
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
"Fənərbağça"da əsas heyətdə möhkəmlənə bilməyən Kladio Maldonado vətəninə- Çiliyə qaytımalı olmuşdu. Sonradan karyerasını Braziliyada davam etdirən futbolçu, maraqlıdı ki, qayıdışını möhtəşəm qeyd etdi. O, bu ilin yekunlarına görə Braziliyanın ən yaxşı yarımmüdafiəçisi adına layiq görüldü.
Buna görə "Fənərbağça" rəhbərliyinin futbolçunu heyətində saxlaya bilməməsinə heyfslənib-heyfslənmədiyini dəqiq deyə bilmərik, amma Maldonadonun Türkiyədəki karyerasından çox narazı qaldığı öz dilindən eşidilib: "Mən Türkiyəyə gedəndə çox səmimi münasibət gördüm, hamı mənə nəsə bir vəd verirdi, gələcəyin çox yaxşı olacağını bildirirdi. Amma sonrası nə oldu: mən bir neçə oyunda qol vurmadım, bir az passiv oynadım, bütün hamı məndə üz çevirdi. Hətta elə olmuşdu ki, özümü çox yalnız hiss eddirdim".
Maldonado bu açıqlamanı Çilinin ADN radiosunda verib. Futbolçu "Fənərbağça"da oynayan iki həmyerlisini- Umberto Suazo və Tellonun da belə aqibətlə üzləşəcəyini bildirib: "Tello arabir qol vurur, ona görə hələ ona qarşı diqqət var, qoy bir-iki oyunda zəif görünsün, onda baxarsız ki, Tello da heyətdən sıxışdırılıb, çıxarılıb. Yəni mən Türkiyədə futbolçuya qarşı həddindən artıq eqoist münasibətin şahidi olmuşam, orada idmançını başa düşmək istəmirlər. İstərdim ki, Tello və Suazo bir qədə düşünsünlər".
Maldonadonun belə sərt ifadələri Türkiyə mətbuatında aqressiv qarşılanıb. Futbolçuya qarşı iftira dolu yazılar manşetlərdə verilir. Hətta çililini "Xəyanətkar" adlandırırlar.