1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Futbol Panorama
HƏƏ.. SADIQ SADIQOV BUNA LAYİQ İDİ? (YAZI)
HƏƏ.. SADIQ SADIQOV BUNA LAYİQ İDİ? (YAZI)
14.07.2011 02:02

Arifə bir işarə - 3:0 - yetər...

"Neftçi"nin biabırçı məğlubiyyətinə bloknot qeydləri:

- İl boyu "Sadıq müəllim sağ olsun" deyə-deyə birtəhər çempion olan "Neftçi"  sıfırla uduzmağı unutmaqda olan azarkeşin yadına saldı, başına gətirdi... Niyə oyunu Zaqrebdə böyük həyəcanla izləyən Sadıq müəllimi pərt elədiz, hörmətli Denis Silva, Emil Mpenza, Flavinyo..!! Vauu.. Rodriqinyo...!! (möhtəşəm transferlərdi...) Alessandro, Slavço, Mitreski, Nasimov... ay Rail Məlikov! Budu komandanız? Budu oyununuz? Ayaqlarınız əsir, ləpələnirsiz...

- Mövsüm boyu yazdıq - Arif Əsədovun futbol fəlsəfəsi qələbəyə hesablanmayıb. Asan olsun deyə, fikrimi kəmiyyət-keyfiyyət müqayisəsi kimi anlamağınızı təklif edirəm. Əsədov sürətli, atletik futbol oynayan rəqibə qarşı komandasını meydana 4-5-1 sxemi ilə çıxarır. İlahi, çempion komandamızın baş məşqçisi heç nəzəri səhvdən belə çəkinmir! Axı niyə Flavinyonu meydanın mərkəzində "mıxlamışdın", Əsədov?! Mpenzanın irəlidə tək qalıb, ona edilən kor-koranə uzun ötürmələrlə qol vuracağını zənn edirdin?

Heç futbol kitabı oxumusan, Əsədov? 4-5-1 bilirsənmi neçənci əsrdə qalıb?! Bu nə rəzil, qorxaq futbol idi? Niyə qol buraxandan sonra komandaya açılmağa icazə verdin? Olmazdımı əvvəldən öz oyununu oynayardılar? İlk qoldan sonra Mitreskini çıxarıb Cavid Hüseynovu meydana buraxmağının adı nədi? 4-6-1?
Nə gülməli məşqçisən? Heç olmasa, Flavinyoya Mpenzayla tandemə keçməyi tapşırmaq olmazdı? Axırda məcbur olub, özü qaçırdı hücuma, nəticə də göz önündə - xaos! Zaqrebdə fikirləşib-fikirləşib ortaya qoyduğunuz taktiki düzülüş bu idi? Komandanın olan-qalan keyfiyyətləri də basdırılmışdı bu sxemlə. Sadıq Sadıqov bir səxavətdi göstərdi, düzdü rəhbərin sədaqəti artıq ağ oldu, heç olmasa, sən bir şey fikirləş, Əsədov... Azərbaycan çempionu 3:0 uduza bilərdi bəlkə də; ancaq bu oyunla olmaz! "Dinamo"ya qarşı iki hücumçu və bir yaxşı pleymeyker lazım idi... O komandaya qarşı oynamaq olardı!
Harda idi müdafiən, orta xəttin? İlk qolda Rodriqinyonun səhvi? Yox, orada Denis Silva olmalı idi, amma o harada sülənirdi, anlada bilərsənmi? Niyə hücuma dəstək verməli olan Rodriqinyo rəqibin elə də kompakt təşkil olunmayan hücumu zamanı müdafiədə oynamalı idi ki, havayla ötürülən topa da belə nalayiq reaksiya versin. Deməli, hücum yaratmalı olan futbolçunun cəmi bir gedişdəcə müdafiyəyə gəlməyi əslində, onun meydanda "yoxa" çıxmağı ilə nəticələndi.

İkinci qol isə cinahlardan qurulan ardıcıl hücumların məntiqi nəticəsi... "Dinamo" cinahları mühasirəyə almışdı. Rail Məlikov isə topu ayağa alan kimi, qapıçıya ötürməkdən sanki həzz alırdı. Solda isə Alessandro cinahın müdafiə hissəsində, yoxsa rəqib düşərgəsində oynamalı olduğunu anlamaqda çətinlik çəkirdi. Çünki sizin sxeminiz bərbad idi. Penaltidən vurulan qol isə "Neftçi"nin ümumiyyətlə, intizamsız bir komanda olduğunun məntiqi göstəricisi kimi hesab edin. Təkcə Flavinyonun ikinci hissənin ortalarına qədər topla oynamaq əvəzinə, rəqiblə hər toxunuşda yıxılıb guya cərimə zərbəsi qazanması... yaxşı, bəs standart vəziyyətlərə niyə hazır deyildiz?
Əsədov, sizin futbolunuz "Neftçi"dən qovulan Vaqif Sadıqovun qoyduğu "modulun" bir parçasıdı - bunu küncdən zərbələrinizin birində göstərdiz.
Əsədov oyundan sonra açıqlamasında "Biz yaxşı oynadıq" - deyib! İşə baxın..!

Bütün bunlar Sadıq Sadıqovun səhvidi. Əgər klubu peşəkarlara tapşırdığını zənn edirsə, onda buyursun peşəkarların sərbəst işləməsinə şərait yaratsın. Yox, əgər Əsədov kimi məşqçini ikiəlli tutub saxlamaqla SÖZÜNÜ DEYƏCƏKSƏ, nəticələr belə olacaq. Bunu indi demirik, demişdik, yazmışdıq...
...İndi haqlı bir sual doğur: "Neftçi" yenə Azərbyacanın flaqmanıdı?

- Hələ hazırlıq toplanışında komandanın iki dəfə oyunun TV-dən yayımlanacağını xəbər versələr də, "Neftçi" buna nail olmamışdı. Guya "İdman Azərbaycan" oyunu yayınlayan kanaldan peyk siqnalını qəbul edə bilməmişdi. Bu dəfə isə biabırçılıq! Çempion komandanın Çempionlar Liqasında oyununu yayınlamalı olan "Space" matçı vebsəhifələrin birinə qoşulmaqla edib (Hansı ki bu yayımı "FutbolPress" də etdi). Şərhçilər isə "Beynəlxalq təşkilatlarla təcili əlaqəyə girib yayımı təmin etdik" - deyib, tamaşaçıyla məzələndi.
Niyə peşəkarlıqdan daha çox danışan "Neftçi"nin qeyri-peşəkarlıqla dolu xeybər işləri çıxmalıdı üzə? Teleyayımın "Space"yə həvalə olunmasından başlamadımı rüsvayçılıq, görəsən? "Space" ekranlara zorla çıxır, oyunu necə yayınlasın?

Can üstə olan "Flaqman" obrazının başına gələnlərin obrazlı xronikası var sanki: "sehrli güzgü" də niyəsə göstərmək istəmədi bu rəzilliyi. Ölkə futboluna qayğı-mayğı... Gürcüstan çempionu ÇL-də parlaq qələbə qazandı. Azərbaycan klublarının bata bilmədiyi Moldova təmsilçisi üzərində.

P.S. Mənə elə gəlir ki, Qurban Qurbanov amilinin xatırlatma məqamıdı - əgər "Neftçi", guya çox zəif rəqib olan və "Qarabağ"ın 7 cavabsız qolla keçdiyi "Banqa" ilə oynasaydı belə, yenə ya uduzacaqdı, ya da müdafiəyə oturub uduzmamağa çalışacaqdı... və yenə uyduzacaqdı. Məşqçilər arasındakı xarizma və stimluyasiya... Baxın, fərq budu. Tədricən fərqlər bilinməkdədi...

Elçin CƏLİLOV

687 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (28)
Etibardan Kromwelle / 22.07.2011 09:35

Qardasim senin dediklerinde boyuk heqiqet var ve seninle tamami ile raziyam ve fikirlerine derin hormetle yanasiram. duz deyirsen tehlil etmeden fikir soylemek dogru deyil. ama sence biz ister zeyif klub olsun istersede guclu klub. biz bu klublarin daxilini tehlil ede bilmerik en azindan ona goreki, onlarin daxilinde ne bas verir xeberimiz yoxdu. ancaq menimle razilashki, bunlarin bize demek olarki, hec bir aidiyyati yoxdu. bizi Azerbaycanimizi diger olkelerde layiqli temsil etmeleridiki, bunuda bacarmirlar. demeli sen men ve butun azarkesler haqli olaraq tenqid edirik, qinayiriq. sizce azarkesi maraqlandirmalidir ki, klub daxilinde kimse kimlese shexsi munasibeti pozulub ve bununda eziyyetini klub cekir, bu sebebden biz azarkeshleri uzmeye deyermi? gelek senin transfer meselene. baz ezizim yene men dediyime gelib cixir Xezer Lenkeran. inanin neftcininde aqibeti bele olacaq. dunen gece demek olarki klubda ele naraziliq yaranibki, bir hefte bundan qabaq aldiqlari oyuncular cixib gedir. senin dediyin sebeb vardiki, burda ligeonerler qalmir hamisi gedir, bax sebeb budur. klub daxili didishme. meni duz basa dus. menim birinci klubum Qarabagdi ikinci klubum Xezer Lenkerandi.

Vetenperver / 21.07.2011 19:52

Elnur Eshrefoglu  Neftcini  bir az sevirse istefa vermelidi. Sual ola biler niye? Futbol ictimaiyyeti ve jurnalistler arasinda bu adama boyuk nifret var. Ve bu shexse olan nirfret ister-istemez komandaya qarshi  yonelir. Buna yol vermemek ve Neftchini qorumaq uchun bu shexsin istefasi qacilmazdi.

Kromwellden Etibara / 21.07.2011 17:33

Böyuklərin bir sözu var "insan bilmədiyinə nifrət edər". Dogru tənqid etmək üçün səhih məlumat lazımdir. O da bizdə yoxdur. Yəqin bildiyimiz düşüncələri bəzən həqiqət kimi təklif edirik. Hər halda tez-tez futbolçu dəyişmək mən öz futbol azsavadlığımla mənfi hal kimi qiymətləndirirəm. Amma bu məcburiyyətdən doğursa bu başqa məsələ. Lənkəran periferiya hesab olunur. Ora gedən futbolçular nadir hallarda orada uzun müddüt qalmaq istəyir. Bu 1-ci səbəb. Azərbaycanda o qədər də çox səviyyəli yerli futbolçu olmadığı üçün seçim de çətinləşir. Nə varsa onun da təxminən 80%-i Qarabağda toplanıb. Bu zalımın balası Rednik hardan tapsin belə futbolçunu.Bu da 2-ci səbəb. Digər tərəfdən yerli futbolçu demək olar ki çox zəif templə yetişir bununla hara gedib çixmaq olar..........? 

Adil Guney / 21.07.2011 00:30

Vitse-prezidenti Tahir olanin , bashina kulum olar. Tahir ayibdi ISTEFA ver! Ozunu hamidan agilli hesab edirsen. Oz qulbecelerin Mubariz ve bashqalariyla oyun -oynayirsiz, amma futbol oyunu yox capib -talamaq oyunu. ISTEFA!

Pavel Kuka / 20.07.2011 19:55

Arif Esedova esq olsun. Neftchide islediyi muddetde Tahir Sulemanovdan cox sey oyrenib. Birce mesqciliyi bacarsa idi lap yaxshi olardi.

Etibardan Kromwelle / 20.07.2011 15:45

Qardasim sohbet Xezerden getmir bilirsen niye? cunki kisi kimi oynayirlar. Xezerdende cox alib satan inter, baki ve digerleri var. eslinde men duz saymiram bele sheyi. cunki iller kecdikce komanda oz budcesine tesir edir. hemde iller boyu oturusmus komandaya cevrile bilmir. beli yeri gelende Qarabagda cox iradlar tuturam. ancaq Qarabag elinden geleni edir, hal hazirda demek olarki butun komandalar arasinda en oturushmush komandadi. hemde Qurban muellim agilli davranaraq calishirki, komandanin budcesine cox ziyan vurmasin ki, yeri gelende ligioner almaq ucunde dili olsun. shexsen men o biri meshqcilerin yerine olsam artiq uzum gelmez rehberliye deyim ki, gel bunlari qovaq basqalarini alaq. hemde basa duse bilmirem axi rehberlik niye nezareti atlinda saxlayib bir defede olsun sorushmurki, bunlari niye almishdin, niyede geri gonderirsen? eslinde mence en dogrusu ele ligeoner almaq lazimdir ki, verdiyin pulun faydasini goresen ve budcene xeyir gelsin. kimse menim sozlerimden incimesin. butun klublarimizin noqsani var. ele bu noqsanlar sebebinden olkemizin adi lixtnshteyn, andorra ve bu kimi olkelerin siyahisinda cekilir. mende isteyirem ve inaniram ki, INSHAALLAH HEM KLUBLARIMIZ HEMDE OLKEMIZ NECEKI BUTUN IDMAN NOVLERINDE UGUR QAZANIRIQ, ELEDE FUTBOLUMUZDA UGUR QAZANACIYIQ.

Kromwellden Etibara / 20.07.2011 11:12

Etibar sonunda sen de "qabig" verdin. Molla Nesreddin demishken - dava yorgan davasi imish ki,.. Sonda toplarin lulesini yoneltdiniz Xezer Lenkerana teref. Eybi yox onsuz da biz oyeshmishik.

BiyabIrcILig / 20.07.2011 01:39

Valah Adam Sopz TapmIr Neyi Disin Ne QalsIn Sadece Bunun AxIrI Bele OlmalIydI Cunki Yerdeki Bezi Serefsizder Ozderin Goydeki Allah Kimi ApardIlar ANAR SALMANOV.XAQANI MEMEDOV.EFQAN HEMZEYEV+AFFA Rehberleri Bax Bu Gunu Fikleweydiz Ki Goyde Allah Var Bu kayinatI Bizi O YaradIb Her Weyi Gorur Gec Eliyir Guc eliyir Buda Axiri.Neftcinin 100 liy Tarixin Avropada Ayag Altina Atdiz Siz Xaqani memedov Efqan Herzeyev Anar Salmanov Ve AFFA Rehberleri Zorla AlcagLigla Onun Bunun Haqin Yimeynen Cepiyonugun Axiri Bele Olur ALLAHIZIN BasIZ Uzerinde OlmagIn Hec Vaxt Yadan CIxatmayIn Ovladariza Aylize Yazuguz Gelsin O DunyavIzI Fikilesin Qoy Sabah Qebrizin YanInan Kecen HansIsa Insan Goruza Soymesin.QaldIkI Arife Esedova Diyir Getmey Zeyifciliydi Amma 3 Nol Uduzub Gelib BakIda 0.0 Elemek Azerkesderin Esebiynen Oynamaq YaxsIdI He Arif Esedov Sizin Serefiz Leyaqetiz Azca Meniyiz OlsaydI Siz Bu Şüarda Sora Getmeliydiz "REDD OL ARIF ISTEYFA" Didiylerim Sizde Yoxdu Cunki Siz Xalqin Pulun Yimeyden Azerkesderin esebleriynen Oynamagdan Zovq Hez Alusuz.Halal OLsun Nazim Suleymanova UduzduVe Kisi Kimi Didiyin Edib Isteyfa VErdi.Ar Olsun Size UtanIn Yere Girin.

Etibardan Bayraqdara / 19.07.2011 17:48

Amin qardas. ama biz oyuncu almamaqdan deyil, oyuncuya dunyanin pulunu verib alti ay oynadib (eslinde verdikleri pulun yarsini bele oynaya bilmirler) yola salirlar. sohbet bundan gedirki, niye axi ilde iki defe butun komanda deyishmelidi? neticeside goz qabagindadi.

bayraqdar-37 / 19.07.2011 11:15

Men yazini yaxshi oxumusham,yuxarida dediklerime uygun 1-2 cumle gordum,qalani yersiz ittihamlar,fikirler.Choxlari "Neftchi"ni oyunchu almamaqda gunahlandirir,bes "Qarabag"a bu iradi niye tutmursuz,halbuki, "Neftchi"nin heyeti hazirki "Qarabag"dan gucludur.X-L guclenmek baximindan ishler gorub,amma bu sayda oyunchu deyishikliyi tehlukeli idi ki,bunun neticesini 1-ci oyunda gorduk.Sadece  1 qeder dozub 3 komandani paralel shekilde analiz edib,fikir bildirmek lazim idi,bele daha edaletli olardi,gelin obyektiv olub,Azerbaycanimiz ugruna butun komandalarimiza destek olaq.Allah oz boyukluyu ve birliyi xatirine "Neftchi" bashda olmaqla,her 3 klubumuza komek olsun,amin!!!!

Futbolda Adelet / 18.07.2011 17:09

Neftchi, "Qarabağ" "Brügge"yə uduzsa, oturub bayram edərsən. Özün kimi 5-10 nəfəri də yığıb eyş-işrət məclisi qurub kef edərsiniz ki, "Qarabağ" uduzdu. Sən bununla milli qürur və heysiyyatının nə səviyyədə olduğunu nümayiş etdirirsən. "Qarabağ" son 3 ildə Azərbaycan reytinqinə "Neftçi"nin və onunla birlikdə bütün digər komandaların verə bilmədiyi xallar qazandırıb. Məgər bu xallar sənin ölkənin UEFA-da reytinq mövqeyinin yaxşılaşmasına xidmət etmir? Bəlkə, Azərbaycan sənin ölkən deyil?

