1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
TANINMIŞLARIN AVROLİQA PROQNOZU VƏ ŞƏRHİ (SORĞU)
TANINMIŞLARIN AVROLİQA PROQNOZU VƏ ŞƏRHİ (SORĞU)
15.07.2011 17:26

İsa Qəmbər: "Neftçi"nin Zaqrebdə 3:0 uduzması çox pis oldu"

Aqil Abbas: "Xəzər Lənkəran"dan bir balaca incikliyim var, çünki..."

İddialara görə, Azərbaycan çempionatındakı pul dövriyyəsi MDB ölkələri arasında təkcə Rusiya və Ukraynadan geri qalır. Bu məntiqlə, klublarımız avroliqalarda yaxşı nəticələr qazanmalı idi. Ən azı, ötənilkinə nisbətən bu dəfə uğur gözlənilirdi. Ancaq deyilənlər və gözlənilənlər reallıqda elə deyil. Məsələn, qonşu Gürcüstan təmsilçiləri yenə bizim klublardan yaxşı nəticə göstərir.
"Neftçi" Çempionlar Liqasındakı ilk oyununda səfərdə Zaqreb "Dinamo"suna (3:0), nəhayət, uğur qazanacağına böyük ümidlər bəslənən "Xəzər Lənkəran" isə Tel-Əvivdə "Makkabi"yə 3:1 uduzublar. "Qarabağ" isə öz ampluasında - ilk mərhələdə Litva "Banqa"sını 7 cavabsız qolla keçib, amma ikincidə Farer adaları təmsilçisi "Streymur"la 1:1 oynayıb.
Yenə bütün ümidlər "Qarabağ"adı, yoxsa...
"FutbolPress" futbola baxan tanınmışların fikrini öyrəndi. Onsuz futbola aid adamlar danışa bilmir, mikrofonun istiqamətini dəyişmək lazım arabir...
Sitatdan kənar sualımız isə oyunları yayınlayan kanalların şərhçiliyi haqda idi.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, bu il komandalarımızdan daha yaxşı nəticə gözləyirdi:

"Bu il klublarımızdan ötənilkinə nisbətən, daha uğurlu nəticə gözləyirdim. Ancaq nəticələr bir qədər gözlənilməz oldu. Xüsusən, "Neftçi"nin Zaqrebdə 3:0 uduzması çox pis oldu. Düşünürəm ki, "Neftçi" kimi ənənələrə, yaxşı maddi imkanlara malik komanda yaxşı nəticə göstərməli idi. Hər halda, ümid edək ki, Bakıda daha yaxşı olacaq.
"Xəzər Lənkəran"ın oyununu izlədik. Deməzdim ki, rəqibindən zəifdi. Amma rəqib, İsrail komandası təxminən, bizim Qarabağ" kimi oyun sərgiləyir; kifayət qədər dinamik, paslaşma ilə. Sürətli oynayırlar və tez-tez təhlükəli vəziyyət yarada bilirlər. "Xəzər Lənkəran" cavab oyununa ciddi hazırlaşsa, uyğun nəticə qazana bilər. Əgər "Qarabağ"a qarşı yaxşı oynaya bilirlərsə, deməli, "Makkabi"ni də məğlub etmək olar.
"Qarabağ"ın oyununu təəssüf ki, tam izləyə bilmədik. Bəzi epizodlarına "Youtube"də baxmışam. Maraqlı oyun gedib. Doğrudan da, "Streymur" "Banqa" deyil. Kifayət qədər futbol oynamağı yaxşı bacarırlar və Bakıda da o rəqibə ciddi yanaşmaq lazımdı. Hesab edirəm ki, "Qarabağ" üçün əsl sınaq üçüncü mərhələdən başlayacaq.
O ki qaldı televiziya reportajları məsələsinə, "Space" "Neftçi"nin oyununu yayımlamağı boynuna alanda yaxşı mənada təəccüblənmişdik, sevinmişdik ki, oyun göstəriləcək. Amma təəssüf ki, çox bərbad bir vəziyyət yarandı. Arzulamazdım ki, gələcəkdə belə bir vəziyyət yaransın. Oyunun son 15 dəqiqəsini göstərdilər, onu da internetən. Əgər internetdən göstərəcəkdilərsə, elə bunu əvvəldən də etmək olardı. İnternetdən son 15 dəqiqəni göstərib, bunu "Space" rəhbərliyinin qəhrəmanlığıyla, hakimiyyətin futbola qayğısıyla təkrar-təkrar izah etmək heç bir çərçivəyə sığmır və heç xoşagələn deyildi.
ANS-in isə bir qədər ənənələri var. Hər halda, bu kanal futbolu boynuna götürəndə bir qayda olaraq, göstərir. Şərhçilərə gəldikdə, bir qədər səmimi ovqat yaratmaq istəyirlər, ancaq mənə elə gəlir ki, bəzən sərhəddi keçirlər. Hər halda futbol şərhçiliyi iki nəfər dostun öz evində oturub, birgə futbolu izləyib söhbət etməsi deyil, buna daha ciddi yanaşılmalıdı məncə."

Millət vəkili Adil Əliyev də yaxşı nəticə gözləyirmiş, pis alınıb:

"Mən hər üç komandamızdan uğur gözləyirdim. "Neftçi"nin Zaqrebdən heç-heçəylə qayıdacağını düşünürdüm. "Xəzər Lənkəran"ın ən pis halda minimal hesabla yeniləcəyini fikirləşirdim. "Qarabağ"ın oyununu da izləyirdim, düşünürdüm ki, ən az iki top fərqiylə udacaq. Ancaq təəssüflər olsun ki, bütün nəticələr bir qədər gözlənilməz oldu, heç bir proqnozum özünü doğrultmadı. Neyləmək olar, ümidlər ev oyunlarınadı. Görək öz meydanında neyləcəklər. "Xəzər Lənkəran"ın buraxdığı qollar heç nədən oldu. Kamran Ağayevə inanırdıq, çox təcrübəli qapıçıdı, gözləmirdim belə qollar buraxa. Bir də ki bu qollar Kamranın yox, birbaşa müdafiənin kobud səhvindən oldu. Qısası, "Qarabağ" və bir az "Xəzər Lənkəran"dan nəsə gözləmək olar.
"Neftçi"nin belə böyük fərqlə uduzması isə yəqin komanda oyununun yaxşı alınmamasından oldu. Arif Əsədov yaxşı məşqçidi, gəncdi, enerjilidi, ancaq nəticə heç ürəkaçan olmadı. Həm də Zaqrebdə azarkeş təzyiqi çox rol oynadı. Nə bilim, hər halda, uşaqlarla görüşəndən, söhbətləşəndən sonra mənə daha aydın olacaq məğlubiyyətin səbəbləri".

Əliyev TV futbol şərhçilərində təcrübəsizliyi və başqa ciddi problemlərin olduğunu dedi:

"Bizim televiziyalarda futbolun şərhi çox bəsit olur. Bu da təcrübəsizlikdəndi. Şərhçilər futbolu yaxşı bilmir və buna görə də yersiz ifadələr səslənir. Ümumiyyətlə, Azərbaycanda beynəlxalq oyunlardan əvvəl, gərək şərhçilər öz çempionatımız, Premyer Liqanın oyunlarını şərh eləməlidilər, yetişməlidilər, ondan sonra...
İndiki halda şərhçilər oyunu məhəllə söhbəti kimi şərh edirlər. Düzdü, mən bu sahəni dəqiq bilmirəm, ancaq bir tamaşaçı kimi xoş gəlmir adama. Məsələn, "Space"də "Neftçi"nin oyununu qeyd edək. Oyunun yayımının alınmaması bir yana, internet üzərindən görüntüləri TV-yə yayımladılar və bunu böyük bir şey kimi təqdim etdi şərhçilər. Belə olmaz".

Gənc aktivist Rəşadət Axundov da şərhçiliyin ciddi qüsurlarının bezdirici olduğunu dedi. Ancaq əvvəlcə proqnozları barədə:

