1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
BEYNƏLXALQ SIĞORTA ŞİRKƏTİ "SİMURQ"DAN NİYƏ İMTİNA EDİB?
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 İnter 20 7 8 5 22-19 29
2 Bakı 20 7 7 6 19-15 28
3 Qarabağ 20 6 9 5 16-18 27
4 Xəzər L. 20 6 9 5 19-14 27
5 Neftçi 20 4 11 5 11-12 23
6 Qəbələ 20 4 8 8 18-27 20
7 Olimpik Ş. 20 10 6 4 27-15 36
8 Simurq 20 8 7 5 21-21 31
9 Turan 20 7 8 5 27-22 29
10 Muğan 20 7 6 7 17-16 27
11 Standard 20 7 4 9 26-23 25
12 Karvan 20 2 7 11 14-34 13
Bombardirlər
# Oyunçu Komanda Q
1 Fərid Quliyev Standard 16
2 Anatoli Doroş Olimpik-Ş. 12
3 Robertas Poşkus İnter 12
4 Adrean Neaqa Neftçi 11
5 Jaba Bakı 10
Arxiv
Həftənin xəbər hiti
Futboldan kənar
MƏTBUATA YARDIM FONDUNDAN PUL ALSAQ...
MƏTBUATA YARDIM FONDUNDAN PUL ALSAQ...
23.11.2009 02:33

FutbolPress: «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun Mətbuata Yardım Fondu ideyası yarandığı gündən geniş müzakirəyə çıxarılıb. Bu başqa söhbətin mövzusudur ki, dar çərçivədə asıb-kəsənlər geniş ictimai müzakirələrdə özünü mələk kimi göstərməyə cəhd edir. İşin təməlində pul olduğu üçün bütün mövqelər, müzakirələr, saçyoldular başa düşüləndi. Təbii ki, hərə bu fonddan özünə daha böyük pay almaq istəyir. Hətta bukmeyker qəzeti buraxanlar da öz aləmlərində futbola xeyir verə biləcəklərini düşünür, fonddan pay güdürlər. Bütün bunlar öz yerində.

Biz - ultraspor.az və futbolpress.az saytlarının bəzilərinin dediyi kimi, azsaylı kollektivi İdman Mətbuatına Yardım Fondundan imtina edirik! Bizə qədərindən asılı olmayaraq, fonddan gələcək bir qəpik belə lazım deyil. Amma! Bu, o demək deyil ki, qısa zamanda özünə heç də təknəfərlik sayta yaraşmayacaq qədər böyük ziyarətçi toplayan saytlar kimi biz məqsədli şəkildə fondda say azlığı yaradıb daha böyük pullar əldə etmək istəyənlərə əl-qol açmağa imkan verəcəyik. Qətiyyən! Futbolpress.az və Ultrasport.az saytları sayılıb o fondun müzakirələrinə çağırılıbsa və müəyyən söz sahibidirlərsə, axıra qədər orada olacaqlar. Müzakirələrə də qoşulacağıq, təkliflər də edəcəyik, hələ bir son məqamda maliyyənin bölünməsinə nəzarətin də əziyyətini çəkəcəyik. Heç kim ədalətsizliyə və qarayaxmaya məruz qalıb kənara çəkilənlərin payına yiyə dura bilməyəcək!

Qərara almışıq ki, əgər fond məsələsi alınsa, oradan iki sayta - ultrasport.az və futbolpress.az-a düşən payı maddi çətinliklər içində çabalayan, top almağa belə imkanı olmayan, asvaltda məşq etmək məcburiyyətində qalan uşaq futbol komandalarından birinə bağışlayaq. İctimai nəzarət, mətbuatda işıqlandırılmaq şərtiylə bu maliyyə (nə qədər olur-olsun) indidən nəzərdə tutulan təyinat üzrə xərclənəcək.

Təbii ki, ortalıqda sadəcə, müzakirələri olan bir fonddan gələ biləcək maliyyənin təyinatını müəyyənləşdirmək absurddur. Sadəcə, alınsa, biz belə edəcəyik. Əslində, «pul verin, işçilərimi saxlayım»dan daha ali məqsədimiz olduğu üçün bundan sonra bu fondun ərsəyə gətirilməsi üçün daha böyük səy göstərəcəyik.

Adıçəkilən iki sayt tərəfindən bu ideyanın irəli sürülməsinə səbəb, özünü peşəkarlığı maddi maraqlardan üstün tutanlar kimi sırımağa çalışanlara bəzi "sınaqlardan" obyektiv çıxmağın bir vasitəsini göstərmək və onları bu yola dəvət etməkdi.

 

167 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (2)
nailucwiy nureddinoglu / 24.11.2009 00:51

Werh bolmesi munasibetinin erseye getirilmesi...)))

Tebrik eleyirem, Elcin!

Davud Kərimli / 23.11.2009 13:15

salam. Əla yazıdı

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:




Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
Maradona üçün - vuvuzela
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
Anti-Vuvuzela
Günay ELTAC
Günay ELTAC
Xəbər-Xronika