
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 3 | Xəzər L. | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Ş. | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 11 |
| 2 | Robertas Poşkus | Simurq | 8 |
| 3 | Tales Şütz | AZAL | 8 |
| 4 | Flavio Aleks Valensio | Neftçi | 7 |
| 5 | Uinston Parks | Bakı | 6 |
| 6 | Luiz Paulo Hilario | Qəbələ | 6 |
Türkiyə Superliqasında ən prestijli legionerlərdən sayılan Aleks de Souza bu gün komandanın "Samandra" bazasındakı məşqindən sonra mətbuata maraqlı açıqlamalar verib.
Braziliyalı vunderkind "Sarı-Lacivərtli" komandada məmnun olduğunu və yaxın gələcəkdə rəhbərliyin qərarı olmasa, komandanı tərk etmək fikrində olmadığını dilə gətirib. Aleks bəzi əcnəbi futbolçuların komandadan getmək istədiyini və bu səbəbdən həvəssiz oybadıqlarını da etiraf edib:
"Mən Karlosun vətənə, Qüizanın Avropanın böyük klublarından birinə, eləcə də Deyvid, Vederson və Kazımın başqa kluba transfer olunmaq istəyini bilirəm. Bilirsiz, belə xəbərləri əsassız şəkildə əvvəlcədən demək düzgün deyil. Bu, komandanın oyun intizamına çox pis təsir edir. Düşünürəm ki, son oyunlarda uğursuzluğun bir səbəbi də bu cür söz-söhbətlərdi. Baxıram ki, yalnız Luqano və Bilica oyunda can yandırır. İstəməzdim komandada belə ab-hava olsun".
Aleks daha maraqlı bir açıqlama verib: "Mənim komandada dostum çox azdı, ümumiyyətlə, digər futbolçularla az ünsiyyətdə oluram. Ada günümdə sadəcə, Bilica və ailəsini dəvət etmişdim. Həmin tədbirdə Bobo və Nobre də ailəsilə gəlmişdi, amma onlar da dəvət olunmamışdılar, sadəcə, komanda yoldaşı kimi gəlmişdilər".