1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Araşdırma
FUTBOL İCTİMAİYYƏTİ "FUTBOLPRESS"İN SUALINI CAVABLANDIRDI
FUTBOL İCTİMAİYYƏTİ "FUTBOLPRESS"İN SUALINI CAVABLANDIRDI
06.07.2011 14:05

Transfer qiymətləri niyə açıqlanmır? Bu sualla tanınmış iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik (Link: http://www.futbolpress.az/az/news-details/7230/). Vüqar bəy futbolçuların qazancını, futbol klublarının öz xərclərini kommersiya sirri adlandırıb gizlətməsinin qanunla mümkün, ancaq şəffaflıq naminə bunun yolverilməz olduğunu demişdi.
Bəs futbol ictimaiyyəti bu haqda nə düşünür?
Peşəkar Futbol Federasiyasının prezidenti Ramin Musayev də bunu problem sayır. Ancaq Azərbaycanda bu problemin ona müdaxilə olunması həddinə çatmadığını düşünür:

"Belə bir şey təkcə Azərbaycanda yox, dünyanın bəzi ölkələrində də var. Mənə elə gəlir ki, klublarda transferlərin qiymətinin açıqlanmaması komandanın digər üzvlərinin bilməməsi və ruhdan düşməməsinə görədi.
Mən "Neftçi"də işlədiyim vaxt elə oyunçu vardı 300 min, eləsi də vardı 50 min alırdı. Aşağı məbləğdə maaş alan o birinə baxıb oynamayacaqdı axı. Ancaq futbolçular kimin kimdən üstün olduğunu bilməlidilər. Əfsuslar olsun ki, Azərbaycanlı oyunçular buna hazır deyil. Məhz buna görə də açıqlanmır".

Tez-tez transferləriylə gündəmə gələn "Muğa"ın prezidenti Bəhruz Şirəliyev Vüqar bəyin əksinə olaraq bu prosesə ciddi müdaxiləyə ehtiyac duymur.

"Vaxt gələcək bizdə də transfer məbləği açıqlanacaq. Azərbaycanda hələlik bu praktika yoxdu. Mərhələ-mərhələ hər şey düzələcək. Birincisi Azərbaycanda transferlərə xərclənən məbləğlər Avropadakı kimi deyil.
Orada daha böyük miqdarda pullardan söhbət gedir. Bunun açıqlanmasında həm klubların, həm də futbolçuların özləri də maraqlıdı. Ancaq bizdə belə məbləğli transferlər olmur. Ona görə hesab etmirəm ki, bu məsələ ciddi problem yaradar".

Tanınmış futbol şərhçisi, yazar Erkin İbrahimovun məsələyə münasibəti də maraqlı olardı. Çünki onun Azərbaycana kifayət qədər səviyyəli legionerlərin gəlməyində rolu var. İbrahimov digər respondetlərdən fərqli olaraq bunu problem sayır və ekspertimizin rəyi ilə onun fikri əsasən, üst-üstə düşür:

"Məncə bu mentalitetdən və işlərin düzgün qurulmamasından asılıdı. Məsələn, Avropada biri çıxır verilişə, həm mülkünü, həm də arvadını reklam edir. Ancaq bizdə belə şeylər çərçivədədi. Qaldı ki bunun futbol tərəfinə, Azərbaycanda Avropada olduğu kimi bu sistemdə şəffaflıq yoxdu. Çünki bizdəki klublar futboldan qazanc əldə edə bilmirlər. Əgər qazanc güdsəydilər, düzgün strategiya qursaydılar transfer etdikləri futbolçuların məbləğlərini açıqlayardılar.
Halbuki, bizdə tam başqa cürdü. Azərbaycanda klubu ona görə yaradırlar ki, hansısa sponsor özünü yaxşı göstərsin. Bizdə biznes maraqları yoxdu. Avropada bundan həm əyləncə, həm də gəlir mənbəyi kimi istifadə edirlər. Ancaq Azərbaycan futbolu əcaib formadadı. Nəyə xidmət olunduğu da bilinmir".

Bəs karyerasını yenicə bitirən Kamal Quliyev nə düşünür?

"Əgər futbolçu qazancını açıqlamırsa, bu normal şeydi. Ancaq baxır insanına. Mən belə şeyləri sirr saxlamırdım. Həm də klubların transfer qiymətlərini və ya digər xərclərini sirr saxlaması mənim fikrimcə, normal deyil. Burda vergi məslələri var. Ciddi qanuni proseslər var. Xüsusən, əcnəbi futbolçuların transfer qiymətlərinə diqqət yetirilməlidi. Ən azı, onların qiyməti açıqlanmalıdı".

Redaksiyadan: Belə nitəcəyə gəlirik ki, ən azı, futbolçunu neçəyə transfer etdiyini açıqlamırsa, deməli, həmin klubun maliyyə xərcləri şəffaf deyil. Ancaq bunun analoqu da var. Dünyanın və ya Avropanın üçüncü dərəcəli ölkələrində bu neqativ tendenasiya  müşahidə olunur. Bəs Azərbaycan klubları şəffaflığın təmin olunması üçün daha hansı addımları atmalıdı? Mövzuya qayıdacağıq...

251 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (1)
Etibar Qarabagli / 07.07.2011 09:18

Mence Kamal quliyevin yazdigi dogrudu. men bu fikirle raziyam. beli bu tek idman sahesinde deyil, butun biznes sahelerinde beledi, vergiden yayinmaq ucun bunu edirler. mence bu haqda hemde vergi organlarin dusunmelidir.

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika