1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
MƏMMƏDOVUN "NİSYƏ CAVABLARI"... (YAZI)
HAKİM-İNSPEKTORLARIN SEMİNARINDA RAMİN MUSAYEV "İZDİHAMI"... // PFL prezidenti gedir, yoxsa qalır? EKSKLÜZİV!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 18 12 1 5 37-16 37
2 İnter 18 10 6 2 17-9 36
3 Xəzər L. 18 10 5 3 27-17 35
4 Qarabağ 18 8 5 5 20-14 29
5 Bakı 18 8 5 5 23-16 29
6 Qəbələ 18 7 5 6 18-19 26
7 AZAL 18 6 5 7 26-28 23
8 Rəvan 18 5 7 6 21-22 22
9 Simurq 18 5 4 9 18-27 19
10 Kəpəz 18 4 4 10 21-34 16
11 Sumqayıt Ş. 18 4 3 11 13-23 15
12 Turan 18 3 2 13 10-26 11
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 11
2 Robertas Poşkus Simurq 8
3 Tales Şütz AZAL 8
4 Flavio Aleks Valensio Neftçi 7
5 Uinston Parks Bakı 6
6 Luiz Paulo Hilario Qəbələ 6
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
Dünya futbolu
100-CÜ DUEL
100-CÜ DUEL
21.12.2009 02:38

"Fənərbağça" ilk dövrənin lideri oldu

Türkiyə Superliqasının ilk dövrəsi Avni Aker adına stadionda "Trabzonspor" - "Fənərbağça" dueliylə yekunlaşacaq. Bu, əzəli rəqiblər arasında 100-cü qarşılaşma idi. İndiyədək 99 oyunda trabzonlular 35 dəfə qalib gəliblər, kadıköylülər isə 37 qalibiyyətə nail olublar. Qalan 27 qarşılaşmada isə bərabərlik qeydə alınıb.
Bu oyunda "Fənərbağça" 3 xal qazandığı təqdirdə Superliqanın ilk dövrəsini lider olaraq bitərəcəkdi. Hazırkı lider "Bursaspor"dan 8 xal geri qalan "Trabzonspor" da Şenol Günəşin dönüşündən sonra iddialarını çempionluğa yönəldib. "Qaradənizlilərin" aktivində daha bir qarşılaşmanın olduğunu nəzərə alsaq, kadıköylülərdən alınacaq qələbə xalları liderlik istiqamətində böyük bir irəliləyişə səbəb olacaqdı...

DAUM - GÜNƏŞ DUELİNDƏ KİM ÜSTÜNDÜ?

"Trabzonspor" əzəli rəqibi üzərində son dəfə 2008-ci il 10 may tarixində doğma meydanda qələbə qazanıb- 2:0. Bu qarşılaşma hər iki komandanın baş məşqçilərinin rəqiblə oyunlarda əldə etdiyi nəticələr baxımından da çox fərqlənir. Belə ki, Şenol Günəş indiyədək "Trabzonspor" baş məşqçisi vəzifəsində komandanı "Fənərbağça"yla 10 oyuna çıxarıb. Bunların cəmi birində qələbə qazanan Günəş 3 oyunda bərabərliyə nail olub, 6 dəfə isə məğlub olub.
Daum isə analoji statistikada üstündü. 6 qarşılaşmanın heç birində məğlub olmayıb. Cəmi bir oyunda hesabda heç-heçə qeydə alınıb. Bu baxımdan da oyunun dramatikliyi bir qədər də artır.

 

MƏŞHUR SİMALARIN OYUN HAQDA PROQNOZLARI NƏ İDİ?

Hande Yener (Bəstəçi, müğənni): "Fənərbağça"nın 2:0 hesabıyla qələbə qazanacağını söz verirəm. Hətta dostumla mərcləşmişik, böyük məbləğ var ortada.

Sibel Can (Müğənni): Bu iki komanda arasında oyunlar həmişə gərgin keçib, mən düşünürəm ki, "Fənərbağça" 2:1 hesabıyla qalib gələcək.

İbrahim Tatlısəs (Müğənni): "Fənərbağça" 1:0 hesablı qələbə qazanacaq.

Hakan Peker (Müğənni): Şenol Günəşin gəlişindən sonar "Trabzonspor" yenidən canlanma dövrünü yaşayır. Komanda xeyli güclənib. Əgər Daum bu dəfə onba məğlub olsa, onda onu isttefaya göndərəcəklər, əvəzinə Aykut Kocamanı gətirəcəklər. Amma Daum həyəcanlanmasın, onsuz da qələbə qazanacaqlar. Hesabı da deyirəm- 3:1, "Fənərbağça" qalib gələcək. Qolları da Aleks, Quiza və Luqano vuracaq.

Məhmət Əli Yılmaz ("Trabzonspor"un sabiq rəhbəri): Qarşılaşmanın gərgin keçəcəyini şərtləndirən bir neçə amil var. Bir neçə il əvvəl "Fənərbağça"nın Şenol Genəşin rəhbərlik etdiyi "Trabzonspor"u çempionluğun bir addımlığında olarkən 2:1 hesabıyla məğlub etmişdi. Əminəm ki, Günəş komandanı intiqam hissiylə çıxaracaq meydana. Oyuna pul qoyuluşu etməyi düşünənlərə ehtiyatlı olmağı məsləhət bilərdim....

 

VƏ OYUNUN NƏTİCƏSİ, QALMAQALLI SONLUQ

Maraqla gözlənilən qarşılaşma gərgin keçsə də cəmi bir qol vuruldu və qələbəni "Fənərbağça" bayram elədi. Beləliklə, Daumun komandası ilk dövrəni liderlikdə başa vurdu. "Sarı Lacivərdlilər"in ən yaxın izləyicisini, "Qalatasaray"ın 36 xalı var və bir xal geridədi. Üçüncü pillədə isə 35 xalla "Bursaspor" qərarlaşıb.

Qarşılaşmanın gərgin keçəcəyi əvvəldən məlum idi, buna görə də qalmaqalsız ötüşməyib. Belə ki, oyundan sonra "Trabzonspor"un prezidenti Sadri Şener matçın baş hakimi Bülənt Yıldırıma yaxınlaşaraq ona etirazını bildirib. Hətta komandanın icraçı direktoru Mahmut Aksu bir neçə qol epizodunda hakimin ofsayd qeydə almasından hiddətlənərək əlbəyaxa olublar.

Türkiyə mətbuatının verdiyi informasiyaya görə, hakim Aksuya yumruqla cavab verib, yalnız mühafizə xidmətinin müdaxiləsindən sonra ara sakitləşib. Son iki oyundan sonra hakimliyi sərt tənqid edən "Fənərbağça" prezidenti Əziz Yıldırımın bu dəfə onların lehinə olan qərarlara görə hansı açqılamalar verəcəyi maraq doğurur.

295 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Gey Parad və...
Günay ELTAC
Günay ELTAC
"FutbolPress" 2012 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
"Oxu" meydanı
ANTALYA KAMPINDAN PREVYU (YAZI)
"PERŞƏKARLAR" // Müasir futbolun abırsızlığı. Futbol totalizatoru (IX FƏSİL)
Xəbər-Xronika