələn il üçün keçiriləcək tədbirlərə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını 01.07.2010-cu il tarixinə qədər Maliyyə Nazirliyinə təqdim etməlidir. Ümumi hesablamalarda idman növləri üzrə keçiriləcək tədbirlərin iştirakçılarının sayı, tədbir günlərinin sayı, günlərin sayına görə adambaşına tələb olunan vəsait və tədbirin keçirilməsinə tələb olunan ümumi xərclərin məbləği öz əksini tapmalıdır.

Qaydalarda əksini tapmış digər müddəaya əsasən, respublika idman tədbirlərinin qaliblərinin xatirə prizləri ilə mükafatlandırılması şəxsi idman növlərində ən azı 4 idmançı olduqda, komanda idman növlərində isə 4 komanda olduqda həyata keçirilə bilər.

Ayrılmış vəsaitlərin məqsədli və effektiv istifadəsini təmin etmək üçün hər keçirilən idman tədbiri üzrə tədbiri keçirən təşkilat tərəfindən maddi məsul şəxs təyin olunmalıdır. Bu şəxs isə öz növbəsində, tədbir başa çatdıqdan sonra, 3 gün müddətində tədbiri keçirən təşkilatın mühasibatlığına tədbirin maliyyə hesabatlarını təqdim etməlidir. Maliyyə hesabatına idman tədbirinin baş hakiminin tədbirin nəticələri haqqında yazılı hesabatı da əlavə olunmalıdır.

72 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
1588 işarə 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika