
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Son günlərin iki mövzusu gündəmi zəbt edib - Nazim Süleymanovun istefası və "Neftçi"nin transfer bazarındakı susqunluğu. Bu haqda köşələr sıralanır.
Süleymanovun istefası haqda artıq 4 yazı oxumuşam. Hamısında mövzu bir kənara, giriş-çıxış da eyni şey... Sanki bu istefanın içindən nəsə maraqlı bir şey çıxarmağa gücənirlər, ortaya isə başqa məhsul çıxır.
Süleymanov hələ ötən mövsümün ikinci dövrəsindən Vaqif Qasımovla aralarındakı didişmədən sonra özünü AZAL-da hiss eləmirdi. Onun hər oyunsonrası mətbuat konfranslarında, açıqlamalarındakı biganəlik aşkar etmişdi ki, Nazim bəy bu klubdan gedəcək. Bundan başqa, ona Rusiya klublarından birindən konkret təklif gəlmişdi və bu haqda "FutbolPress" təxminən üç ay əvvəl informasiya vermişdi. O isə mövsümün sonunu gözləməyi lazım bilmişdi. Mövsüm bitib, Nazim bəy getməli idi. Ancaq mənəvi amillərlə təsir edib, saxlamağa nail olmuşdular. Əmin ola bilərsiz, AZAL-ın Avropa Liqasında uduzduğu istənilən mərhələdən sonra Süleymanov gedəcəkdi. Yalnız qrup mərhələsinə düşəcəyi halda nə baş verəcəkdi, onu dəqiq deyə bilmərik. Yəni Vaqif Qasımov kimi futbolu bazarla səhv salan bir rəhbərin əlinin altında işləmək Nazim bəyə xüsusi bir zülm idi...
"Neftçi"ni transferlər etməməkdə suçlayanlar da çoxluq təşkil edir. Yenə hər şey bənzər, monoton iradlardan ibarətdi. Ən maksimum irad isə təxminən belədi: klubun seleksiyaçısı Bəxtiyar Musayev Braziliyaya getmişdi, niyə 15 gündə futbolçu tapa bilmədi və s.
Bilirsiz, klubun azı iki superstransfer edəcəyi vədini yerinə yetirə bilmədiyini irad tutacaqsızsa, bu aqrumentdi və yerinə oturan tənqiddi. Ancaq məsələn, Musayevi Braziliyada futbolçusuz qayıtdığına görə dar ağacından asmaq missiyanızı anlamaqda çətinlik çəkənlər haqlıdı. Əgər adam oradan mütləq halda oyunçu gətirəcəkdisə, onda niyə əziyyət çəkib bu qədər yol qət etməli idi ki? Məntiqlə onda oyunçunun kimliyi əvvəlcədən məlum olmalı idi, onun bura gəlməsi üçün elçilər kimi qarşısına getməyə ehtiyac da qalmazdı. Hazırca dəvət göndərməklə də bura gətirmək olardı. Musayev isə müşahidə üçün getdiyini deyir. Məgər hər müşahidənin sonu məhsuldar bitir?
Tənqid edəndə mövzunu iki istiqamətdə araşdırmaq lazımdı. Hər arqumentin əksini də mütləq düşünmək, sonra qeyd etmək. Bəxtiyar Musayev, Arif Əsədov, Tahir Süleymanov üçlüyünün transfer işlərini inhisara aldığını, başqa heç kəsə "Neftçi"nin transfer işlərinə yaxın buraxmamasını sanki incik şəkildə qeyd edən yazarlar nə düşünürlər? İnanılmazdı, siz nədən inciyirsiz? Bu nə cür yanaşmadı?! Mənə elə gəldi, sizin özünüzü yaxın buraxmayıblar və belə yanğılı iradlar tutursuz. Əlbəttə, elə çıxıb yazdığınız. İnanmırsızsa, eyforeyadan çıxıb bir də oxuyun yazdığınızı. Başqa cür qiymət vermək olmur mövqeyinizə. Bu üçlüyün transfer işini lokal dairəyə salması niyə məhz sizi bu qədər incidir? Yoxsa "Neftçi"nin bundan əvvəlki "qarğa bazarı" transfer meydançası sizi qane edirdi... Ona görəmi o vaxt bu cür tənqidlərinizi görmürdük. Pardon, tənqid yox, şikayət məktubları... inciklik namələri...
