1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
QIRMIZI AFTAFA (YAZI)
QIRMIZI AFTAFA (YAZI)
09.06.2011 16:13

Gənc jurnalistlərin milli futbol yığmamızın sahə müvəkkili Berti Foqtsa aftafa və tualet kağızı bağışlamasını birmənalı qarşılaya bilmədim. Bilmədim bu unikal aksiyanı dəstəkləyim, yoxsa ona qarşı çıxım. Bu təbəddülatın mühüm səbəbləri var.

Futbol azarkeşi olaraq Berti Foqtsun fəaliyyətindən ilk gündən xoşum gəlmədi. Hətta bu sarı murğuz kişinin şəklini ilk dəfə görəndə belə ona qanım qaynamamışdı. Sovet vaxtı hərbi kafedralarda dərs deyən, içkiyə meylli rus podpolkovniklərinə oxşayan Foqtsdan çoxları heç nə gözləmirdi, bəziləri deyirdi, bu, Alberto Torresdən də zəif məşqçi olacaq.

Hələ keçən il Azərbaycan yığması həmişəki kimi hansısa ölkəyə uduzanda öz yanımdan təşəbbüs qaldırmaq istədim ki, bu adam getməlidir. Amma jurnalist həmkarım Aydın Bağırov yazdı ki, qaqa, xeyri yoxdur, Foqts olmasın, başqası olsun, çətin işdir.

Amma açıq-aşkar görünürdü ki, bu adam sanki Bakıya mövsümi işə gəlib və Azərbaycan yığmasının udub-udmaması, türkün sözü, onun umrunda deyil, fikirləşir ki, təsadüfən udar, lap yaxşı, uduzar, cəhənnəmə uduzsun, bundestim deyil ki...

Budur, son illərdə Türkiyə millisindən başqa qarşımıza çıxan bütün komandalara uduzmuşuq, amma cənab Foqtsa söz deyən yoxdur. Şahin Diniyev olsa yerə yıxıb sürüyərdik, haqqında məzhəkə-şou düzəldib millətə göstərərdik, amma bu, almandır, it ilində öz ölkəsinə Avropa çempionluğu qazandırıb. Ona görə də al bu sənə milyonlar, bas ye, halal xoşun olsun, qoy desinlər, Azərbaycan millisini nüfuzlu alman mütəxəssis çalışdırır.

Bu baxımdan fon Bertiyə aftafa kimi hədiyyələr düşür. Hərçənd keçmişdə müvafiq situasiyalarda adamın əlinə aftafa verməzdilər, dalına vedrə bağlayardılar, qalxıb gedəndə danqıldayardı, millət tamaşaya durar, qəşş edərdi və dalına vedrə bağlanmış adam bir daha o tərəflərə üzükməzdi.
Böyüklər danışırlar ki, sovetin qılıncının dalı-qabağı kəsən vaxtlarda bizim kənddə özünü yuxarıdan aparan bir "ispolkom"un (israiyyə komitəsinin sədri) "Villis"nin dalına vedrə bağlayıblar, yekə bir biabırçılıq olub. Adam öylə bir qeyzlənib ki, az qalırmış xarakiri eləsin. Sanasan, atının quyruğunu kəsiblərmiş.

Ancaq belə görünür ki, o sayaq rüsva daşıyan jestlər cənab Foqts üçün təhqiramiz xarakter daşımır. Vedrə və aftafa onun alman qafası üçün adi və lazımlı məişət avadanlığıdır. Müftə verirlərsə, niyə qəbul etməsin?
Ona görə də gənclər Foqtsu pisikdirmək üçün gərək başqa avadanlıqlar təqdim edəydilər. Məsələn, ona cırıq top vermək, kürəyinə 00 nömrəsi və "Berti Foqts" sözləri yazılmış futbol köynəyi bağışlamaq, şariki çıxarılmış fit ənam etmək olardı və bu daha simvolik mənalar daşıyardı. Hərçənd hələ gec deyil, jurnalistlər anti-Foqts aksiyalarının davamlı olacağını deyiblər, qoy ideyalarımdan bəhrələnsinlər.

Bununla belə, ədalət hissi deyir ki, məsələ təkcə Foqtsda deyil. Guya bizim futbolçular meydanda ağızları ilə quş tutur, Foqts alıb buraxır? Adam onların oyununa baxanda yadına "Bəyin oğurlanması" filmi və oradakı məşhur replika düşür: "8 min manat pul alıblar, oynamaqlarına bax". Hiss olunur ki, emosiya çatışmır. Emosiyadan başqa, ustalıq səviyyəsi də aşağıdır, məşq çatışmazlığı da göz önündədir.

Doğrudur, kondisionerli otaq və kafe-çayxanalarda oturub "zalım oğlu, bir az bərk qaç dəəə", yaxud "Adə, ötürməni düz ver dəəə" deyə ürəkdən hayqırmaq asandır, amma yaşıl sahələrdə bunu edincə adamın başının təri süzülüb butsusunun içinə dolur. Bu bizim, azarkeşlərin qulağına da deyil, bizə qələbə lazımdır. Tərs kimi, dünya üzündə bunu edənlər var. Məsələn, yanaşı dursalar, Vüqar Nadirov Lionel Messidən cantaraq görünür, amma qaçanda sanki Messi "Ferrari"dir, Vüqar -"Niva". Ronaldonu isə "Buqatti"yə də oxşatmaq olar, qırmızı görüb qızmış buğaya da.

Ona görə də təklif var ki, Foqtsa bağışlanan qırmızı aftafadan bir-iki dənəsini də milli futbolumuzun bu gündə olmasına, bir türlü inkişaf edə bilməməsinə səbəbkar olanlara bağışlayaq. Vedrə qoşmaq, üstü yazılı cırıq köynək, şariki çıxarılmış fit bağışlamaq layihələri üzərində də işləmək olar.

Samir SARI // "Yeni Müsavat" qəzeti

164 dəfə oxunub Share/Save/Bookmark
Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
SKARLATAKE "FUTBOLPRESS"Ə DANIŞDI // Rednik haqda susdu, Lənkərana gəlişindən ağız dolusu danışdı
Xəbər-Xronika