
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Bir müddət əvvəl Azərbaycan mətbuatında da bu haqda informasiyalar verildi ki, UEFA Türkiyə futbolunda "danışılmış" oyunların izinə düşüb. Araşdırmalar yekunlaşıb və ali futbol qurumunun xüsusi komissiyası, həmçinin müxtəlif QHT tipli yoxlama qrupları faktları ortaya qoyub. Məlum olub ki, Türkiyədə 5 oyunda nəticələr, qolların sayı əvvəlcədən müəyyənləşdirilib və buna xarici ölkələrdəki bukmeyker kontorları da cəlb olunub.
Məlum olub ki, indiyədək İtaliya, Macarıstan və Çexiya çempionatlarında vüsət alan "danışılmış oyun" prosesi, Türkiyədə fərqli olaraq təkcə Superliqada yox, həmçinin 1-ci və 3-cü liqalara da siraət edib.
Bu planları hətta şəbəkələşbiş bir qrup həyata keçirirmiş və nəzərdə tutulan müvafiq oyunda hər şey danışıqlarda nəzərdə tutulan şəkildə nəticələndiyi təqdirdə, pul qoyuluşlarından gələn məbləğ tərəflər arasında ümumi razılıqla bölünürmüş.
Araşdırma komissiyaları birgə və peşəkar yoxlamalar nəticəsində müəyyən ediblər ki, məxfi şəbəkənin "oyunu" oktyabr ayında "Orduspor" - "Karabükspor" oyununda ifşa olunub. Belə ki, nəzərdə tutulduğu kimi, "Orduspor" bu oyunda qələbə qazanmalıymış, lakin yekunda 1:3 hesabıyla məğlub olduqdan sonra "müştərilər" hay-küy qaldırmağa başlayıblar. Ancaq məxfi şəbəkə vaxtında problemi aradan qaldıra bilir, pul qoyuluşu edən "müştərilərin" məbləği özlərinə qaytarılır. Ümumi itirilən məbləğin isə 480 min avro olduğu rəsmiləşir.
Bu arada qeyd edək ki, araşdırmada ən təfsil dəlillər Almaniyanın "Bohum" klubunun komissiyaya cəlb olunan rəsmisini sənədlərindədi. Türkiyə mətbuatında da məhz həmin sənədlərdəki faktlar dərc olunmaqdadı. Sözügedən komissiya üzvündə "Orduspor" - "Karabükspor" matçında 480 avro qazanmaq iddiasına düşən məxfi şəbəkənin planları alt-üst olduqdan sonra şəbəkənin bir üzvünün digərinə telefon vasitəsilə, "480 min avro itirdin. Bu qədər məbləği kiçik bir türk klubunun badına verdin"- deyə, mübahisə etdikləri faktı var.
Araşdırma komissiyası faktlarla araşdırıb müəyyənləşdirdiyi danışlmış oyunlar və prosesin əfsilatı haqda:
- "Balıkesir" - "Küçükköyspor" oyunu (13.09.2009): İlk hissədə 3 qol olmaqla, ümumilikdə oyunda 7 qol vurulmalı imiş. Danışıldığı kimi "Küçükköyspor" ilk hissə lazım olan 3 qolu qapısından buraxır. Oyunun "ssenari" üzrə getdiyini görən məxfi şəbəkə dərhal oyunun əmsalını bir neçə dəfə qaldırmağa müvəffəq olur (22.5) və anındaca 10 min avro pul qoyuluşu edir. Nəticədə "oyunbazlar" 225 avro əldə edir. İşbirliyində olduqları məğlub klubun bir rəsmisinə 20 min, bir futbolçuya isə 10 min lirə ödənir.
- "Alibeyköy" - "Çerkezköy" qarşılaşması səfərdə oynayan komandanın 3:0 hesablı qələbəsiylə başa çatmalı idi. İlk hissədə vurulacaq 2 qola və oyunun əlavə olunmuş dəqiqələrində vurulacaq qolları proqnoz edən şəbəkə Çindəki bukmeyker kontoruna internetlə 5 min avro pul qoyuluşu edir. Nəticə danışıldığı kimi olur və 68 min avro əldə olunur.
- "Çərkəzköy" - "İnegöl" (14.10.2009). İlk hissədə ev sahibi komanda 1:0 öndəykən oyunun əmsalı 4.75 olur və 15 min avro pul qoyuluşu edən şəbəkə 89 avro qazanır.
- "Çərkəzköy" - "Bursa Nilüfərspor" (11.10.2009). Ev sahibi komanda bu dəfə 6:0 məğlub olur. Məxfi şəbəkə isə əvvəlcədən, "Oyunda 6 qol vurulacaq"- deyə, Amsterdamdakı kontora 5 min avro pul qoyuluşu edir. Bütün planlar olduğu kimi nəticələnir və 140 min avro qazanc olur. Bu nəticənin razılaşdırılmasında yardımçı olan məğlub komandanın bir rəsmisi və bir futbolçusu hərəyə 10 avro "nəmər" alır.
- "Bandırmaspor" - "Küçükköy" - 3-cü liqa (11.10.2009): "Bandırmaspor" 6:0 hesablı qələbə qazanır. "İlk hissədə 5 qol vurulacaq" proqnoz edən məxfi şəbəkə buna görə proqnozun dəyərini 45 əmsala qaldırmağa müvəffəq olur. Bundan sonra 2 min avroya 90 min qazanılır. İki futbolçuya 15 min avro, bir klub rəsmisinə isə 5 min verilir.
İfşa olunan olayların iştirakçıları barədə hansı qəraralar çıxarılacaq, Türkiyə futboluna bunda hansı zərər dəyəcək: bunlar yaxın vaxtda dəqiqləşəcək. Hələlik, axtarış-araşdırma prosesi davam edir.