Mənim bu mövzuya belə yanaşmamın bir səbəbi var: oxucunu yalnış istiqamətə yönəltmək olmaz. O, əslində tənqidin nə olduğunu bilməlidi. Tənqid adıyla sırınan məqsədyönlü yazıların isə həmişə eyni ünvanlardan gəldiyini də xatırlatmalıyam. Məlumdu çox şey, eləmi...
Elvin Məmmədovun "Neftçi"yə keçidinin baş tutmamasına görə yuxarıda qeyd etdiyim üçlüyü təqsirkar bilirlər. Dostum, Məmmədov məgər supertransferdi? Yoxsa siz "Neftçi"nin ehtiyat skamyasının qeydinə qalırsız... Bəli, belə çıxır ki, Elvini transfer etmədiyinə görə klubu tənqid edirsizsə, onda burda söhbət klubun əsas heyətindən yox, ehtiyat skamyasından gedir. Çünki səhv eləmirəmsə, Məmmədovun ampluası qismində "Neftçi"də kifayət qədər daha səviyyəli oyunçular var. Elə İmamverdiyev və Hüseynov Cavidləri də Elvindən daha dinamik oyunçu olduğunu iddia edəcək qədər qətidi fikrim.
"Neftçi"nin pleymeyker almalı olduğunu yazanlar haqlıdı, ancaq hücumçu çatışmazlığını qeyd etməmək haqlı olan məqamı da kölgəyə salır. Bu komandanın orta xəttində ciddi problemlər yoxdu. Onlar hətta hücuma qatıla biləcək qədər faydalı oyunçulardı. Hətta Flavinyonun pleymeyker funksiyasını əla yerinə yetirə bildiyini xatırlamağa dəyər. Hərçənd "sambaçı" özünü hücuma qaçmaqla daha rahat hiss edir, ancaq belə məqamlarda Georgiyevskinin pleymeykerlik funksiyasını necə səhih yerinə yetirdiyini görməmisizmi?
Pleymeyker yox, "Neftçi"yə əslində sol cinaha müdafiəyə meylli və bir də sərrast, atletik keyfiyyətləri olan hücumçu lazım idi. Lazım olanı edə bilməmək isə ayrı məsələdi. Klub rəsmiləri dəfələrlə açıqlamalarında bildirdilər ki, onların nəzərində olan futbolçuların qiyməti çox bahadı. Bahalı oyunçunu da Azərbaycana gətirəndə müzakirə mövzusu yox, dedi-qodu obyekti olur. Mpenzanı aldılar... Bəsdi bahalı oyunçu. Bura yalnız belə bahalılar gələr hələ ki... Onsuz Azərbaycan reallığında bahalı oyunçu keyfiyyətlə mütənasib deyil.
"Neftçi"nin 3 gün sonra "Dinamo" ilə səfər matçını isə ümidsiz gözləməyə dəyməz. Əgər komandada psixoloji aura yerindədisə və rəqibə qarşı ağıllı taktika qurulubsa, mərhələni adlamaq realdı. Biz Arif Əsədovun komandanı müdafiəyə oturdanda keçilməz olduğunu, ən pis halda minimal hesabla uduzduğunu bir mövsüm boyu görmüşük. Onsuz Əsədovdan Zaqrebdə açıq futbolu gözləməyə də dəyməz. Görək sabit qalan heyət çox sevdiyi rəhbərini sevindirə biləcəkmi? Sadıq Sadıqov əsl çempionluğun Avropada göstəmək lazım olduğunu bildirmişdi açıqlamalarının birində...