"Xəzər Lənkəran"ın oyununa baxdım. Məncə, şansı yoxdu. Çünki "Makkabi" sürətli oynayır. Mən bu komandanı yaxşı tanımıram, amma görünür ki, burdakı oyun əks-hücum taktikasında quracaqlar. Onlarda bu, daha yaxşı alınır. Amma "Qarabağ", məncə, keçəcək. Oyuna baxa bilmədik. Ancaq Farer adalarının komandası "Qarabağ"dan zəif olar. Burdakı oyunda məncə, bzimkilər rahatlıqla keçər. "Neftçi"ni demək lazımdısa, deyək də...3:0-dan sonra "Neftçi"nin keçmək şansı necə olsun? Həm oyunu da pis idi. Mən özüm "Neftçi"yə azarkeşlik edirəm, ancaq "Xəzər Lənkəran"la "Qarabağ" ondan yaxşı komandadı, məncə.
"Xəzər"in məğlubiyyəti tam oyuna görə deyildi bəlkə də. Elə qollar buraxdılar ki... Birinci qol müdafiəçi Elnur Allahverdiyevin biabırçı səhvindən oldu. Elnurun Rail Məlikovla mübahisəsini oxumuşdum, o deyəsən, ancaq mübahisəni yaxşı bacarır, futbolu yox.
ANS də elə. Futbolu göstərməyi bacarır yalnız, şərh eləməyi yox. Onlar hələ o vaxt Çempionlar Liqasının oyunlarını verəndə, guya sərbəst idilər, ancaq şərhçiliyə baxırdın, biabırçılıq. Dünənki oyunda da İlqar Mikayıloğlu "ağ"ını çıxartdı, o birini heç bilmədim kimdi. Seymur Baycan demişkən, az qalmışdı İlqar "Sionistlər" bizə hücum etdilər" - desin. Belə şəhçi olar? Futboldan qabaq futbol şərhçiləri düzəlməlidi.

Bəs Rəşadətin istinad etdiyi Seymur Baycan nə düşünür? "FutbolPress"də futbol köşələri ilə çıxış edən tanınmış yazar hesab edir ki:

"Mən inanmıram Azərbaycanda kimsə sevinsin ki, azarkeşlik etmədiyi bir komandamız Avropa oyununda uduzdu. Yəqin bu fikrim səmimi qəbul olunar, biz o qədər qələbəyə həsrət qalmışıq ki, istənilən futbol azarkeşi təki qələbə olsun, sevinməyə, bayram etməyə canla-başla hazırdı. Bu heç, öz yerində. Oyunun belə şərhçiliyinə görə çox pis oldum. Yəni şərhçilər "yəhdudidilər" deyəndə həddən artıq kinayə hiss olunurdu. "Yəhudilər topu meydana daxil etdi", "İsrail övladları" künc zərbəsi yerinə yetirəcək..." kimi ifadələri eşidəndə elə bilirdim oyunu mollalar şərh edir. Bir o qaldı ki "sionistlər" sözünü işlətsinlər. Axırda da "Allah bizimlədir" deyəndə, nə bilim, bunu heç başa düşə bilmədim. Bu, şərhçilər üçün ciddi qüsurdu".

Millət vəkili, həmkarımız, "Qarabağ"ın fəxri prezidenti, futbol azarkeşi Aqil Abbasın da deyəcəkləri çoxları üçün maraqlı olar:

"Mən hər üç komandamıza inanıram. Çox inanıram. "Neftçi"nin, "Xəzər Lənkəran"ın uduzmağına baxmayın, mən arxayınam. "Xəzər Lənkəran" burda, evində əvəzini artıqlamasıyla çıxacaq, buna inanıram. "Neftçi" də ki heç, o bizim hamımızın üryindədi, biz "Neftçi"liyik. "Qarabağ" isə hamı düşünür ki, asan olacaq, xeyr, burdakı oyunda diqqətli olmaq lazımdı. Səfərdə gördüz ki, rəqib elə-belə komanda deyil. Elə buna görə də "Qarabağ" Avropa reytinqində vacib xallarını itirdi.
"Xəzər Lənkəran"dan bir balaca incikliyim var, çünki bu region komandasıdı, şəxsən mən onlardan qələbə gözləyirdim. Onların ən balaca uğuruna da sevinirəm. Onlar bilməlidi ki, üzərlərində böyük məsuliyyət var, çünki regionda futbol olmasa, heç bütün ölkədə olmaz. "Neftçi", dediyim kimi, hamımızın nostalgiyasıdı, "Qarabağ" da ki, bunların hamısında bir balaca çox istədiyim komandadı. Qalanlarını apar tulla. AZAL-mazal, nədi bu, kimə lazımdı. O gün baxıram televizorda, deyir, AZAL-ın UEFA-da adı "Olimpik-Şüvəlan" gedir, hələ dəyişilməyib. Şərh eləyən gah çaşıb AZAL deyir, gah "Olimpik-Şüvəlan". Ə, bunun bir adı olar da, yeddi adı olmaz ki. Olimpik nədi, bu nə addı? Məni bərk əsəbləşdirirdi o ad. Bu http://www.gunaz.tv/content/images/plugins/articles_v1/items/cat_1/large/aqil_abbas_3.jpgkomandanın adı nə AZAl olmalıdı, nə Olimpik, bunun adı Şüvəlan olmalıdı. Bunu dəfələrlə Rövnəq Abdullayev də deyib. Nə "İnter"?! Belə adda komanda olar, a kişi?! Bir komandanın ki heyətində 95 faizi əcnəbi ola, o mütləq məhvə məhkumdu. Mən belə komanda tanımıram, mən bizimkilərdən danışıram həmişə - "Qarabağ"dı, "Xəzər Lənkəran", "Neftçi". Səmimi deyirəm, üçünə də inanıram, yaxşı olacaq. Üçümüz də keçəcəyik, özü də çox gözəl keçəcəyik bu etapı. Amma sonrakı etap nədi, o asılıdı rəqiblərin düşməyindən".

Aqil bəy sitatdan kənar sualımıza belə cavab verdi: "Şərhçilik elə-belə şey deyil. Gərək işini yaxşı biləsən, sonra oturasan mikrofon arxasına. Yoxsa çıx efirdə ağzına nə gəlir danış, adını şərhçilik qoy - belə şey olmaz. Siz balacasız, bilməzsiz, bizim vaxtımızda şərhçilər olub ee.. Ozerov, Maslaçenko. Ondan çox belə ad saya bilərəm. Radioda şərhə qulaq asardıq, elə bilərdin stadiondasan, oyuna canlı baxırsan. Elə şərhçilik edərdilər. Elə bizimkilərdən Valid Sənani, Çingiz İsmayılovu deyim. Çox yaxşı futbol şərhi aparıblar. Ən axırıncısı Altay Əliyev idi. Bir də Elnur Əşrəfoğlu. Onlar danışa bilirdilər heç olmasa. Altayda şərhçilik xüsusiyyəti var idi. Bir az sürəti aşmağı yaxşı çıxmırdı, ancaq o da gedər... Bir dəfə yazılarımın birində buna bir anekdot da yazmışdım: Ağasəlim Mircavadov deyir, Altay bir az yavaş-yavaş danış, komanda sənin sürətinə çatdırmır. Hə, yaxşı şərhçi idi, indi yoxdu, uzaqlaşıb deyəsən.
Dünənki oyuna televizordan baxa bilməmişəm, yoxsa danışardım o haqda da. Ancaq ümumi onu deyə bilərəm ki, şərhçilərimiz yaxşı deyil. O biri var e, "İdman Azərbaycan"da, oyunu şərh eləyəndə elə bilirsən lay-lay çalır camaata. Şərhçilik ayrı bir incəsənətdi. Qoy onu da deyim, "Qarabağ"ın iki oyunun heç birini vermir kanallarımız. Nədi, yetim komandadı, ona görə? Baxıram "İdman Azərbaycan" İspaniya çempionatını göstərir, olmazdı "Qarabağ"ın oyunun göstərəsiz? Kanallarımıza ayıb olsun! Gözləyirlər ki, hansı klub onlara pul verəcək, oyununu göstərəcəklər. Bu problemi aradan qaldırmaq lazımdı, mütləq".

Elçin CƏLİLOV

465 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (2)
Xezer Lenkeran(Ramin) / 16.07.2011 13:44

Elcin salam  ve twk ediremmusahibe aldiginiz ucun..Inshallah kececekler merheleni  Xezer ucun cox narahatam  kaw kamran o topu tutardi elnur rahid bir balaca yaxwi oynasayidlar ella olardi hucumculari qiymetlendirmediler inshallah  butun klublarimiz  merlehe kececek ..Xezere tam destek olmaq ucun stadiona gedeceyem butun Xezer severleri  stadiona devet edirik  biletin qiymeti 2 azn  50 azn arasinda deyiwecek  sektorlardan aslidir  buna gorede butun Xezer severleri stadiona cagiriram gelin komnadaya destek olaq 2-0 hesabi ile qelebe calib novbeti merheleye kecsin.

Kend_Usagi / 15.07.2011 19:47

Bu Aqil Abbasa halaldirdaaaaaaaaaa......KISI ADAMSAN....

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika