
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | İnter | 20 | 7 | 8 | 5 | 22-19 | 29 |
| 2 | Bakı | 20 | 7 | 7 | 6 | 19-15 | 28 |
| 3 | Qarabağ | 20 | 6 | 9 | 5 | 16-18 | 27 |
| 4 | Xəzər L. | 20 | 6 | 9 | 5 | 19-14 | 27 |
| 5 | Neftçi | 20 | 4 | 11 | 5 | 11-12 | 23 |
| 6 | Qəbələ | 20 | 4 | 8 | 8 | 18-27 | 20 |
| 7 | Olimpik Ş. | 20 | 10 | 6 | 4 | 27-15 | 36 |
| 8 | Simurq | 20 | 8 | 7 | 5 | 21-21 | 31 |
| 9 | Turan | 20 | 7 | 8 | 5 | 27-22 | 29 |
| 10 | Muğan | 20 | 7 | 6 | 7 | 17-16 | 27 |
| 11 | Standard | 20 | 7 | 4 | 9 | 26-23 | 25 |
| 12 | Karvan | 20 | 2 | 7 | 11 | 14-34 | 13 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Fərid Quliyev | Standard | 16 |
| 2 | Anatoli Doroş | Olimpik-Ş. | 12 |
| 3 | Robertas Poşkus | İnter | 12 |
| 4 | Adrean Neaqa | Neftçi | 11 |
| 5 | Jaba | Bakı | 10 |
Simurq"un prezidenti Zaur Məmmədovun müsahibəsinə sözardı
FutbolPress: Dünən saytların (ənənəvi) birində "Simurq" klubunun prezidenti Zaur Məmmədovun müsahibəsi bu sərlövhəylə verilib: "Simurq"un prezidenti od püskürdü"...
Dərhal göz önündə üçbaşlı əjdaha canlanır. Təsəvvürdə hər tərəf od-alov içində, yanğınsöndürənlərin də işi əngəldə. Bir sözlə, aləm dəyir bir-birinə, yer kürəsi tərsinə çevrilir. Amma... narahat olmağa dəyməz, müsahibəni oxuyanda anlaşılır ki, söhbət heç bir od püskürməkdən, tonqal qalamaqdan getmir. Sadəcə, Azərbaycanda gündəlik vərdiş halına çevrilmiş növbəti bir məmur hoqqası, özündənmüştəbehliyi qabarıb. Təəssüf olsun ki, yalnız bizim ölkədə vəzifə sahibi kütlənin ağası sanır özünü, dünyanın sivil ölkələrində vəzifə daşıyıcısı, bir qulluqçu olduğunu, işinin məsuliyyətini dərk edir.
Zaur Məmmədov deyib ki: "Bilirsiniz, ümumiyyətlə son zamanlar komandamıza qarşı təzyiqlər var. Zaqatala bölgəsi çoxxalqlı bir bölgədir. Futbol da bir siyasətdir. Bizə qarşı bu hərəkət yolverilməzdir. Bəziləri elə bil Zaqatalanı Azərbaycan torpağı hesab etmir. "Simurq"a yuxarıdan aşığı baxmağa başlayıblar". Bilirsiz, Zaur müəllim, yaxşı bir məsəl var: öz gözündə çöpü görməyən başqasını gözündə tir axtarır. Siz söhbətin məğzini üzü "Parabank" tərəfə fırlatmaqdansa, öyrənin ki, niyə mətbuatın obyektiv qismi "Simurq"u tənqid edir. Narazı məqamları araşdırın; bu olsun vəzifə səlahiyətinizi peşəkarlıqla yerinə yetirilməsi. Yoxsa Azərbaycanda dəb halını alıb, yuxarılar aşağıları bəyənmir, qocalar cavanları, klub rəhbərləri də heç birini...
Məmmədov belə bir şey də danışıb: "Bizim kluba qarşı münasibət artıq məni qıcıqlandırır. Çox böyük biabırçılıqlar baş verir. Telekanallara çıxan bəzi futbolçular haqsız yerə klub prezidentlərini ittiham edirlər. Adamdan soruşarlar, siz kimsiniz axı?..". Bəli, bəli Zaur müəllim, "Simurq"a qarşı münasibət sizi qıcıqlandırnalıydı. Çünki siz heç vaxt etirazlara əməl etməyi peşəkarlıq əlaməti saymamısız. Siz ona görə qıcıqlanırsız ki, bəzi işlər öz əlinizdə deyil, amma üzdə olan, klubun mətbuata (özünüzə lazım olan mətbuat nəzərdə tutulur) danışan simasız. Problemlər barədə bütün təpkilər birbaşa sizə ünvanlanır. Bax, bu məqamda qıcıqlanmaqdansa, bir az düşünün, olmazmı klubunuzu tənqid edən obyektiv, tərəfsiz fikirləri məqsədyönlü şəkildə istifadə edəsiz. Yox... çünki klub rəhbərisiz, təkəbbürünüz vərdiş halını alıb, siz belə sanarsız ki, axı hansısa futbolçu və ya şəxsən "tanımadığınız" jurnalist kimdi ki, onun fikrinə qulaq asıb, əməl edəsiz... Ona görə də aşığın sözü qurtaranda ya dalay-dala edər, dalay-dalay da qurtaranda etiraz edən, tənqid yazan jurnalistə "ilişər". Siz özünüz də gözəl bilirsiz ki, "Simurq" müstəqil klub deyil, "İnter"in "qanadıdı". Ona görə bu reallığı heç vaxt obyektiv mətbuata unutdura bilməyəcəyinizi dərk etdiyiniz üçün onu şərləmək, böhtan atmaq yolunu seçmisiz. Ancaq unutmayın ki, nə cür seçirsinizsə, o cür də seçilərsiniz...
Müsahibənin kuliminasiyası bu sözlərdədi: "Ümumiyyətlə, son zamanlar həm telekanallarda, həm də qəzetlərdə, "Simurq"a qarşı təhqiredici fikirlər yer alır. Buna yol vermək olmaz. Yerli telekanal bizə Moldova "Şerif"inin bazasını göstərir. Heç bir dəfə gəlib "Simurq"un bazasını çəkmisiniz? Sizin göstərdiyiniz süjetdəki bütün o göstərilən kabinetlər, hovuzlar, trenajor zalları hamısı bizdə də var. Niyə axı özümüz dura-dura başqalarına tərifləməliyik? Belələri, pislərinə getməsin, düşmən olmasaydıq, hətta Ermənistanı da tərifləyərdilər". Hörmətli Zaur bəy, əmin olun ki, sizi "od püskürən" kimi qəbul etməyimiz qeyri-ciddi olardı. Sizin düşündüyünüzlə belə məntiqə gələk ki, trenajor zallarıyla, hovuzlarla, lap hətta kabinetlərlə futbol klubunun bazası anlayışı bitir. Sizdən üzr istəyirik, top yaddan çıxdı. Növbəti müsahibənizdə topu da qeyd edin. Axı topsuz futbolçu trenajor zalında "kaçoklaşmaq" xəstəliyinə tutula bilər. Hovuzda isə yalnız kisələnmək zövqünü təmin edər. Deyəsən, biz futboldan çox uzaqlaşdıq...
Biz bu müsahibəni çox incələyib, bir klub prezidentinin şər-böhtan dolu bəyanatlarını ifşa edə bilərdik. Bircə məqamı unutmayın, cənab Zaur Məmmədov, futbolçu, jurnalist rəhbərliyə qarşı etiraz edirsə, tənqid ünvanlayırsa, buna kiçildici, ierarxiq cavab vermək sadəcə, bekarçılıq əlaməti sayılır. Görünür, sizin baza haqda bilgiləriniz "hovuzda boğulub". ...Heç olmasa, etiraz mədəniyyəti olanlara ədalətli yanaşma edin. Azərbaycan futbolunun ziyalı təbəqəsi isti kreslosunda xumarlanırsa, bu TV-nin, jurnalistin günahı deyil, biz futbolumuzda ziyalı təbəqəsini bir neçə dəfə "xortdadıb" yerində çıxartsaq da, yenidən özlərini "basdırıblar". Belə bir dönəmdə bizi obyektiv, mətbuat vasitəsilə etiraz səsini qaldıran futbolçunu, futbol adamını müdafiə edəcəyimizə əmin olun.
ELÇ!N