Asəf ZEYNALOV
Qerib qardaw men lenkaranli deyilem Azerbaycanliyam ozum de TURAN azrkewiyem TURAN bawa duwursen TU RAAAAN. seni bawa duwurem azarkew oz komandasini sevmelidi her nece olsa da ana oz ogru ve ya sikest balasini atarmi yene de sevir onun gozunde hamidan gozel agillidi balasi amma umumilikde Azerbaycan futbolunun veremidi neftci bu komanda cempionatimizin balansini pozur. Ikincisi beli men RIDle oynayanda RIDE Dinamo Zaqerble oynayanda da Dinamoya azarkewlik etmiwem istemiwem ki butun zibilleri uze cixsin belke papaqlarini qabaqlarina qoyub fikirlewerler. |BUrada azerbaycanli rus ve ya xorvat olmaqdan getmir sohbet. Biraz muasir fikirlewmek lazimdi fener azarkewleri GS oynayanda yunanlara azarkewlik edir, elece de roma latsio , inter milan ve s. men neftcisiz temiz saf eclafsizlarsiz cempionat gormek isteyirem. FORZA TURAN. Ne qeder ki TURAN var azerbaycan futbolu kef edir Kamran Agayev, Elvin Memmedov, Vurgun Huseynov, Elnur Allahverdiyev, Resad Sadiqov, Efran Siamyilov indi milli bu yetirmelerimizle girelenir bes onlar olmasa kimler oynayacaqdi TURAN olmasaydi flavinyoyu Faiq, Mpenzani mamed eliyib basacaydilar yigmaya he? otur dur TURANA dua ele ki o mekteb hemiwe var olsun ki senin neftcin de yawasin birlik kubokunu alanda Prezident Ramiz MIrzeyev vitse prezidentler Sahin muellim Vidadi Ehmedov, surucu , hekim, ve 7 futbolcunuz tovuzlu idi (nadir nebiyev ruslan abbasov, kamal elekberoov, resad sadigov, eltay aslanov, huseyn mehemmedov biri de yadimnan cixib). o kuboku hec vaxt goze soxmayin onu TURAN qazanib sadece neftci adiyla.
Qalib qaqas sen yazmamishdan qabaq, sonuncunu oxuyardin gerek sonra yazardin. Natiq qaqas senede tesekkur edirem bele statisikalarla faktlari bunlarin qabagina qoydugun ucun. men neftcini sevirdim ama bu ile qeder. haqsizligi sevmirem INSHAALLAH haqsizliq edenlerin qarshisina haqsizliq cixar ve onda basa duserler neftcini xezere ve digerlerine qarshi hakimlik,day dayliq etmek nece tesir edir insana. budur neftcini ele affa,hakimler komitesi ve digerleri bedbext eledi. neftci gerek anlayardi ki, CL-da onlarin oyununu azerbaycanli hakimler idare etmeyecek.
ala besdurunde hamiviz belesizde NEFTCININ UDUZMAGINIS TIYIRDIZ BUDA OLDU SEVININ HAMVIZ!!!95% DE LENKARNNINDI BURDAKILARIN! UREYUVUZDE NEFTCIYE QARWI NIFRET VAR!
birincisi onu deyim ki hec yazini oxumadimş cox yekedi)) sadece umumilikde netice ve neftci haqda onu deyim ki bu komanda nece cempion oldugunu bir daha numayiş etdirdi. day day pus və əfqan həmzəyev kimilərinin rəzhmətini xorvatlar soxdu saxta flaqmanın gözünə. mən lənkəran aarkeşi deyiləm bunu da xüsusi qeyd edim. kişi kimi oynayıb UEFA-da mərhələ keçmək mümkün idi daha qulağından tutulub dartılmaqla çempionlar liqasında biabır etmək nəyə lazım idi özünü. FLAQMAN bayraqdara deyirlər qolu zorlu pullu qaqaşlara yox. SSRİ dönəmində NEFTYANİK adı altında yaranıb . fikir verin NEFTYANİK niye neftci yox he!? niye ermeniler öz erezilerinde bele olmayan ARARat (ağrı) dağından isim götürür, daşkənd Paxtakoru və s. niyə hə? amma bu komanda yad dildə yadlardan ibarət bir komanda qurub Azərbaycanı təmsil edirdi hə? markaryan melkunyan nə bilim yan yan yan və s. Sovetin qırıntısıdı bu komanda silib atmaq lazımdı. Flaqman nəticələrlə sübut etməlidi bunu. gəlin görək flaqman demək mümkündürmü bu komandaya. 1. Avropada Azərbaycanı təmsil edən İLK komanda - TURAN (TOVUZ)
2. Avropada mərhələ adlayan ilk komanda - QARABAĞ (Ağdam) 3. CEMPiONLAR liqasında ilk mərhələ adlayan komanda ŞƏmkir4. UEFA kubokunda ilk mərhələ adlayan komanda - Karvan (Yevlax)5. UEFANIN reytinq cədvəlində ən üst pillə Qarabağ, Bakı, Karvan NEftçi adı hanı? hanı flaqman hə?onu da sadalayaq 1. Neftçi Vİzdev 0-8 bu bir2. NEftçi Anderlext 0-5 bu iki 3, 27 yanvar NEftçi - Spartak MOskva 0-8 (birlik kuboku)4. 1995 Спартак (Москва) 5—0 Нефтчи (Баку) məni qınayanlara və başa düşənlərə təşəkkür. Mən bu komandadan nifrət edirəm. QARABAĞA, TURANA, KƏPƏZƏ, ƏDLİYYƏYƏ, ANŞAD PETROLA, XƏZƏRƏ, DİNAMO ZAQREBƏ HAMISINA UĞURLAR.
:))
Əziz qələm əhli! Niyə susursunuz? "Neftçi" 0:3 uduzdu. Durmayın, flaqmanı müdafiəyə! Vaqif Cavadov demişkən: "neft yoxdursa pul da yoxdur, pul yoxdursa futbol da yoxdur". O cümlədən neft iyini sevən qələm əhli də...
neftciye agil vermek yoxee basqa shey vermek lazimdi. neftciye guvenmek yoxee neftcini ...... lazimdi. geceni yata bilmemishem esebimden.
Futbolda Edaletle tam raziyam. sizede oz novbemde tesekkur edirem. Edalet beyin dediyi kimi mende inanmiram NEftciye ama yenede ugurlar arzulayiram butun klublarimiza.
Ümumiyyətlə isə, "Neftçi" klubunun məqsədləri həqiqətən də aydın deyil. Sanki o, elə Azərbaycan çempionatını yaxşı-pis (hakimlərin köməyi ilə, yaxud da onlarsız) qazanmaq istəyirdi. ÇL-nin II təsnifat mərhələsində ən güclü klubla oyayacaq komanda yəqin ki, heyətini gücləndirməli və bir neçə yeni oyunçu almalı idi. Sizin tənqid etdiyiniz yazı da məhz bundan bəhs edir. Ancaq təəssüflər olsun ki, "Neftçi" vaxtını boşa verdi. Siz özünüzü futbol mütəxəssisi hesab edirsinizsə, ədalətli olub razılaşmalısınız ki, hazırkı heyətlə "Neftçi"nin Avropada bir işi yoxdur. İnanmırsınız, onda zəhmət olmasa bu gün gecə saat 23:00-da Space kanalına baxın.
Bu məqalədən açıq-aşkar "Neftçi" iyi gəlir. Deyəsən Asəf müəllim "Neftçi"nin hədəflərini klubun özündən yaxşı bilir. Bəlkə bizimlə də bölüşəsiniz?
gozel yazi ve gozel tenqiddir. tesekkur edirem!
Məqaləni belə diqqətlə oxuduğunuz üçün sizə dəruni minnətdarlığımızı ərməğan edirik, əziz "Someone from the South" qardaş. Euphoria - haqlısınız. Sizin ingiliscənizə də belə əmin olmağınızı istərdim.
Ürfan Məmmədliyə də xüsusi təşəkkürlər! Yazını oxuyub fikrini şərhlər bölümündə bizlərlə paylaşdığı üçün. Davamı gəlsin!
"Someone from the South" qardaşımızı bir daha salamlayır, bağrımıza basırıq. Yaxşı adamsız..;)
Səndə eyforiyadan çıx, oxu gör "eyforeya" nədi yazmısan.
Asef beyin mövqeyi ile razılaşmamaq olmur. Rehberliyin transfer siyasetini inhisara alması, heqiqeten de, teqdir edilesi haldır. Eslinde bunu inhisar yox, pulgir menecerlerin xidmetinden imtina kimi qiymetlendirmek lazımdır. Çünki menecerlerin Azerbaycana sırıdıqları "futbolçuları" çox görmüşük, onların meharetine beledik. Mene ele gelir ki, bütün komandalar transfer siyasetinde"Neftçi"nin tutduğu yola benzer yol tutmalıdır. Her kes komandaya futbolçu teklif ede biler. Burada qapıları açıq saxlamaq lazımdır. Amma futbolçunu seçmek birmenalı olaraq meşqçi heyetine hevale edilmelidir.Çünki netice üçün onlar mesuliyyet daşıyırlar. Tebii ki, metbuat komandaların axsayan xetleri barede mülahize yürüde, alınan futbolçunun keyfiyyetii barede tenqidi fikirler söyleye biler. Amma filan futbolçunu niye almadı deyerek irad tutmaq, zennimce, doğru deyil. Müellifle razıyam: oxucunu yalnış istiqamətə yönəltmək olmaz. Bu meselede yazar öz tribunasından sui-istifade etmemelidir. Teessüf ki, bizim metbuatda sui-istifade halları baş alıb gedir. Asef bey, bu yazıya göre size teşekkür edirem.