1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
BEYNƏLXALQ SIĞORTA ŞİRKƏTİ "SİMURQ"DAN NİYƏ İMTİNA EDİB?
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 İnter 20 7 8 5 22-19 29
2 Bakı 20 7 7 6 19-15 28
3 Qarabağ 20 6 9 5 16-18 27
4 Xəzər L. 20 6 9 5 19-14 27
5 Neftçi 20 4 11 5 11-12 23
6 Qəbələ 20 4 8 8 18-27 20
7 Olimpik Ş. 20 10 6 4 27-15 36
8 Simurq 20 8 7 5 21-21 31
9 Turan 20 7 8 5 27-22 29
10 Muğan 20 7 6 7 17-16 27
11 Standard 20 7 4 9 26-23 25
12 Karvan 20 2 7 11 14-34 13
Bombardirlər
# Oyunçu Komanda Q
1 Fərid Quliyev Standard 16
2 Anatoli Doroş Olimpik-Ş. 12
3 Robertas Poşkus İnter 12
4 Adrean Neaqa Neftçi 11
5 Jaba Bakı 10
Arxiv
Həftənin xəbər hiti
Futboldan kənar
TAHİR SÜLEYMANOV FUTBOLPRESS.AZ-ın ETİRAZINA CAVAB VERDİ
TAHİR SÜLEYMANOV FUTBOLPRESS.AZ-ın ETİRAZINA CAVAB VERDİ
10.12.2009 14:33

"Kimsə məni və ya Nizami Sadıqovu işindən uzaqlaşdırmaq planı qurursa, sözüm onlaradı..."

Dünən "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun fanat.az saytında dərc olunan müsahibəsində KİV-lə bağlı məqamlara futbolpress.az saytının etirazı ilə tanışsız. Etirazımız ona idi ki, Süleymanov "Turan" - "Neftçi" oyunu ətrafında yaranmış qalmaqalı işıqlandıran mətbu orqanları məkrli olmaqda suçlayarkən, konkret ünvan göstərməmişdi. Biz isə öz növbəmizdə "Neftçi"nin rəsmisini obyektiv olmağa, məlum qalmaqallı olaylar haqda araşdırma, tənqid yazan KİV-ə qarşı ittihamda konkret ünvan bildirməyə çağırmışdıq.
Süleymanov bu etirazımızla əlaqədar saytımıza rəsmi müraciət edərək müsahibəsində KİV-lə bağlı dediklərinə aydınlıq gətirdi. Müraciəti Sizə təqdim edirik: "Futbolpress.az saytı olaraq sizin müsahibəmdə mətbuatla bağlı məqama etirazınızı haqlı qəbul edirəm. Azərbaycan futbolunda tənqidi normal qarşılayan və mümkün olduğu qədər bu tip yazılara konstruktiv yanaşmağa çalışan bir şəxs kimi bildirirəm ki, sizin kollektiv haqda çox müsbət rəyim var. Hələ "Futbol-Press" qəzetindən tanıdığım kollektiv bu gün fəaliyyətini elektron KİV-də davam etdirir və həmişəki kimi, sizi, obyektivliyini qoruyan azsaylı mətbu orqanlardan biri kimi tanıyıram. Etirazınıza səbəb olan müsahibəmdə nəzərdə tutduğunuz "Biz "Neftçi»yə gələndən sonra komandada nizam-intizam yaratdıq, psixoloji vəziyyəti yüksəltdik. Bundan sonra bəzi adamlar klubun içərisinə daxil olub, öz məqsədlərini həyata keçirə bilmədilər. İndi bu işlərlə həmin adamlar məşğul olur. Belələri mətbuatda da var, futbol ictimaiyyəti arasında da. Çox təəssüf ki, bəzi mətbuat nümayəndələri də onlara dəstək verir"- hissəsinin qəti şəkildə futbolpress.az saytına aid olmadığını bildirir, saytınızda "Turan"-"Neftçi" oyunu barədə dərc olunan yazılara normal yanaşıram. Mən həmişə olduğu kimi, yenə də vurğulayıram ki, Azərbaycan futbolunun inkişafı mətbuatsız mümkün deyil. Sadəcə, hələlik adını açıqlamağı lazım bilmədiyim bəzi qüvvələrə sizin sayt vasitəsilə də bildirmək istəyirəm ki, kimlərsə məni və Nizami Sadıqovu ("Turan"ın baş məşqçisi- red.) işindən uzaqlaşdırmaq planı qurursa, sözüm onlaradı: Mən sizin hansı "oyunlardan" çıxdığınızı yaxşı bilirəm. Amma narahat olmayın, kələyiniz baş tutmayacaq".
Süleymanov həmçinin bildirdi ki, yaxın vaxtda bu olayları şişirtməkdə maraqlı olan qüvvələri ifşa edəcək: "Hələlik bir az da müşahidə aparıram. Əgər məkrli niyyətlərindən əl çəkməsələr, elə sizin saytınıza açıqlayacam həmin qüvvələrin kimliyi və çirkin planları haqda"

P.S. Gözləyəcəyik, cənab Süleymanov... Açıqlamanı.

171 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:




Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Maradona üçün - vuvuzela
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
Anti-Vuvuzela
Günay ELTAC
Günay ELTAC
Xəbər-Xronika