Burada "Neftçi" haqqında heç kəs təhqir demir, sadəcə tənqid yazır. Özü də bunlar hamısı ədalətli tənqidlərdir. Biz hamımız "Neftçi"nin ÇL-nin qrup mərhələsinə düşməsini istəyirik çünki bu bizim komandadır və vətənimiz Azərbaycanı təmsil edir. Biz sənin kimi bu "Neftçi"dir, o "Qarabağ"dır demirik. Amma sizlər kor tutuğundan buraxmayan kimi elə hey "Neftçi"ni müdafiə edirsiniz. Ədalətli olun və hadisələrə açıq gözlə baxın. 

O ki, qaldı "Qarabağ"da oynayanların keçmişdə "Neftçi" klubunda oynamalarına, bu bir daha sizin klubun burnundan uzağı görmədiyini göstərir. Yaxşı oyunçulardısa, niyə onları saxlamırdı? Bu barədə öz klubunu sorğu-sual etmisən?

Etibardan Neftcisevere / 18.07.2011 14:45

Sen menim Qarabagli oldugumu bildinse ve Azerbaycanli olmagima shubhen varsa, demeli ele senin kimiler Qarabagimizi Azerbaycanimizdan ayirib. yeqinki cavansan. basa dusurem bu defe kecirem ama gelen defe calish bele sehve yol verme.

Etibar Qarabagli / 18.07.2011 09:27

Eziz neftci severler ve neftcini terifleyenler. Men sezon baslayanda demishdim ki, neftci cempion olacaq. ama cempionat boy neftcini hakimler, affa ve pfl numayendeleri ele veziyyete qoyduki, men shexsen sozun esil menasinda neftciye nifretim oyandi. onsuzda affaya,HK-ne ve pfl-e nifretim varidi. ))))))))))) siz ise helede neftcinin terefindesiz. beli men demirem ki, Qarabag hamidan yaxshi oynayir xeyir ele deyil. ancaq bu iki ilde bir xal bele qazandirmayib neftci. he deye bilersizki, guya xezer ve ya digerleri qazandirib? xeyir qazandirmayib ama kisi kimi oynayib ikinci yeri tutdular. onsuzda neftci bu heyetle cempion olacaqdi ama basa duse bilmirem ki, niye axi neftci icaze verdi her kesin gozunden salsinlar onu? ALLAHA AND OLSUN KI, BU ILE KIMI HEMISHE NEFTCINI TERIFLEMISHEM HER YERDE ama bu il her sheye son qoyduz ay neftci. ama yenede ugurlar arzulayiram. her  halda yegane oyun olacaq ki, men zaqrebe yox neftciye azarkeslik edecem. cox guman ki, bu il axirinci oyun olacaq ki, neftciye azarkeslik edecem sabah. sizse ay azarkeshler ))))))))))) ses salin ve qoymayin komandanizi bu qeder gozden salsinlar. ))))))) ay neftci ay neftci ))))))) vaxtlarin var idieee......

NEFTCISEVER / 17.07.2011 12:00

etibar Qarabagli, senin Qarabagli oldugunu bildik. Amma Azerbaycanli oldugun yaznla adamda subhe dogurur. Etibar senin simanda butun Anti Neftci yazanlara derin sekilde nifret edirem. Sen nifrete layiqsen,ay ermeni xisletli nankor,Ay bedbext qara urekli mexluq. Senin umumiyyetle varligina nifret edirem. Sen milyonlarla insani murdar yazinla esebilesdirirsen. Neftcinin meglubiyyetinden ehd almagin tepene duser Insallah! Niyyetin tepene dushsun!!!!!!!!!!! ALLAH BELANI VERSIN !!!!!!!!!!!!!!!!!!!!!

P.S.  Bu da menim shexsi fikirlerimdi. Kiminse murdar, adami esebilesdiren sherhini, sizin tebirinizce desek, shexsi fikirlerini yayinlayirsizsa, bunu da edaletli olub yayinlayin

Neftchi / 16.07.2011 21:05

ne olub Neftchi sizin dushmeninizdi beyem?bele danishirsiz ele bil diger komandalar ugurlu chixish edib,xezer guya yaxshi oynadi?qarabagi terifleyenler baxin gorun kimi uda bilmedi qarabag,farer adalari ister yigmasi ister klublari hemishe avropada qapazailti olublar,hele bu harasidi?irelide Brugge var,bax bu heqiqeten guclu komandadir,gorerik sizin 'barselona' nece oynayacaq,rusenborq,vislani gozumuze soxmayin,rusenborq evvelki seviyyede olsaydi qarabag darmadagin olacaqdi nece ki, borussiya darmadagin eledi qarabagi,bu barede niye hechne demirsiz?birde yaddan chixatmayin qarabagda oynayanlarin bir nechesi Neftchinin kechmish oyunchusudur!

Futbolda Adelet / 15.07.2011 12:39

Əzizlərim, bilirsiniz bizim problemimiz nədir? Həmişə özümüzə bir lider, bayraqdar, nə bilim daha nə axtarırıq. Siz heç görmüsünüz ki, İspaniyada "Real" ilə "Barselona" "kim flaqmandı" (bizim dildə, yəni hansımız "bomba" klubuq) deyə bir-biri ilə mübahisə etsinlər? Ya eşitmisiniz ki, Aleks Ferqüsson çıxıb desin ki, "MY" bu il Avropada İngiltərənin nüfuzunu qaldırdı, "Çelsi" isə onu bərbad hala saldı? Biz bu "flaqmançılıq" azarından qurtulmadıqca, futbolumuz kimi başımız da aşağı olacaq. Sadəcə, başımızı yaxşı mənada aşağı salıb futbolun inkişafı ilə məşğul olmalıyıq.

Gəlin çəkinmədən etiraf edək ki, bizim hələ Avropada işimiz yoxdu. Nə idmanda, nə də başqa sahələrdə. Dünən "Makkabi" ilə oyun bunu bariz şəkildə nümayiş etdirdi. Futbolu elə oynayarlar. Top heç mərkəzdə ləngimirdi, dərhal irəli dəqiq ötürmələr, cinahlardan sürətli keçidlər. Bəs "XL" nə edirdi? Topla ləng davranış, ünvansız uzun ötürmələr, orta xətt və cinahlar Allah bilir harada idi, pressinqdən istifadə olunmur, rəqibə cərimə meydançasına rahat yaxınlaşmağa imkan verilir. Yəni, "Dinamo"-"Neftçi" oyununun daha abırlı forması. Yaxşı ki, heç olmasa bir qol vura bildik, yoxsa lap biabırçılıq olardı. Belə oyuna yalnız "OMİK", "Muğan" kimi komandaları udmaq olar.

Müəyyən dərəcədə Bayraqdarla razıyam. Əgər "Neftçi" tənqid olunursa, "XL" də azı bir o qədər tənqidə məruz qalmalıdır. Əlbəttə, ümumilikdə "XL"-in düşərgəsində yeni futbolçuların olduğunu bəhanə gətirib demək olar ki, oyunçular uyğunlaşmamışdı bir-birinə. Amma yenə zəif bəhanədir. Necə deyərlər, nəticə göz qabağındadır.

Nəhayət, baxın "Qarabağ"a. Onları tərifləmək istəmirəm, amma kişi kimi oynayırlar. Komandada heç olmasa qələbə ruhu var. Uşaqların da gözləri yanır. Onların haqqını itirmək olmaz. Sağ və sol ayaqları başqa klubların başına (yenə yaxşı mənada)...

Sonda, gəlin ədalətli olaq...

Elçin Cəlilov / 15.07.2011 11:56

"Bayraqdar-37", səmimi deyin, yazını oxumusuz? Hər dəfə qərəzli olduğumu yazırsız, "futboldan, taktiki səhvlərdən yazın" - deyirsiz. :) Yazını oxuyun...
Hörmətlə.!

Kromwell / 15.07.2011 11:16

Bayraqdar-37 sherhini oxudum Migel De Servantesin "Don Kixot" eseri yadima dushdu. Don Kixot dede-babalarin gudretini qaytarmaq uchun yaraq elbise geyinib yola chixir. Sonu da bellidir.... Ay bayraqdar-37 sen de Don Kixot kimi ozuvu daga-dasha vurub Neftchini bayraqdar kimi sirimaq isteyirsen. Boshuna ozuvu yorma. Senin xeyallarinla realliq ust-uste dushmur. Artiq insanlar Nefchini flaqman kimi qebul etmek istemir.

