
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Olimpiya stadionunda start fitiylə başlayan Türkiyə Türksell Superliqasının ilk dövrəsi «Avni Aker» arenasındakı final fitiylə sona çatdı. İki fit arasında bir çox hadisələr yaşandı. «Ankaraspor»un «Ankaragücü»nə birləşməsiylə liqadan düşən ilk komandanın adı müəyyənləşdi. Elə həmin «Ankaraspor»un liqadan düşməsiylə ilk dövrdə təqvimlə nəzərdə tutulan 153 qarşılaşmadan 140-ı baş tutdu. 140 oyundan 102-sində hər hansı tərəf qəqələbə qazandısa, 38 matç bərabərliklə yekunlaşdı.
TÜRKLƏRDƏ QONAQPƏRVƏRLİK QALMAYIB
«Ankaraspor»un da nəticələrini nəzərə alsaq, 117 oyundan 68-ində ev sahibləri qələbəyə sevindilər. 49 qarşılanmada isə qonaqlar üç xalı bayram ediblər. Ev sahiblərinin qələbəsinin qonaqlarla nisbətdə 58 %-in 42-yə olmasında yenə «Ankaraspor»un payına düşən doqquz ev oyununda texniki məğlubiyyət almasının böyük rolu olub. Ötən mövsümün yekununda bu rəqəm 63-ün 37-yə idi.
Fırtına kimi başlayan mövsümün artıq səkkizinci turunda liderlə ikinci arasında xal fərqi 5-ə barabər olsa da, ilk dövrənin sonunda eyni fərq ilk pilləylə beşinci yerdə qırarlaşan komanda arasında mövcuddu. Deməli, vaxt keçdikcə liderlər qrupunda sıxlıq yaranıb.
SUPERLİQANIN ƏSGƏR ABDILLAYEVİ - MUSTAFA DƏNİZLİ
Kağız üzərindəki rəqəmlər Superliqanın ilk dövrəsinin qollu keçdiyini göstərir. Hər oyunda orta hesabla 2.63 qol vurulub ki, burada da yenə «Ankaraspor»un üç qolluq texniki məğlubiyyətlərinin önəmi az deyil. Ortalama nəticə yüksək görünsə də, hər oyunun qollu keçdiyini və elə hər matçda minimum iki qol vurulduğunu söyləmək naşılıq olardı. Bəzi oyunlara bu qollardan biri belə, qismət olmadı. Çempionatda hər oyunda tamaşaçılara iki qol izlətdirən iki komanda var - «Qalatasaray» və «Bursaspor». İzləyiciləri qola həsrət qoyan iki komanda isə «Dənizlispor» və «Manisaspor»du. Hətta «Ankarspor»la baş tutmayan oyunlarda hesablarına 3 qol yazılması belə, bu komandaların oyunbaşına bir qollluq göstəricisini yaxşılaşdırmayıb.
Liqanın ən az qol buraxan komandaları «Kayserispor», «Beşiktaş» və «Əskişəhərspor»du. Üçüncülərin oyunbaşına qapılarında gördukləri qol sayı 0.94-dü. Ən etibarlı müdafiə isə deyəsən, «Beşiktaş»dadı. Statistika belə deməyə əsas verir. Mustafa dənizlinin komandası hər oyunda orta hesabla 0.59 qol buraxıb.
ƏCNƏBİLƏR AYAQ AÇIB, AYAQLARI AÇILIB
«Kayserispor» və «Bursaspor» göstərdikləri futbol və nəticəylə çempionata rəng qatırlar. Makukula isə 13 qolla yarışın ən məhsuldar futbolçusudur. Onun qollarının sayı altı topla qol krallığında 11-ci sırada yer alan yeganə türk futbolçu - «Gənclərbirliyi»nin forvardı Mustafa Pəktəməyin nəticəsindən iki dəfədən də çoxdu. İlk dövrənin 15 ən məhsuldar futblçusunun arasında cəmi iki türkün olması da olduca düşündürücüdü. Yeri gəlmişkən, ilk dövrənin ən çox qol vuran futbolçusu Makukula öz qapısından keçirdiyi topların sayına görə də «bombardirdi». Hücumçu iki dəfə rəqibə öz qapılarının torunu silkələməyə kömək edib.
Komandaların hər qoluna düşən xalları hesablasaq, «Beşikdaş»ın «yumurtadan tük qırxdığının» şahidi olarıq. Hər qoluna görə orta hesabla 1.60 xal qazanan «Qartal»ı, 1.24-lük nəticəylə «İstambul B. B.» və hər qola görə 1.19 xala sevinən «Fənərbağça»yla «Əskişəhərspor» izləyir.
QARADƏNİZ MƏHSULDARLIĞI
Çempionatın 10-cu turunda «İstanbul B. B.»ni evdə 6:0 hesabıyla məğlubiyyətə uğradan «Bursaspor» 17 həftəlik yarımmarafonun ən böyükhesablı nəticəsinə imza atdı.
Liqanın iki ən qollu oyununun hər ikisində «Trabzonspor»un imzası var. İndi Şənol Günəşin sükanında oturduğu komanda 5-ci turda Egemenin het-triki sayəsində yenə «İstanbul B. B.»ni xalsız qoysa da, «Qalatasaray»la 9-cu həftədəki qollu qarşılaşmada uduzan tərəf olub - 3:4.
İkl dövrənin 25 qarşılaşmasında cəmi bir qol vurulub. 20 dəfə 2:1, 19 dəfə 1:1, 15 dəfə isə 2:0 nəticəsi qeydə alınıb. Əgər «Ankaraspor»un texniki nəticələri nəzərə alınsa, 17 dəfə də 3:0-lıq nəticə baş tutub.
Hakimlərin ümumilikdə 24 dəfə penalti nöqtəsini işarə etdjikləri ilk dövrədə «İstanbul B. B.», «Manisaspor» və «Gənclərbirliyi»ndən başqa hamı bu imkandan yararlanıb.
Bura qazandığı imkanı qola çevirə bilməyən «Ankaragücü»nü də əlavə etsək, birinci dövrədə 11 metrlik cərimə zərbəsindən qol vurmayan dörd komanda var.
«BEŞİKTAŞ» SARI VƏ QIRMIZI RƏNGLƏRİ SEVMİR
Superliqanın birinci yarısında hakimlərin 638 dəfə sarı vərəqəyə əl atdıqlarını nəzərə alsaq, hər oyuna düşən eynirəngli kart sayı orta hesabla 4.56-dır. Ən çox sarı vərəqə alan komanda «Sivasspor», eyni aqibətlə ən az üzləşən isə «Beşiktaş»dı. Birincilərin payına 50, ikincilərə isə 28 sarı rəngli vərəqə düşür.
Ümumilikdə 17 həftədə hakimlərin ciblərindən çıxardıqları 37 qırmızı vərəqədən nəsibini almayan komandalar «Gənclərbirliyi» və «Trabzonspor»du.