Kromwell / 15.07.2011 09:51

Bu Elnur Eshrefoglu danishanda nedense Celil Memmedquluzadenin "Zirrama" hekayesi yadima dishur. Maraqlidi.... Neyse, ALLAH sene rehmet elesin Mirze Celil!

bayraqdar-37 / 15.07.2011 09:45

Haminiz susun artiq!!! Dunen sevimli komandalarinizin oyununu gorduk!!! Elchin sen chox qerezli adamsan,hemishe "NEFTCHI"ye qarshi olmusan,digerleride tutuqushu kimi senin dediklerini tekrar edir. Beli "NEFTCHI" flaqmandir,sizin isteyinizden asili olmayaraq! Zeif reqiblerin qabaginda xoruzlanmaqla deyil,cuceni payizda sayarlar! Oyunu duzgun analiz edib tenqid yazsaydiz,sehvleri (meshqchinin taktiki , evezetme ve s. sehvleri) gosterseydiz bu bashqa mesele, size minnetdar olardim. Allah her kese ureyine gore versin,amin!!!!!

Ilqar 525 / 14.07.2011 21:30

Mence bashliq bele de olardi. Arife bir ishare Neftciye 3 shapalaq

Ilqar 525 / 14.07.2011 21:28

Qardash men sene Qarabagin Banqa ile oyunundan evvel demishdim. Bashqa klubumuz bu komanda ile dushse idi uzagi seferden hec-hece ile qayidacaqdi. Sonra da deyecekdiler seferden serfeli netice ile donmushuk. Azarkeshlere muraciet olunacaqdi. Gelin bizi destekleyin. Mediada deyecekdiler - qelebeye beraber hec-hece. Daha neler daha neler.

Seni inandirim ki Qarabag Dinamo ile dushseydi bele biabirciliq olmazdi.

Pessimist olmaq istemirem. Mence Xezeri de Neftcinin aqibeti gozleyir.

Elcin gasanov / 14.07.2011 18:06

Dünənki oyuna İnternet tv vasitəsi ilə baxdım.Neftçinin hansı taktiki düzülüş ilə meydana çıxmasını anlamadım.Hamı yığılıb arxaya,yarımmüdafiə yox,Mpenza tək irəlidə.Bu Arifin futbol anlayışının bariz nümunəsidir.Arif deyir ki,birinci qolda ofsayd vardı.Harada idi ofsayd?Bununla özüünü biyabır edirsən axı ay Arif.... İkinci qol Rail və Alessandronun səhvindən vuruldu.Üçüncüdə isə təmiz 11 metrlik var idi.Rodriginyo,Flavinyo,Rəşad heç meydanda görünmürdüllər.Bir sözlə Əfqan,Anar,Elçin,Xəqani və Ramin Musayevin əməyi sayəsində Neftçi biyabır oldu.Nə qədər ki,bu komandada Tahir Suleymanov və Elnur Əşrəfoğlu var Neftçi uğur qazana bilməyəcək.Bunlarla bu komanda heç vaxt peşəkar olmayacaq.İnsan əvvəl gərək özü peşəkar olsun ki,özü də işinə peşəkarcasına yaxınlaşsın.

kerim / 14.07.2011 13:23

neftci flagman deyil basga seydir. men deyerdim nedir amma inanmiram onu buraxasiniz hele sovet dovrunde de bizim basimizi hemise asagi edib vecni gaz olub arif esedov sende fogts kimi sirtiglasma istefa ver

Ziya Xezerli / 14.07.2011 11:19

Salam olsun her kese.beli Etibar qaqas hamisi duzdu.men hemise demisem,indi de deyirem HAKİM,DAYDAY,AFtaFA hesbina gelen cempionluq bunnan artiq olmaz.eyer kisi düzgün cempionat getsəydi ya Qarabag, ya da Xezer cempion olardi.nece gun idi bütün metbuat, TV, qəzetlər nefciden danisirdi.ne oldu???????bax siz busuz.omru boyu bele olduz.bele de gedessiz.duzdu bilmek olmaz Xezer,Qarabag bu gun neyneyecek.ama inaniram ki yenilseler bele kisi kimi oynuyub yenilerler.AMA HER 2SİNE DE UGURLAR.BİZİ SEVİDİRSEZ SİZ SEVİNDİRERSİZ.

vasif / 14.07.2011 11:08

Neftchinin futbol oynamagi bir yana, amma bu Elnur Eshrefoglunun futbol sherhinden hec olmaz. 90 deqiqenin 45 -ni yeni mudriyyetini teriflemekle kecirdi. Ay  Spece tv  bele qehramabnliq gosterdi, filan. AYIBDI bu qederde  >>> olmaz axi, size xalq baxir. Utanin

Futbolda Adelet / 14.07.2011 10:28

Çox maraqlı məqalə, əsası da həqiqəti ədalətli şəkildə yazdığınız üçün Sizə təşəkkür edirəm Elçin bəy!

İcazənizlə həm sizinlə, həm də oxucularla bəzi müşahidələrimi bölüşüm:

Əvvəla, "Neftçi"nin "Dinamo"ya uduzacağını boşboğaz və qeyri-peşəkar insanlardan başqa hamı yəqin bilirdi. Bilirsiniz niyə? Çünki bu klub Avropada oynaya bilməz. Bunun da səbəbi çox sadədir: Avropada oynamaq üçün öz ölkəndə həqiqətən də ən güclü olmalısan. Yəni, çempionatı ədalətlə udmalısan, Əfqanla, Anarla, nə bilim daha kimləsə yox...

İndi qayıdaq oyuna. Daha doğrusu oyun ətrafında baş verənlərə. "Neftçi"nin PR-şiklərinin günlərdir oyun ətrafında yaratdığı "biz qələbə üçün getmişik", "sərfəli nəticə ilə dönəcəyik", "rəqibdən çəkinmirik" və s. kimi mənasız sözlərinə meydanda son qoyuldu. Hələ püşkatma nəticəsində "Neftçi"yə rəqib olduğunu öyrənən "Dinamo" rəhbərliyi haqqında "Neftçi" PR-şiklərinin dediyi gülünc sözləri belə demirəm: "Xorvatlar komandamıza rəqib olduğuna görə narahat olublar". Siz narahat olmayın. Onsuz da onlar bilirdilər ki, "Neftçi" faydasız braziliyalıların və tapşırılan "qaquliklərin" komandasıdır və öz-özlüyündə ciddi bir təhlükə yaratmır.

Taktiki sxem haqqında çox dolğun yazdınız, sadəcə onu əlavə etmək istəyirəm ki, ifaçılar bu sxemə uyğun deyillər. Hücumameylli sambaçılarla 4-5-1 sistemi necə oynanır? Bu sxemlə oynayacaqsansa, başqa oyunçuları oynat. Nə isə, amma məni həqiqətən bir məsələ qaranlıq qalır? Siz 1-ci hissənin sonunda - 44-45-ci dəqiqələrdə dəyişiklik edən "ağıllı" baş məşqçı görmüsünüz? Gözmüsünüzsə, kontaktlarını mənə deyin, onu nadir tapıntılar kitabına daxil edək...

Əslində, "Dinamo" bəlkə də son 10 ilin ən zəif dövrünü yaşıyır. 4 il əvvəl XL "Dinamo"nu az qala udacaqdı. Özü də həmin "Dinamo" indikindən 10 dəfə güclü idi. Amma, bu fürsəti qaçırdıq.

İndi növbəti milli çempionat başlayacaq. Yenə "Neftçi" eyni heyətlə, eyni metodlardan istifadə edərək çempion olacaq. Yenə ÇL-nin qrup mərhələsində hansısa "Dinamo" klubuna məğlub olaraq ilk mərhələdəcə yarışdan çıxacaq. Yenə də A. Əsədov deyəcək ki, "0:5 heasbına baxmayaraq yaxşı oynadıq, amma 2 qolu ofsayddan vurdular, digər 3 qolda isə penati yox idi".

100 illiyin mübarək, Azərbaycan futbolu...

Etibar Qarabagli / 14.07.2011 09:42

Elcin qelemine quzu kesim. Sen olmasan bunlari yazanlar cox  azdi. ALLAH ici hakimler qarisiq bunlarin aglina biraz duz sepsin. bele biyabirciliq olmazdi ki, oldu. BIZIM kicik, hormeti olmayan ve artiq coxlarinin coxdan gozunden dushen minicik flaqmanciq. OLUN YERE GIRIN BEDBEXTLER! Haram olsun Sadiq Sadiqovun emeyi size. Her shey haram olsun size. bir xal bele AZERBAYCAN ucun Baki klublari qazandira bilmirler nece illerdi. ay bedbext flashman. beli size ancaq flashman yarashir. siz ancaq show gostermek ucun hakimlere yalvardiz. bizi biyabir etmek ucunmu hakimler sizi cempion eledi. ALLAH SIZI CEMPION ETMEK UCUN CALISHANLARIN BELASINI VERSIN AMIN! bizi biyabir etmeyin daha. siz hetta ikinci divizyondada oynamaga layiq deyilsiz. bunu hemishe yazmisham ve her yerdede demishem indide deyirem buyurun indi AZERBAYCANLI satqin hakimler yoxduki, oynayin eger bacarirsizsa. nifret edirem size neftci. kici, ölmüş ve nifrete layiq olan neftci!

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika